D vitamini əksikliyi və müalicəsi

D vitamini əksikliyi və müalicəsi

d-vitamini

D vitamini əksikliyi və müalicəsi

  • D vitamini yaşamağımız üçün ən gərəkli olan bir vitamindir.
  • Qidalardan aldığımız vitamin çox azdır.
  • Bunların yerini isə günəş şüasından aldığımız D vitamini ilə doldura bilirik.
  • Ümumiyyətlə, qapalı yerlərdə yaşayan insanlarda,  yetərli dərəcədə D vitamini almayan insanlarda bu vitaminin çatışmamazlığı ilə bağlı müəyyən xəstəliklər əmələ gəlir.
  • D vitamini sayəsində bədənimiz bağırsaqlardan kalsium sorulmasını və böyrəklərdən  kalsium fosforun geri sorulmasını təmin edir.
  • D vitamini  bu funksiyası ilə qandaki kalsium tarazlığını təmin edir.
  • Ayrıca kalsium sümüyün qorunmasını, qan laxtalanmasını, immunitet sustemini və ürək -damar xəstəliklərinin qarşısını alır.
  • D vitamini bədəndə sümüyün qurulmasını təmin edir.
  • D vitamini əskik olduğu zaman uşaqlarda raxit xəstəliyi , yeniyetmələrdə  isə ostroporoz xəstəliyi  riskini artırır.İnsulin  müqavimətində ən təsirli müalicə D vitamini əskikliyini aradan qaldırmaqdır.
  • D vitamini əksikliyində pəhriz, ürək -damar xəstəlikləri və şəkər düşməsi ilə sıx-sıx qarşılaşılan vəziyyətlərdir.
  • D vitamini immuniteti qaldırdığı üçün, əskik olan zaman döş , uşaqlıq, bağırsaq xərçənginin artmasına səbəb ola bilir.
  • Ən önəmli mənbə isə günəş şüasıdır. İstifadə etdiyimiz günəş kremləri sayəsində D vitamini əksikliyinə daha çox rast gəlmək olur.
  • Bu səbəbdən də gündəlik olaraq  20 dəqiqə günəş şüası almaq çox vacibdir.

D vitamini  ilə  zəngin  olan qidalar hansılardır?

  • Yağlı balıqlar, yumurta sarısı, kərə yağı, qaraciyər, pendir, süd, süd məhsulları, göbələk, kakao və s . qidalarda D vitamini çoxdur.
  • Ancaq almış olduğumuz D vitaminini aktiv  hala gətirmək üçün 15-20 dəqiqə qədər günəşlənmək vacibdir.

D vitamini almaq məcburiyyətində  olan insanlar kimlərdir?

  • 50 yaşdan yuxarı insanlar sümük, əzələ ağrısı, günəş görməyən yerlərdə yaşayanlar, bağırsaq problemi olanlar, qaraciyər xəstəsi olanlar, mədə əməliyyatı olanlar, sümük əriməsi olan insanlar D vitamini almaq məcburiyyətindədirlər.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir