Depressiya nədir?

Depressiya nədir

Depressiya nədir

Depressiya  nədir?

Əgər bir gün siz oyanır və anlayırsınızsa ki, həyat mənasız və boşdur, hiss edirsinizsə ki, heç nəyi düzəltmək olmaz, o zaman siz depressiyadasınız. Depressiyaya düşmüş insanlar gələcəyə heç bir ümid etmirlər. Həyat onlara maraqlı gəlmir. Onlar heç nədən zövq ala bilmir, dünyanı qaranlıq və tutqun kimi görürlər.
Ola bilər ki, bu vəziyyət sabah keçəcək, amma ola bilər ki, keç-məyəcək. Və əgər bu vəziyyət uzun müddət davam edirsə, fikirləşin: “mənə nə olur?” Pis əhval-ruhiy-yədə olaraq, tez-tez deyirik “mən depressiyadayam”. Ancaq bu yalnız sözün məişət mənasıdır.

Depressiyanın əlamətləri:
Psixoloqlar mövsümi depressiya haqqında tez-tez danışırlar. Onlar deyirlər ki, bu, ilin müəyyən fəsillərində əhval-ruhiyyənin və ya iş qabiliyyətinin azalmasıdır. Bu da yaz, payız, qış depressiyası şəklin-də təsvir edilir. Belə çıxır ki, ilin tək depressiyasız fəsli yaydır? Tibbi anlayışda depressiya, necə deyərlər, yalnız pis əhval-ruhiyyə demək deyil. Depressiya ciddi xəstəlikdir, müəyyən kliniki təzahürlərə malik-dir. Depressiya ilin istənilən vaxtı ola bilər, amma tez-tez mövsümi depressiyadan başlayır. Bir xəstəlik kimi depressiya “affektiv nasazlıq” adlanan xəstəliklər qrupuna aid edilir, yəni əhval-ruhiyyənin nasazlığı.
Depressiyanın əsas  simptomlarına aiddir:
1. Əhval-ruhiyyənin aşağı düşməsi (küskün, kədərli, qəmli əhval-ruhiyyə);

2. Əvvəl sizə zövq verən məşğuliyyətlərə marağın və həzzin itməsi;
3. Enerjinin və fəallığın azalması, tez yorulma.

Depressiyanın əlavə simptomları:
Depressiyanın əsas əlamətlərindən başqa əlamətləri də var. Həmin əlamətlər aşağıdakılardır:
• Konsentrasiya və diqqətin azalması;
• Günahkarlıq hissi və özünü günahkar hiss etmə;
• Gələcəyin tutqun və pessimistik xəyalı;
• Özünüqiymətləndirmənin və inamın olmaması;
• İntihar haqda fikirləşmək və bununla bağlı tədbirlər;
• Yuxunun pozulması, çətin yatmaq və ya erkən oyanmaq;
• İştahanın pozulması, iştahın az olması və çəkinin itməsi;
• Cinsi istəyin pozulması;
• Ətrafdakılarla ünsiyyətdən qaçmaq;
• Səhərlər məyusluğun, ruh düşkünlüyünün və dep-ressiya həyəcanlarının güclənməsi və axşam bir qədər yaxşılaşma;

Müalicəsi
Hazırda ən çox yayılmış emosional problemlərdən biri də depressiyadır. Bu halda xəstəyə psixiatrdan əvvəl, nevroloq, kardioloq, terapevt və ya başqa mütəxəssislər baxmalıdır. Depressiyalı xəstələri daha çox nevroloqun qəbulunda görmək olar.
Depressiyanın nevroloji pasiyentlərini tez-tez birləşdirən xəstəliklər bunlardır: Parkinson xəstəliyi, çox yayılmış skleroz, kəllə daxili şişlər, hər şeydən əvvəl gicgah payında, beyin damarlarının aterosklerozu.
Xəstələrin iki və yaxud üçdə birində olan intensiv ağrılar depressiya ilə əlaqələndirilir. Güclü ağrılar dep-ressiya əlamətlərinin daha yüksək dərəcədə olduğunu göstərir. Deməli, arsenal vasitələrdən istifadə edənlər yalnız psixiatrlar deyil, həm də nevroloqlar, kardioloqlar, terapevtlər, cərrahlar, dermatoloqlar və s.dir. Həmçinin preparatlar, antidepressantlar da buraya daxildir. Lakin müasir antidepressantlar haqqında kifayət qədər məlumat olmadığına görə, ümumi təcrübəyə əsasən həkimlər tərəfindən məsləhət görülən amitriptilina tipinin çoxdan tətbiq edilən preparatlarını-melipramina və s. istifadə edirlər. Göstərilən preparatlar güclü antidepressantdır. Dərin depressiyalar zamanı bu preparatlardan psixiatriya klinikasında geniş istiafdə edilir. Ambulator şəraitdə, hansı ki, söhbət, somato-vegetativ nasazlıqların fonunda depressiyanın atipik nəzərə çarpmayan hallarından gedir, kifayət qədər güclü yan təsiri olan bu preparatların təsiri mənfi effekt də verə bilər. Bundan əlavə, ənənəvi antidepressantlar (amitriptilin və s.) ağır yan təsirlərinə görə ümumtibbi praktika pasiyentlərində depressiv pozuqluqların müalicəsinin təsirini boşa çıxara bilər. Yuxardakıları nəzərə alaraq, ümumi sahə həkimlərinə daha yumşaq təsirli antidepressantlar haqqında məlumatın verilmə-sində fayda var. Beləliklə, yeni sinif antidepressantların ortaya çıxması ilə, yalnız psixiatrik yox, həm də ümumtibb praktikasında da antidepressant preparatlarının istifadəsinə imkan yaranır.

Depressiya  nədir?

Müəllif: 

Arif Abdullayev
Nevropatoloq

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir