Artıq çəki şəkərli diabetin muttəfiqidir

Artıq çəki şəkərli diabetin muttəfiqidir

Artıq çəki şəkərli diabetin muttəfiqidir

Artıq çəki şəkərli diabetin muttəfiqidir

Bəşər tarixində insanların yaşam tərzinə böyük narahatlıq gətirən xəstəliklərdən biri də diabetdir. Hər bir insan bu xəstəlikdən qorunmaq üçün daim ehtiyatlı olmalıdır. Məlum olduğu kimi, diabet iki tip olur: birinci tip- insulindən asılı, hansı ki, bir qayda olaraq uşaqlarda və gənc insanlarda yaranır və ikinci tipbəzən onu qocalıq diabeti də adlandırırlar. Təəssuf ki, alimlər birinci tip diabetin qarşısını almağa hələ nail olmayıblar, ikinci tip diabetin başlamasını maksimal dərəcədə ləngitmək isə tam realdır. Hətta şəkərli diabetlə xəstə olmayan insanların da bildiyi və ən çox məlum olan profilaktika metodu iki əsas məhdudiyyət tələb olunan dietadır: karbohidratların və kalorinin məhdudlaşdırılması. Karbohidratların məhdudlaşdırılması ona gorə lazımdır ki, mədəaltı vəzi həddən artıq yukləməyəsən, kalorinin məhdudlaşdırılması isə kokəlməmək üçündür.

Bir çox faktorlar vardır ki, bunlar şəkərli diabetə meyillilik yaradir:  Birinci yerdə irsi meilliliyi gostərmək olar.

Diabetin əmələ gəlmə səbəbinə gorə ikinci yerdə piylənmə və ya artıq cəki tutur. Üçüncü səbəb – muxtəlif virus infeksiyalarıdır Şəkərli diabetin əmələ gəlməsinə şərait yaradan faktorlardan dördüncüsü – əsəb stressidir.

Risk faktorlarından altincı yerdə duranı yaşdır. İnsan nə qədər yaşlı olsa, şəkərli diabetlə xəstələnmə təhlukəsi bir o qədər çoxdur.

Diabet xəstələri aşağıdakı məsləhətlərə əməl etməlidirlər: 

Çoxlu tərəvəz və goyərti yeyin, çünki onların tərkibində olan karbohidratlar orqanizm tərəfindən tədricən sorulur və  mənimsənilir, bu da qanda şəkərin kəskin artmasına səbəb olmur. Tərəvəz və meyvələr tərkibindəki karbohidratlara gorə 3 qrupa bölünür. Karbohidratlar ən az xiyarda, pamidorda, kələmlərdə, yunan qabağında, boranıda, badımcanda olur. Bir qədər çox yerkokundə, soğanda, ağ turpda, çuğundurda, sitrus meyvələrində,  çiyələkdə, qırmızı və qara qarağatda, mərsində, moruqda, əriklərdə, armudlarda olur. Ən çox karbohidratlar  kartofda, bananda, uzumdə, şirin alma novlərində, xurmada, əncirdə vardır.

Çalışın tərkibində qida lifləri olan ərzaqlardan çox yeyəsiniz, çünki onlar digər qida komponentləri (sadə şəkərlər, xolesterin) ilə həll olunmayan və sorulmayan komplekslər əmələ gətirir və onları orqanizmdən çıxarır, deməli qanda xolesterinin, şəkərin səviyyəsi azalır. Belə ki, kobud üyüdülmüş, kəpəkli undan bişmiş corək seçin, ağ undan  azırlanmış corəkdən, bişintidən imtina edin. Yulaf, qarabaşaq, qarğıdalı, darı, arpa yarmasında çoxlu miqdarda qida lifləri vardır- onlara üstünlük verin. Zülallı qidaları yaddan çıxarmayın, çünki insulin defisiti yalnız karbohidrat və yağ mubadiləsinin pozğunluğuna yox, həm də zülal sintezinin pozulmasına gətirib çıxarır.

Heyvani zülallar bütün amin turşularının ən əlverişli nisbətinə malikdir, bununla bərabər heyvani yağlar xolesterinin əsas mənbəyidir. Ona gorə də ən optimal variant balıqdan, yağsız ətdən, yağsız süd məhsularından istifadə etməkdir. Yadınızda saxlayın ki, bir çox ərzaqların tərkibində gizli yağlar vardır: kolbasalarda, yunan qozunda, bulyon kubiklərində, qovrulmuş pustədə, günəbaxan tumlarında.

Artıq çəki şəkərli diabetin muttəfiqidir.

Əgər sizdə artıq çəki varsa, ərzaqların kaloriliyinə də diqqət yetirin. Eyni zamanda xolesterinin səviyyəsınə nəzarət edin. Siqaret çəkməyi tullayın! Siqaret çəkmək həm diabetin, həm də onun ağırlaşmalarının əmələ gəlməsinə şərait yaradır. Öz çəkinizə nəzarət edin. Çox vaxt, məhz piylənmə 2-ci tip diabetin inkişafına səbəb olur. Gücünüz çatan fiziki fəaliyyətlə gündəlik məşğul olun: minimum gündə 30 dəqiqə gəzin, üzün, bu və ya digər hərəkətləri yerinə yetirin. Arterial təzyiqinizə nəzarət edin. Məlumdur ki, yüksək təzyiq karbohidrat mübadiləsinin pozulmasına təkan ola bilər. Bəzi məlumatlara görə, hipertoniya ilə xəstə insanların 60%-də bu baş verə bilər. Bu səbəbə görə,  hipertoniya ilə xəstə olan insanlar yaxınlaşan diabetin ilk əlamətlərini ötürməmək üçün qanda şəkərin səviyyəsinə nəzarət etməlidir.Və əksinə-2-ci tip şəkərli diabetlə xəstə insanlar müntəzəm olaraq öz təzyiqlərini yoxlamalıdırlar ki, bilsinlər ki, diabetin damarlara neqativ təsiri başlamayıb ki, çünki insan diabetdən yox, çox vaxt onun ürək, ayaq, göz damarlarındakı ağırlaşmalarından dünyasını dəyişir.  Artıq çəki şəkərli diabetin muttəfiqidir

Şəkərli diabet xəstələri üçün optimal arterial təzyiq 130/80 mm c. s. yuxarı olmamalıdır. Əgər təzyiqin göstəricisi 140/90 dan yüksəkdirsə, o zaman planlı medikamentoz müalicəyə başlanmalıdır.

Artıq çəki şəkərli diabetin muttəfiqidir

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir