Arterial hipertoniya nədir

Arterial hipertoniya nədir

Arterial hipertoniya nədir

Arterial hipertoniya nədir

Hipertoniya hələ də təbabətin ciddi problemi olaraq qalır. Bu, adi hal olmaqla yanaşı, eyni zamanda orqanizm üçün ağır vəziyyətdir. Qan təzyiqinin artması ilə insanın xarici mühitə uyğunlaşması arasın-da müəyyən əlaqə mövcuddur. İnsan xarici mühitə uyğunlaşa bilərsə, onda özünü güclü, enerjili, bacarıqlı hesab edir, əhval-ruhiy-yəsi nikbin olur. Əksinə, əgər insan, onu əhatə edən mühitə uyğunlaşa bilmirsə, bu zaman orqanizmdə müxtəlif pozğunluqlar əmələ gəlir ki, onlardan daha çox təsadüf olunanı hipertoniyadır. İnsanı əhatə edən xoşagəlməz hallar, hadisələr artdıqca hipertoniya da inkişaf edir, ürəyin, böyrəklərin potologiyasını müşayiət edən faktora çevrilir.
Hipertoniya xəstəliyinin əsas səbəb-ləri sinir gərginliyi və psixi travma-lardır ki, bu da arterial tonusun tənzimi mexanizmlərinin pozulmasına gətirib çıxarır. Hipertoni-yanın yaranmasında irsi-ailəvi amil də rol oynayır.
Yüksək arterial təzyiq dəqiq həkim müayinəsi və müalicəsi tələb edən bir xəstəlik və ya simptom olub, hazırda dünya əhalisinin hər dördüncü nəfərində rast gəlinir. Hipertoniyada ən çox narahat edən əlamətlər baş ağrıları, zəiflik və ürək nahiyəsində ağrılardır. Əmək qabiliyyəti azalır, xəstənin ümumi əhval-ruhiyyəsi getdikcə pisləşir. Müalicə olunmadıqda miokard infarktı, ürək çatışmamazlığı, insult, böyrək çatışmamazlığı və s. kimi ağırlaşmalara gətirib çıxarır.
Əgər arterial təzyiq ən azı 2 dəfə təkrar-təkrar 140/90 mm.c.s.-dan yüksək olarsa, o zaman arterial hipertoniya haqqında düşünmək olar. Arterial təzyiq sakit vəziy-yətdə, oturaq halda ölçülməlidir.
Məlumdur ki, hər bir xəstəliyin profilaktikası onun müalicəsindən daha asandır. Hipertoniyanın profilaktikası üçün aşağıdakılar qəti qadağandır:
Tünd çay, qəhvə, kakao, alkoqollu içkilər, kəskin duzlu qəlyanaltılar, konservlər, ət-balıq bulyonları, hisə verilmiş məhsullar, qaraciyər, böy-rək və s. ət məhsulları, yağlı ət. Gün ərzində 1 litr maye qəbulu ilə kifayətlənin (itburnu dəmləməsi qə-bul etmək daha yaxşıdır). Gündə 5-6 dəfə yemək yeyin.
Qan təzyiqinin yüksək olduğu zamanlarda yuxusuzluqdan və gecə işlərindən kənar olmaq və yuxu rejimini bərpa etmək lazımdır. Hipertoniya xəstəliyinə fərdi yanaşılmalı və həkim-mütəxəssis tərəfindən müalicə kursu təyin edilməlidir.

 

Prof. Dr. Qədir Həsənov
Terapevt-Kardioloq

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir