Detoks dieti

Detoks dieti

Detoks dieti

Detoks dieti

Detoks dieti

Detoks dieti nədir? Detoks dieti necə həyata keçirilir? Detoks dieti faydalıdırmı? Bu sualların cavabını Detoks Dieti yazımızda tapacaqsınız. Detoks dieti necə olur və detoks dieti üçün nə etmək lazımdır?

  • Detoks qaz, köp, göyərmələr kimi şikayətlərin aradan qaldırılmasında yardımçı ola bilir.
  • Detoks, son bir  neçə  ildir olduqca popülyar olan bir bəslənmə  metodudur.

Detoks nədir və detoks dieti necə həyata keçirilir. Detoks dieti kimlər üçün problem ola bilər?

  • Detoks evdə tək başına həyata keçirilən bir metod deyildir.
  • Mütləq hər bir insan üçün xüsusi hazırlanmalıdır.
  • Atalar demişkən:”Qaş düzəltdiyimiz yerdə göz çıxartmayaq”
  • Detoks dedikdə bədənin toksinlərdən təmizlənməsini başa düşmək lazımdır.
  • Toksin isə bədəndə istənilməyən, zərərli təsirləri olan, sağlamlığa mənfi təsir edən maddələrin ümumi adıdır.
  • Bədənimiz gündəlik funksiyasını yerinə yetirərkən ortaya çıxardığı toksik maddələr, tənəffüs etdiyimiz havadan, istifadə etdiyimiz qida və ya hazır qidalardan da alına bilər.
  • Detoks təkbaşına bir qidalanma metodu deyildir.
  • Çünki  sağlamlıq zehni, fiziki və ictimai bir haldır.
  • Bunun üçün də fərqli üsullarla da  dəstəklənməlidir.
  • Lakin 3-5 günlük  aşağı kalori  istehsal edən, bol maye istifadə edən, qarışıq bitkilərdən ibarət olan müalicələr və imalə etmək metodları da detoks  dieti metodu deyildir.

Detoks dieti faydası və zərərləri nədir?

  • Detoks bədən üçün faydalarını sayacaq olsaq: qaz, köp kimi şikayətlər,  gün içində hiss edilən yorğunluq, halsızlıq, sabahları oyanma problemləri, həddən çox tərləmə, bədənin müxtəlif nahiyyələrində olan ağrılar kimi şikayətlərin aradan qaldırılmasına yardımçı olur.
  • Fəsil dəyişikliyi zamanı  bahar yorğunluğuna, yaxud da yeni başlayacağınız bir zəifləmə proqramından əvvəl tətbiq etməyiniz çox yaxşı ola bilər.
  • Normal bir detoks etmək immunitet sisteminə də yaxşı təsir edəcəkdir.
  • Bilinən bir zərəri yoxdur.
  • Əksinə  bədənin daha aktiv  və sağlam  olmasına təsir edəcəkdir.

Kimlərin detoks dieti etməsi problem yarada bilər?

  • Yaxın zamanda əməliyyat keçirənlərdə, orqan çatışmamazlığında, (ürək, qaraciyər, böyrək), hipertansiyonda, diyabet xəstələrində, hamiləlikdə, əmizdirmə dövründə, yaşlılıqda və uşaqlarda detoks problem yarada bilər.
  • Bağrsaqlarda ağrı olarsa, ağızdan rahatsız edici bir iy gələrsə,  həddən çox  ishal durumu varsa,  sidiyin rəngi  tünd rəngdə, qidalanma proqramınız düşük kalorili isə zülal istehsal etmirsə tətbiq etdiyiniz bu detoks proqramı doğru  və sağlam deyildir. Ona görə də  diyet həkiminə və ya həkimə müraciət etmək lazımdır.

Detoks dieti hansı şərtlər altında  edilməli və ya nə sıxlıqda edilməlidir?

  • Əvvəlcə ruhi və ictimai şərtlərin uyğun olması lolması çox vacibdir.
  • Çünki, sağlamlıq fiziki, ruhi və ictimai istiqamətdən tam bir yaxşılıq halıdır.
  • Buna görə də fiziki cəhətdən fəal və dincəlmiş olmalısınız. Düzgün bir yuxunuz olmalıdır.
  • Stresi iş yaşantınızdan uzaqlaşdırın.
  • Ruhunuzu dincəltmək üçün fikirlər yürüdün, dua edin, uşaqlar və heyvanlarla maraqlanın.
  • Bir tərəfdən ruhi və fiziki cəhətdən rahatlayan bədənin doğru qidalanması üçün  artıq şərait yaranmış olur.
  • Toksinlərdən qurtarmaq üçün,  ilk npvbədə, təbii   qidalarla qidalanmalı  və  süni qidalardan uzaq durmaq lazımdır.
  • Qarışıq maddələrin bu dövrdə bədənə sorulmasına imkan verməyin.
  • Təzə  sıxılmış meyvə ya da  tərəvəz suları,  tam taxıl çörəkləri, balıq, hindi yağlı,  toxumlar, quru paxlalar, probiyotik, prebiyotik qidalar, az yağlı laktosuz süd, az yağlı qatıq , az yağlı kefir ,mövsümə uygun təzə tərəvəz və meyvələr  və s. qidalarla ən az gündə üç öyündən  ibarət olan  bir qidalanma proqramı ilə çoxu  5 gün istifadə oluna bilər.
  • İkinci şərti  isə aşağıdakılardan qətiyyətlə uzaq durmaq lazımdır.
  • Kafein, spirtli içkilər, hazır qıda,  duz , şəkər, ağ un və s. kimi qidalardan uzaq durmaq lazımdır.

Detoks dieti edərkən istifadə edilə bilən içəcəklər hansılardır?

  • Xüsusi qarışıq içəcək formulu yoxdur.
  • Ancaq bilirik ki , bəzi aromalı içəcəklər detoksa kömək edir.
  • Məsələn, limon, nanə  xoş əhval-ruhiyyə yaradır.
  • Okaliptus burunu  açar.
  • Çobanyastığı  sakitləşdirir.
  • Lavanta yuxunu  normallaşdırır.
  • Cəfəri, şüyüd, ada çayı immunitet sistemini dəstəkləyər.

Bədənin müxtəlif nahiyyələrində olan ağrılar üçün də detoks dieti etmək olarmı?

  • Əlbətdə olar.
  •  Çünki  detoks bədənin fəal və sağlam  olmasını təmin edən bir metoddur.
  • Xüsusi bir detoks qarışığı yoxdur, ancaq aşağıdaki təriflər  sağlamlıq üçün faydası olan bir  içəcək nümunəsidir.
  • Məsələn,
  • kefiri sevməyənlər üçün bir misal :
  • Yağsız kefir + üzüm (mövsümə uyğun olması səbəbiylə , çəyirdəkləriylə birlikdə)+ ləbləbi (bir  nahar arası).
  • Yağsız kefir + nanə + şüyüd.
  • Prebiyotik  qatıq+ duzsuz fındıq  ya da badam (sağlam  bir nahar arası) .
  • Izqara balıq + bol mövsümi  salat (limonlu)+ tam çovdarlı çörək (sağlam  bir ana yeməkdə) .
  • Laktozsuz süd,  soya südü,  badam südü + yulaf əzməsi + banan (sağlam  bir qəhvəaltıda)

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir