Burun tutulması ürək xəstəliyinə səbəb olur.

  Burun tutulması ürək xəstəliyinə səbəb olur.

 Burun tutulması ürək xəstəliyinə səbəb olur

Burun tutulması ürək xəstəliyinə səbəb olur

Burun tutulması ürək xəstəliyinə səbəb olur.

Burun tutulması sadə bir rahatsızlıq kimi görünsə də insanın yaşama keyfiyyətinə təsir etməklə bərabər bir çox xəstəliklərin yaranmasına da səbəb olur.

  • Tez-tez boğaz infeksiyası keçirdən insanlar mütləq  hərtərəfli bir burun müayinəsi etdirməlidirlər.
  • Xüsusi ilə yuxu zamanı böyük problem yaradan burun tutulması nəticəsində xəstələrdə xoruldama,  kilo alma, yuxuda nəfəs almamaq kimi hallar meydana çıxır.
  • Qışın gəlməsi ilə birlikdə yuxarı tənəffüs yolu infeksiyaları  daha tez-tez  görünür.Boğaz infeksiyası ,  qrip, soyuqdəymə  şikayətləri ilə həkimə müraciət edən xəstələrdə  qulaq burun boğaz müainəsi zamanı burun tutulmasına səbəb olan qığırdaq əyriliyi, burun ətlərində böyümə kimi halları ilə rastlaşılır.

    Qış aylarında tez-tez görünən burun tıxanıqlığı xüsusi ilə gecə yatarkən nəfəs almaqda çətinlik yaradaraq yaşam keyfiyyətinə   mənfi təsir edir.

    Burun tıxanıqlığı zamanı iy bilmə hissi olmur.

    Nəfəs ala bilməməyi nəticəsində yuxu pozulması, ağız quruluğu, yorğunluq, halsızlıq, baş ağrısı  kimi şikayətlər meydana çıxır.

    Həkimlər burun tutulmasının yol açdığı problemləri və müalicəsini belə anladırlar.

    Əsas problemlər yuxuda başlayır:

    İnsanlar normal vəziyyətdə burundan nəfəs almalıdırlar.

  • Gündüzlər burundan nəfəs almağa çalışırıq.
  • Ağzımızı açsaq belə bu vəziyyətin fərqində olmuruq.
  • Ancaq burunla əlaqəli problem yuxuda baş verir.Burun tıkanıklığı olan xəstələrdə yuxunun irəliləyən mərhələlərində əzələ tonusunun da (istirahət əsnasında əzələdəki  gərginlik) düşməsiylə nəfəsi istənən sıxlıqda ala bilmək  nəfəsi verə  bilmək üçün ağız açılır.
  • Bunun nəticəsi olaraq əvvəl səsli nəfəs alma, daha sonra yavaş- yavaş xoruldama və irəliləyən zamanlarda isə kilo alma və yaşa  bağlı olaraq yuxuda nəfəs dayanması deyilən vəziyyətlər meydana gəlir.

    Ürək xəstəliklərinə səbəb ola bilir.

    Burun tutulmasına sadə bir xəstəlik deyib keçmək olmaz.çünki burun tutulması bir çox xəstəliyin yaranmasına səbəb olur.

  • Belə xəstələrdə oksigenlə qidalanma pozulduğu üçün ürək də yüklənə bilir.Bu zaman üzun sürərsə gələcəkdə ürəkdə böyümə, yüksək təzyiq yarana bilər.
  • Ayrıca burun tutulması olan xəstələrdə qulaqda maye toplanar, orta qulaq infeksiyası problemi daha çox meydana gələr.
  • Qrip çox asand   yoluxa biləcək bir infeksiyadır.
  • Mövcud  burun tutulmasının  üzərinə qrip də əlavə olunarsa , burun tutulması  çox daha sıxıntılı bir hala gəlir.
  • Bu xəstələrdə qrib infeksiyaları gec sağalar və üzərinə   çox rahat  bir şəkildə sinüzit problemi də əlavə olunar.
  • Xəstənin öksürək kimi şikayətlənmələri normaldan daha uzun sürər, yuxu keyfiyyəti pozular. Xüsusilə anatomik burun tutulmaları  olan xəstələrin qrip infeksiyaları daha rahat atlamaları üçün anatomik problemin həll edilməsində fayda vardır.

    Burun müayinəsi etdirmək vacibdir.

    Burun tutulmalarının  yaratdığı ən böyük problemlərdən biri də xəstələrə yaşatdığı konfor pozuqluğudur.

  • Bu vəziyyətin bir nəticəsi olaraq xəstə ağzı açıq yatdığı üçün ağız quruması və sabahların qalxdığında boğaz ağrısı yaşayar, boğazında pis bir dad meydana gələ bilər.
  • Bu səbəblə tez-tez boğaz infeksiyası keçirən, boğaz ağrısıyla həkimə getməkdən yorulan insanlar mütləq detallı bir burun müayinəsi etdirməlidirlər.
  • Burunda sümük əyriliyi və burun ətindəki böyümələr ortalama 40-50 dəqiqə davam edən əməliyyatlarla düzəldilə bilər.
  • Bunun nəticəsində yuxu keyfiyyəti və boğaz infeksiyalarından azalma da müşahidə edilə   bilər.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir