Daban çatlaması artıq xəstəlik deyil

Daban çatlaması artıq xəstəlik deyil

topuk1

Daban çatlaması artıq xəstəlik deyil

Daban çatlaması artıq xəstəlik deyil

  • Daban çatlamaları dəridə görünən incə və dərin yarıqlardır.
  • Sağlam dəri elastiki olur.
  • Sağlam dərinin üzəri təmiz,   hamar, yükə dayanıqlı  olur.
  • Çatlamış daban dərisi  isə  quru, üzəri qabıqlamış bir vəziyyətdə olur.

Daban dərisinin  çatlamalarına səbəb nədir?

  • Ən önəmli səbəblərin başında ayaq göbələyi, ekzema, sədəf xəstəliyi durur.
  • Maye istifadəsinin az olması da bu çatlamalara səbəb ola bilər.
  • Çünki, mayedən az istifadə etdikdə dəri quruyur.
  • Qış fəslində soyuq hava, evdə və müəsisələrdə havanın quru olması, yazda açıq ayaqqabılarda ayaq dərisinin tozlu məkanlara yaxın olması da dərini qurudur.
  • Qadınlarda menopauza sonrası estrogen əksikliyinin olması, yaşlandıqca isə hər iki cinsdə yaşla bağlı olaraq dəri quruması başlayır.
  • Dəmir və ya B vitamini əksikliyi  də dəri qurumasına səbəb olur. Şəkər xəstəliyi, tiroit əksikliyi, böyrək xəstəlikləri də başda olmaqla müxtəlif metabolik xəstəliklər də səbəb olur.
  • Ayaqlarda olan forma pozuqluğu və yaxud da ayaqların quruluşuna uyğun olmayan  ayaqqabıları geyinməklə   onları davamlı dərini sürtməsi nəticəsində də daban çatlamaları ola bilir.
  • Əl və ayaq dərilərinin qalınlaşması və sərtləşməsi nəticəsində olan bəzi  genetik xəstəliklər də dəri çatlamasına səbəb olur.
  • Çox tez-tez yuyunmaq, ayaqları yumaqdan sonra yaxşı silib qurutmadıqda belə dəri quruyub çatlaması baş verir.
  • Həddən çox kökəlmək və yaxud da həddindən çox qaçmaq, yerimək nəticəsində dabanların həddən çox təzyiq altında qalması nəticəsində də çatlar meydana gəlir.

Daban çatlarının müalicəsi necə olur?

  • Daban çatlarını müalicə etmək üçün ilk növbədə ağrını aradan qaldırmaq lazımdır.
  • Bunun üçün ilk növbədə ayaq dərisini ilıq suda yumşaldaraq çatlamış dərinin ətrafındakı qalınlaşmış dərini təmizləmək lazımdır. Bunun ardından isə dərini qidalandıran məlhəm sürtmək lazımdır çatlar yumşalana qədər daban dərisinin ola biləcəyi təzyiqə qarşı da tədbir görülməlidir.
  • Dərin daban çatlarına mikrob, göbələk xəstəliyinin düşməməsinə çalışmaq lazımdır.
  • Yara halına gələn çatlara qarşı isə  axşamlar yaranın üzərinə  kremlə  qarışdırılmış  antibiotik sürtdükdən sonra hava almayacaq bir şəkildə bağlamaq lazımdır.
  • Belə olanda yaranın sağalması daha sürətlənir.
  • Bu işi yara sağalana qədər davam etdirmək lazımdır.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir