Boyalardan zərər görmüş saçlar üçün masqa

 Boyalardan zərər görmüş saçlar üçün masqa

Boyalardan zərər görmüş saçlar üçün masqa

Boyalardan zərər görmüş saçlar üçün masqa

Boyalardan zərər görmüş saçlar üçün masqa

Boyalardan zərər görmüş saçlar üçün masqa hazırlama qaydası. Boyalardan zərər görmüş saçlar üçün masqa necə tətbiq etmək olar?Saç boyaları saç tellərinin zəifləməsinə və yıpranmasına səbəb olur.Xüsusi ilə saçlarınız tez-tez boyanmaya məruz qalarsa bu zaman saçlarınız həddən çox yıprana bilər və saç öz canlılığını itirmiş olur.   Boyalardan zərər görmüş saçlar üçün masqa tətbiq etməyə ehtiyac var.Saçlara qulluq olunmazsa saçlar əvvəlki sağlığına qovuşmaz və canlılığını itirə bilər.

Boyalardan zərər görmüş saçlara diqqət!

  • Saçlara qulluq etmək üçün təbii materiallara müracit etmək daha düzgün ola bilər.
  • Evdə hazırlayacağınız təbii  malzamələrdən ibarət maskaları ən azından həftədə bir dəfə istifadə edə bilərsiniz.
  • Çünki evdə həddən çox malzəmə vardır və bunun üçün əlavə xərcə də ehtiyac duyulmur.
  • Boyalardan zədələnmiş saçlara qulluq etmək üçün sizlərə bir neçə məsləhət verməyə çalışacağıq.
  • Verilən məsləhətlərə diqqət etməyiniz lazımdır.

Boyalardan zərər görmüş saçlar üçün masqa və baxım qaydası

Boyalardan zərər görmüş saçlar üçün masqa üçün lazım olanlar:

  • Zeytunyağı -2 yemək qaşığı,
  • bemux ampula- 1 ədəd,
  • bepanthen ampula- 1 ədəd,

Boyalardan zərər görmüş saçlar üçün masqa hazırlanma qaydası:

  • Əvvəlcə zeytun yağını metal bir çaydanda ilıq hala gələnə qədər qızdırın.
  • Zeytun yağı qızdıqdan sonra ampulları da yağın içərisinə qırıb tökün.
  • Bu malzəmələri möhkəm qarışdırın.
  • Tamamən qarışdırdıqdan sonra ocaqdan düşürdün. Hazırladığınız qarışığı ancaq əllərinizin yardımı ilə saçlarınıza vurmağa çalışın.
  • Hazırlanan qarışığı barmaqlarınızla əvvəlcə saç diblərinə sürtün.
  • Saç diblərinizi qarışıq ilə yağladıqdan sonra bütün saçlara yağı sürtməyə çalışın.
  • Bu işləri qurtardıqdan sonra saçınızı  bone ilə möhkəm bükün. Bu vəziyyətdə 90 dəqiqəyə yaxın gözləyin.
  • Vaxt tamam olduqdan sonra saçlarınızı ilıq su ilə yuyun.
  • Çünki ilıq su ilə  yaxasanız təsirini daha  yaxşı görə bilərsiniz. Bu qarışıq rənglərdən zədələnən saçlara öz təsirini gıstərəcəkdir  və saçlarınız öz əvvəlki sağlığına qayıdacaqdır.

Uzun və boyadan zədələnən saçlara baxım masqası

Uzun və boyadan zədələnən saçlara baxım masqası üçün Lazım olanlar:

  • Buğda 1 stəkan,
  • Gənəgərçək yağı yarım çay stəkanı,
  • 5 stəkan su,

 Masqanın  hazırlanma qaydası:

  • Buğdanı 5 stəkan suda qaynadın.
  • Qaynatdıqdan sonra suyunu süzün.
  • Bişmiş buğdaları möhkəm –möhkəm əzin.
  • Əzilən buğdaların üzərinə gənəgərçək yağını da əlavə edin.
  • Yağı da əlavə etdikdən sonra möhkəm qarışdırın.
  • Artıq maskanız hazırdır.
  • Hazırladığınız maskanı saçlarınıza sürtün və 1 saata yaxın saçlarınızda qalsın.
  • 1 saatdan sonra saçlarınızı təmiz-təmiz yuyun.
  • Bu baxım maskası rənglər üzündən zədələnmiş saçların qidalanmasına və əvvəlki sağlamlığına qovuşmasına  eyni zamanda da yumşaq olmasına kömək edəcəkdir.

Qısa və boyadan zədələnmiş saçlara baxım masqası:

 Masqa üçün  lazım olanlar:

  • Bal 1 yemək qaşığı,
  • Süd 5 yemək qaşığı,
  • Zeytun yağı 5 yemək qaşığı,
  • Banan 1 ədəd,
  • Yumurta 1 ədəd,

  Hazırlanma qaydası:

  • Əvvəlcə yumurtaları qırın.
  • Digər ərzaqlarla qarışdırın.
  • Həmin qarışığı blenderlə qarışdırın.
  • Maska hazır olduqdan sonras həmin maskanı bütün saça yedirdin.
  •  Saçlarınızın arasını əllərinizlə açaraq hər bir saç telinə  maskanı yedirtməyə çalışın.
  • Maska saçlara tamamən yaxıldıqdan sonra 20-30 dəqiqə gözləyin və  ardından ilıq su ilə  təmiz-təmiz yuyun.

Boyadan zədələnmiş dalğalı saçlara baxım.

  • Alovera geli 2 çay qaşığı,
  • Qliserin 2 çay qaşığı,
  • Avakado yağı 4 yemək qaşığı

Masqa hazırlanma qaydası:

  • Malzəmələri boş bir kasaya töküb möhkəm qarışdırın.
  • Hazırlanan maskanı saç diblərinizə və saçlarınıza yaxın.
  • Çalışın saç uclarına daha çox yaxılsın.
  • .Bu maskanı saçınızda yarım saata yaxın saxlayın.
  • Yarım saatdan sonra saçlarınızı yuyun.
  • Xüsusən dalğalı saçları olan xanımların istifadə etməsi daha düzgün ola bilər.
  • Ümumiyyətlə belə təbii maskalar saçların canlı görünməsinə çox yardımçı olur.

Boyadan zədələnmiş saçlara canlılıq və parlaqlıq verən maska:

  • Fındıq yağı 2 yemək qaşığı,
  • Alma sirkəsi 1 çay qaşığı,
  • Çörək otu yağı 1 çay qaşığı,
  • B vitamin ampulası  1 ədəd,

 Hazırlanma qaydası:

  • Yuxarıda yazılan malzəmələrin hamısını şüşə kasa içərisində blender yardımı ilə qarışdırın.
  • Maska qatılığına gəldikdən sonra həmən qarışığı saçlarınıza masaj edərək yedirdin.
  • Maska saçlarınızda 20 dəqiqə qalsın.
  • 20 dəqiqə sonra təbii bir şampon  və ilıq su ilə yuyun.
  • Beləliklə də, rənglərdən zədələnmiş saçlar həm sağlamlıq  qazanır, həm də parıltılı olur.

 Boyadan zədələnmiş saçlara yumşaqlıq verən maska:

  • Badam yağı 2 yemək qaşığı,
  • Jojoba yağı 1 yemək qaşığı,
  • yumurta 2 ədəd,

Hazırlanma qaydası:

  • Yumurtaları qıraraq sarısını  ayırın.
  • Yumurtanın  sarılarına yağları  əlavə edin və blender yardımıyla qarışdırın.
  • Hazırlanan qarışığı saçlara yaxaraq, bir saat saçlarda saxlayın.
  • Sonra bitki tərkibli  bir şamponla saçlarınızı  yuyun.
  •  Hansı  bitki tərkibli  şamponu istifadə edəcəyinizi bilmirsinizsə, “Tresan” gicitikən otu şamponundan istifadə edə bilərsiniz.

Yanmış Saçlar üçün maska:

  • Ətirşah çiçəyi  yağı 1 çay qaşığı,
  • Jojoba yağı 4 yemək qaşığı,
  • Bibəriyə yağı 1 çay qaşığı,

Hazırlanma qaydası:

  • Ətirşah çiçəyi yağı çətin tapılan bir yağdır.
  • Ona görə də tapmadınızsa sadəcə bibəriyə və jojoba yağından qataraq istifadə edə bilərsiniz.
  • Qatışdırdığınız malzəmələri əllərinizlə saçlarınıza yaxmağa çalışın.
  •  Qarışıq yarım saat saçlarınızda qalmalıdır.
  • Yarım saatdan sonra saçlarınızı ilıq su ilə yuyun .
  • Qarışıq  çox olarsa bir dahaki səfərdədə istifadə edə bilərsiniz.

Rənglərdən zərər görən saçlar üçün nə etmək lazımdır? 

  • Saçlarınız  boya sonucunda zədə almışdırsa 3-4 ay saçlarınızın nəfəz alması lazımdır.
  • Bunun üçün ilk növbədə rənglərdən uzaq durmaq lazımdır.
  • Saçlarınız daha çox yanmışdırsa o zaman saçlara şəkil vermək üçün istifadə etdiyiniz isidici cihazlardan uzaq durun.
  • Saçlarınızın yanan yerlərini mütləq düzənli olaraq kəsdirin.
  • Belə olan halda saçlarınız daha çox qırılaraq qısalmaz.
  • Saçlarınızı quru halda heç vaxt daramayın.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir