Çiçəklərlə birlikdə açan xəstəlik

Çiçəklərlə birlikdə açan xəstəlik

Çiçəklərlə birlikdə açan xəstəlik

Çiçəklərlə birlikdə açan xəstəlik 

Yaz fəslində hamımız günəşin ilıq şüalarından, köçəri quşları diqqətlə seyr etməkdən, gözəl çiçəklərə baxmaqdan və onları qoxulamaqdan zövq alırıq. Yaşıllaşan yazın xüsusi qoxusunu hiss edirik. Bu vaxt hər il olduğu kimi, bəzilərimizdə zökəm başlanır, boğazda qıcıqlanma, asqırma, qaşınma, gözlərdə isə yaşarma müşahidə olunur. Hər halda dü-şünürsünüz ki, günah immu- nitetinizdədir və ən yaxşı soyuqdəymə əleyhinə prepa-ratlar vasitəsi ilə müalicə olunmağa çalışırsınız. Kömək etmir? Bunun isə səbəbi aydın şəkildə yaz allergiyasıdır. Bəs onun təzahürlərinin qarşısını almaq üçün nə etməliyik?

Allergiya-əlverişsiz qıcıqlan-dırıcıya qarşı orqanizmin im-mun sisteminin reaksiyasıdır, hansı ki, bu orqanizmə kənar-dan düşə bilər və yaxud da orqanizmin özündə inkişaf edə bilər. Allergik reaksiyalara meyl irsidir. Bundan başqa, bu xəstəlik istənilən yaşda görü-nə bilər. Ona görə “aller-giyanın qurbanları” riski qrupuna hər kəs düşə bilər.
Simptomların təzahürü üçün yalnız qıcıqlandıran amil kifayətdir. Bunlara aiddir-temperatur dəyişiklikləri, yüksək rü-tubət, çiçəkləmənin başlan- ğıcları, stress, yeni dərman-ların qəbulu və s.

Allergiya üç növ olur: təmas, qida və tənəffüs. Ancaq tez-tez allergik reaksiyalara meyl-li olan insanlar müxtəlif qıcıq- landırıcıların təsirindən dis- komfort hiss edirlər. Bəzilərinizdə qoxulara qarşı yük-sək həssaslıq ola bilər, bu halda müəyyən qida məhsul-larının istifadəsi vaxtı qaşınma və bəzi səthlərə toxunma vaxtı toxumalarda ödem-yəni, şişkinliklər əmələ gələ bilər.
Xəstəliyin kəskinləşmə vaxtı bəzi ağırlaşmalar ola bilər, hansı ki, bu da uzunmüddətli müalicəni tələb edir. Allergi-yanın ağırlaşmaları bəzi ciddi xəstəliklərə yol açır – bronxial astma, kvinke şişi, atipik bron-xit buna misaldır.
Allergiyanın təzahürləriylə ba-rışmaq lazım deyil, ümid et-mək lazım deyil ki, nə vaxtsa simptomlar öz-özünə keçib gedəcək, əksinə daim müalicə vasitələrini axtarmaq lazım-dır.
Yaz allergiyasının səbəbləri:
Yaz allergiyası pollinoz adlan-dırılır – “polli” latın dilində tərcümədə tozcuq mənasını verir, hansı ki əsas səbəb-lərdən biri elə budur. Nəzərə alsaq ki, çiçəkləmə bir qayda olaraq apreldə başlanır, ona görə də yaz allergiyasının əsas piki də bu aya düşür. Bunun üçün də yaz çiçək-lərindən bir az qorxmaq lazımdır, çünki xəstəliyinizin səbəbi bu çiçəklər ola bilər.
Allergiya törədən yüzlərlə bitkilər var. Onlardan Toza-ğacının tozcuğu, qızılağaclar, ağcaqayın, fındıq ağacı, göy-rüş, qarağac, akasiyaların çi-çəkləri daha xırdadır və bir o qədər də təhlükəlidir. Həssas-lığın yüksəlməsi həmçinin böyük tozcuqlu çiçəklərin, məsələn; iynəyarpaqların çi-çəklənməsi zamanı da baş verə bilər. İnsanlar arasında allergiya xəstəliyinin geniş vüsət almasına şərait yaradan səbəblərdən biri də xarici öl-kələrdən gətirilərək Azərbay-canda əkilən ağac və bitki növləridir. Yaz mövsümü baş-layanda bu ağac və bitki-lərdən ətrafa müxtəlif mad- dələr səpələnir. Bu maddələr isə hava vasitəsilə tənəffüs yollarına düşür və insanlarda allergiya xəstəliyi əmələ gə-tirir.
Qeyd etmək lazımdır ki, pollinoz yay aylarında-inciçiçə-yinin, yovşanın lavandanın və başqa bitkilərin çiçəklənməsi vaxtı da görünə bilər. Ona görə də allergik xəstələr çətin ki rahat nəfəs alsınlar, bunun üçün ondan azad olmağın yollarını fikirləşmək, müalicə-ni düzgün və davamlı şəkildə aparmaq lazımdır.
Sözsüz, çətin ki, siz özünüzü ətraf mühitin gözəlliklərindən ● çiçəklərdən, ağaclardan məhrum edəbiləcəksiniz. Am-ma pollinozun çətinliklərin-dən qaçmaq üçün özünüzə bir neçə qayda hazırlamaq, müa-licəni vaxtında edib özü-nüzü qorumalısınız.

Qeyd edək ki, sitrus meyvə-ləri, tərxun, bal, yemiş, tum və fındıq allergiya əlamətlərini artırır. Allergik rinit zamanı xəstənin hansı çiçək və ağac növünə, toz, yun, toyuq tükünə qarşı həs-sas olduğunu müəyyənləş-dirmək üçün onun qol his- səsinə 19-21, bəzən isə 7-9 sınaq qoyulur. Məhz bu sı-naqlar vasitəsilə xəstədə al-lergiyanı törədən amillər mü- əyyən edilir. Amil dəqiq mü-əyyənləşdirildikdən sonra isə xəstədə baş qaldıran allergik prosesin qarşısını almaq üçün klaritin, siripal, lorapazil və lorital dərman preparatların-dan ibarət müalicə kursu təyin olunur. Bu preparatlarla yanaşı, xəstənin gözlə-rində olan qaşınma, sulan- manı, burunda yaranan tutulma və qıcıqlanmanı aradan qaldırmaq üçün müxtəlif bu-run və göz damcılarından isti-fadə edilir. Ancaq xəstə həki- mə mövsüm vaxtı müraciət edəndə sınaqlar qoyulmur. Çünki yaz mövsümündə, rinit əlamətləri kəskin şəkildə baş qaldırdığı bir vaxtda qoyulan sınaqların nəticələri düzgün olmur. Bu zaman yalnız şid-dətlənən allergiya əlamət-lərinin qarşısını almaq üçün antihistamin preparatların-dan ibarət müalicə kursu təyin edilir. Müalicə ilə paralel, xəstənin gözlərində və burnunda yaranan problemlər burun, göz damcıları vasitə-silə aradan qaldırılır. Mövsüm qurtaranadək bu müalicə kur-su davam etdirilir. Soyuq aylarda isə xəstəyə sınaqlar qoyulur və alınan nəticəyə uyğun olaraq, növbəti yaz mövsümündə müalicə aparılır.
Vaxtında müalicə olunmadığı təqdirdə, həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər.
Qeyd edək ki, allergik rinitin daşıyıcısı olan xəstələrin müa-licə müddətində bəzi qidalardan istifadəsinə qadağa qoyu- lur. Əsasən, müalicə ilə paralel xəstələrdə allergiyanın əlamətlərini artıran qida məhsullarından–sitrus mey-vələrindən, tərxun, bal, yemiş, tum və fındıqdan imtina edil-məlidir. Allergik rinitin daşıyı-cısı olan xəstə hər mövsüm vaxtlı-vaxtında lazımi müalicə kursu almalıdır. Əks halda, xəstəlik ağır sayılan dövrə keçir. Bu zaman isə rinit əla-mətləri ağır formada təkcə yaz mövsümündə yox, ilboyu özünü göstərir. Xəstədə boğulma halları ortaya çıxır. Bir neçə il sonra isə həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər. Allergik rinitin əlamətləri özünü biruzə verməyə başlayanda xəstə mütləq həkimə müraciət et-məli və lazımi müalicəni al-malıdır. Ancaq bəzi xəstələr allergiyanın əlamətləri özünü göstərməyə başlayanda bu-nun adi qrip simptomları olduğunu düşünüb həkimə üz tutmur. Bir sıra antibiotiklər qəbul edib qripin keçməsini gözləyir. Bu da allergik rinit əlamətlərini daha da kəskin hal almasına səbəb olur. Bu vəziyyət bir neçə il təkrar-landığı halda isə rinit bronxial astma xəstəliyinə çevrilir. Astma daşıyıcılarının 80 faizi bu xəstəliyi allergik və xroniki rinitdən sonra qazanır.
Düzgün müalicə aparıldıqda allergik riniti 3-5 ilə aradan qaldırmaq mümkündür.
Allergik rinitin yüngül keçməsi üçün xəstələr yaz mövsümün-dən 4 ay əvvəl müalicəyə başlamalı və proses mövsü-mün sonuna kimi davam etdirilməlidir. Allergiya tam aradan qalxanadək bu müa-licənin aparılması mütləqdir. Dəqiq diaqnoz qoyulub hər il düzgün müalicə aparıldıqdan sonra allergik riniti 3-5 ilə aradan qaldırmaq mümkün-dür. Ancaq bəzi xəstələrdə rinit simptomları uzun illər davam edir. Bunun da əsas səbəbkarı xəstələr özləridir. Çünki onlar vaxtlı-vaxtında müalicə kursu almır, allergi-yanı şiddətləndirən qida məh-sullarından istifadə edirlər. Bu səbəbdən də həkimlər tərəfin-dən aparılan müalicə 50 faiz nəticə verir.
Yüngül formalı allergiya xəs-təliyi insanlara genetik yolla keçir.
Allergiyanın yüngül formaları insanlara genetik olaraq, əsa-sən də ana xəttilə keçir. Ana, nənə, baba, xala və dayıda olan allergiya genlər vasitə-silə uşaqlara ötürülür. Ancaq allergiyanın bu formasından əziyyət çəkən insanlarda yün-gül simptomlar – burun göy-nəmələri, asqıraq və göz ya-şarmaları müşahidə edilir. Bu formanın daşıyıcıları ildə bir neçə dəfə həkim müayinə-sindən keçməli və müəyyən dərman preparatından da-vamlı istifadə etməlidir. Ge-netik yolla keçən allergiya xəstəliyin digər formaları ara-sında ən yüngülü sayılır. Bu formada ağırlaşdırıcı hallar ortaya çıxmır.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir