Tez-tez rastlaşılan körpə xəstəlikləri

Tez-tez  rastlaşılan körpə xəstəlikləri

tez-tez rastlaşılan körpə xəstəlikləri

Tez-tez rastlaşılan körpə xəstəlikləri

Tez-tez rastlaşılan körpə xəstəlikləi

Körpələr xəstəliklərə qarşı daha qorumasız olduqları üçün tez-tez rahatsızlıq yaşayırlar. Belə vəziyyətlə rastlaşılanda nə etmək olar?

Pediatırlar bu vəziyyətlə  qarşılaşan zaman valideyinlərin edə biləcəkləri yardım haqqında məlumat verirlər.

Baş dərisinin qabıqlanması:

  1. Başın dərisinin  qabıqlanması uşaqlarda çox tex-tez görünən bir xəstəlikdir.
  2. Quru, ağ yaxud da sarı pullar başın dərisində  bir qabıq  əmələ gətirir.
  3. Ümumiyyətlə pH dəyəri körpələr üçün xüsusi hazırlanmış şampunlar istifadə   etmək başda konak meydana gəlməsinin qarşısını aldlğı kimi , əmələ gəldikdən sonra  da  düzəlməsinə köməkçi olur.
  4. Bununla birlikdə yumazdan   əvvəli başa zeytun  yağı və karbonat ilə hazırlanmış həkiminizin təklif edəcəyi bir qarışıq da sürtülə bilərsiniz.
  5. Bunu 5-10 dəqiqə gözlədikdən sonra yumşaq bir daraqla  yüngülcə daramaq və sonra da yumaq lazımdır.
  6. Bu işi həftədə 2-3 dəfə etmək lazımdır.
  7. Belə maskalar baş üçün çox faydalıdır.

Dəridə yarıq və ksiklər:

  1. Əgər yaranın tikilməsi ehtiyac yoxdur və ağır şəkildə qanamırsa, yaranı yumşaq bir sabun və su ilə yuyun sonrada yüngül toxunmalarla qurulayın.
  2. Antiseptik maye ilə təmizlədikdən sonra yaranı azca  bağlayın.
  3. Əgər hər hansı bir infeksiya əlaməti görülsə (qızarma, şiş) uşaq həkiminizə müraciət edin.

Yüngül yanıqlar

  1. Ağrını  aradan qaldırmaq  üçün yanan hissəyə   soyuq su qoymaq daha  təsirlidir (Buz istifadə etməyin, çünki dəri toxumasına zərər verərək daha çox narahat edəcək).
  2. Dərini qorumaq üçün yanıq kremi də  sürtmək faydalı ola bilər.
  3. Əgər qabarcıqlar meydana gəlsə partlatmayın, çünki açıq hissələr asanca mikrob mənbəyinə çevrilir.
  4. Yüngül  yanıqlar, üz və əl yanıqları mütləq bir xəstəxanada  müalicə edilməlidir.

Günəş yanıqları

  1. Yayda körpə və uşaqlar  günəşə məruz qalacağı zaman  körpələr üçün xüsusi günəş kremiyle qorunmalıdırlar.
  2. Eyni zamanda da  körpənizi  birbaşa  günəş işığına məruz buraxmayın və qoruyucu geyimlər geyindirin.
  3. Xüsusilə şapkadan istifadə etmək  isti dəyməsini qarşısını almaqda faydalı olacaq.
  4. Xüsusi ilə də saat  11: 00-16: 00 arası körpəni kölgə bir yerdə saxlamaq lazımdır ki günəş şüası onu vurmasın.
  5. Bütün bunlara  baxmayaraq körpədə  günəş yanığı olarsa, ağrını yüngülləşdirən bəzi gel və ya məhlullar hətta yüngül ağrı kəsici sirop stifadə edə bilərsiniz.
  6. Ancaq qusma, həddindən artıq halsızlıq, mürgüləmə və ya atəş kimi isti çarpması əlamətləri ortaya çıxarsa təcili olaraq həkimə  müraciət etməlisiniz.

 

Həşərat  sancması

  1. Həşərat dişləməsi zamanı  bəzən dəridə bərk şişkinliklər görünür.şəklində görülər.
  2. Arı sancarkən arının iynəsini steril bir maqqaşla çıxartmaq lzımdır.
  3. Ağrının qarşısını almaq üçün ağrılı hissəyə soyuq kompres qoymaq faydaı olar.
  4. Uşaqların çoxunun arı  sancmasına qarşı allergiyası var.
  5. Əgər sürətli şişmə ya da tənəffüs çətinliyi olarsa  təcili olaraq tibbi yardıma müraciət edin.

Ağcaqanad  sancmalarına  xüsusilə körpələrdə tez-tez rastlaşılır. 

  1. Körpələrin qanındakı hemoqlobini sorar.
  2. Ağcaqanad sancan hissəni  su  təmizləyin və qurulayın, sonra da dərini rahatlaşdırıcı krem sürtün.
  3. Dırnaqlar körpəni yaralamasın deyə dırnaqları çox uzatmaq olmaz.
  4. Yaralanmaların qarşısını almaq  üçün uşağın dırnaqlarını kəsin və təmiz saxlayın.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir