Diabet xəstələrinə məsləhət

Diabet xəstələrinə məsləhət

Diabet xəstələrinə məsləhət

Diabet xəstələrinə məsləhət

 

– Diabetdən şübhələnirsinizsə, yaxın qohumlarınızda diabet xəs-tələri varsa və ya olmuşsa, qan şəkərinizi yoxlatdırın və ya chek-up müayinələrdən keçin,

– Diabet diaqnozu təsdiq olun-muşdursa təklif edilən müalicə üsullarına (dərman və ya insulin) və pəhrizə dəqiq bir şəkildə əməl edin,
– Dərmanlarınızı həkiminizdən soruşmadan dəyişməyin və ya kəsməyin,”Diabet məktəbin”də dərslərə müntəzəm gəlin,
– Nizamlı şəkildə qan şəkərinizi yoxlayın və qeyd edin,
– Altı ay fasilə ilə kardioloq müa-yinəsində olun,
– Ən geci ildə bir dəfə gözlərinizi müayinə etdirin,
– Fiziki fəallığı unutmayın,
– Əgər nəfəsalmanızda problem varsa, öskürürsünüzsə, mütləq döş qəfəsinin rentgen müayinəsi olunun, çünki kontrolsuz diabet ağciyər vərəminin inkişafına sə-bəb olur. Peyvənd edilməsinə əks-göstəriş yoxdursa hər il qış ay- larında qrip peyvəndi olunun, – Türkəçarə müalicələr (fitoterapiya, bioloji aktiv əlavələr və s.) və ya müasir elmi standartlara istinad olunmadan aparılan müalicələrlə qiymətli vaxtınızı itirməyin, qan şəkərinizi acqarına və toxqarına ölçun, qeydlərinizi həkiminizə gös-tərin, işin mütəxəssisinə özünüzü etibar edin,
– Müntəzəm şəkildə diş həkiminə gedərək müayinə olunun,
– Ayaq baxımı diabet xəstələrində çox ciddi və incə yanaşma tələb edən məsələdir. Hər gün ayaq-larınızı ilıq su və sabunla yuyun, qurulayın. Dırnaqlarınızı uzun və düz kəsin, çalışın zədələməyin, pambıq corab, evdə tərlik, ortopedik ayaqqabı geyinin, ayaqlarınıza krem çəkin, sıyrıntı, yara, çat görsəniz dərhal həkimə müraciət edin. Diabetik pəncə problemi vaxtında aşkar və düzgün müalicə edilərsə bu tam həllolunan məsələdir. Şəkərli diabetli xəstə-lərin müalicəsində “Diabet məktə-bi” mühüm yer tutur və burada xəstələrə özünə nəzarət, dieta, insulin müalicəsi zamanı diqqət ediləcək məqamlar, qan şəkərinin ölçülməsi qaydaları, ayaq baxışı və s. öyrədilir. Biz diabet dərsləri zamanı əyani vəsaitlərdən (slayd, videofilmlər və s.) də istifadə edirik. Diabet dərslərinə gəlmə-yinizin Sizə faydaları vardır. Şəkərli diabetin müalicəsi, son olaraq yuxarıda göstərilən şərtlərə əməl edən, xəstəliyinə biganə yanaşmayan, bu xəstəliyi və ağır-laşmaları anlayaraq yalnız mütəxəssis həkim-endokrinoloq nəzarəti və kontrolu altında etdirən şəxslərdə uğurlu ola bilər.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir