Dəri çatlamalarına qarşı təbii baxım kremi

 

Dəri çatlarına qarşı təbii baxım kremi

Dəri çatlarına qarşı təbii baxım kremi

 

 Dəri çatlamalarına qarşı təbii baxım   kremi

Kosmetoloq həkimlərimiz dəri çatlamalarının  meydana gəlmə səbəbini izah edərək   çatlaqların meydana gəlməsinin qarşısını almaq  üçün təbii baxım  kremlərini təqdim edirlər.

Dəri çatlarının  meydana gəlməsinin əsas səbəbi əslində tam olaraq bilinmir.

Çəki alıb vermək, dərinin nəmsiz qalması və genetik faktorların dəridə çatlar meydana gəlməsində təsirli parametrlər olduğu düşünülər.

Dəri çatları ən çox bədənin qarın, ayaq,  omba, qol, sinə bölgələrində  meydana gəlir.

İlk  meydana gəldikləri zaman  qırmızı rəngli olur və zaman  keçdikcə   tədricən ağ rəngə  dönür.

Xüsusilə ağ  rəngə  dönmüş bir dəri çatlamasıını kosmetik məhsul istifadə  etməklə   geriyə qaytarmaq mümkün deyil.

Buna görə də işi başından möhkəm tutaraq dəri çatlamalarının meydana gəlməsinin  qarşısını almağa çalışmaq ən doğrusudur.

Əgər dərinizdə çatların meydana gəlmə səbəbi dərinizin  quru olmağıdırsa  , o zaman mütləq dərinizi  müntəzəm olaraq nəmləndirməklə bu problemin qarşısını ala bilərsiniz.

Ancaq hər  bir şəxs fərqli dəriyə sahib olduğu üçün fərqli metodlarla da çatlamaların qarşısını ala bilərsiniz.

Çatların  meydana gəlməsi səbəbi fərqli olduğu üçün bəzən nə qədər nəmləndirərsiniz nəmləndirin  dərinizin  çatlamasının qarşısını ala bilməyəcəksiniz.

Çatların  meydana gəlməsinin qarşısını almaq üçün   aşağıdakı baxım yağı ilə dəri baxımınızı edə bilərsiniz:

Ağzı bağlı bir qabda:

3 şorba qaşığı badam yağı,

4 şorba qaşığı Hindqozu yağı,

4 şorba qaşığı avokado yağı

4 şorba qaşığı zeytun yağı

Bu yağların hamısını bir yerdə qarışdırın.

İçərisinə 1 ədəd E vitamini  ampulasını  diqqətli bir şəkildə qıraraq əlavə edin və qarışdırmağa davam edin.

Hazırladığınız qarışığı çox olmamaq şərti ilə  dərinizə   sürtün.

İncə hərəkətlər ilə  hazırladığınız qarışıqla dərinizi masaj edin.

Səhər və axşam bu qarışıqdan istifadə  edə bilərsiniz.

İstifadə  etdikdən sonra  qarışığı  dərinizin   sormas  üçün  5 dəqiqə qədər  paltar geyməyin.

5 dəqiqə sonra  paltarlarınızı   geyinə bilərsiniz yəni dəriniz yağı əmdikdən sonra .

Baxım yağını hamilə qadınlar da istifadə edə bilərlər.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir