Doğru nəfəs alırsınızmı?

 Doğru nəfəs alırsınızmı?

Doğru nəfəs alırsınızmı?

Doğru nəfəs alırsınızmı?

Doğru nəfəs alırsınızmı?

  • Dünyaya gözlərimizi açdığımız ilk andan etibarən , fərqində  olmadan nəfəs alırıq və əlbətdə bu bizi həyata bağlayan ilk şeydir.
  • O zaman nəfəs almağı necə, bilirsinizmi?
  • Mütəxəssislər gerçək nəfəsin, yaşama mənbəyi ilə doğru təmasda olduğunu  söyləyirlər.
  •    Sadəcə doğru nəfəs alıb  verərək sağlıq  və nəşəyə  yenidən qovuşmaq mümkündür.
  • Üstəlik doğru nəfəs-alıb  vermək sadəcə  bədənimizi deyil, şüurumuzu da   dəngələyəcəkdir.
  • Oksigenlə zəngin hava nəfəs yolları ilə ağciyərlərimizə daxil olaraq  bədənimiz tərəfindən sorulur və nəfəs verərək   karbondioksidi  çölə atır.
  • Ancaq tənəffüs sisteminə diqqət etdikdə nəfəs alıb-vermə şəklimiz yaxud da nəfəslənmə alışqanlığımıza görə bu təzə oksigendən alacağı fayda böyük oranda dəyişiklik göstərir.
  • Yeniyetmələr ümumyyətlə köksün enib qalxdığı üst tənəffüs yolu ilə nəfəs  alıb-verirlər.
  • Güclü və gerçəkdən yetərli bir nəfəs üçün diafraqma əzələsinin  də  işin içində olduğunu,  doğru nəfəs alıb-vermə  alışqanlığını qazanmamız lazımdır.

 

Difraqma ilə nəfəs alıb-verməklə maddələr mübadiləsini gücləndirə bilərsiniz:

  • Döş qəfəsinin  altındakı çətir  şəklində olan diafraqma  tənəffüs sisteminin ən əhəmiyyətli faktorlarından biridir, çünki döş  qəfəsini  qarın boşluğundan ayırır.
  • Diafraqma əzələlərində aktiv şəkildə fəaliyyət göstərən real diafraqma nəfəsi ilə fizioloji sistemləri  balanslaşdırmaqla   daha geniş bir sahəyə yayılmış  bir nəfəs alınması mümkündür.
  • Diafraqmatik tənəffüs ilə lenfatik drenaj sistemində vakuum təsiri yaradar, toksinlərdən azad olmanı sürətləndirir və Vagus sinirinin stimullaşdırılması nəticəsində stress, kabızlık, duruş pozuqluqları və zehni qarışıqlıqları aradan qaldırar.

 

Diafraqm testi

  • Onurğa dik duracaq şəkildə oturun.
  • Dizqapağı və ombanızın eyni s səviyyədə olduğuna diqqət edin, lazım gəlsə ayağınızın altına bir az yüksəldin. Sadəcə burnunuzdan nəfəs alıb verə bilmək üçün ağzınızı qapadın.
  • Əllərinizi qarnınızın üstə qoyun.
  • Nəfəs alıb vermə əsnasında bədəninizi izləyin.
  • Əgər köksünüz enib- qalxmırsa deməli diafraqma əzələləriniz çalışmır.
  • Bundan tamamən əmin olmaq üçün yerə uzanın.
  • Əllərinizi yenə də qarnınızın üzərinə qoyub nəfəslənib bədəninizə nəzarət edin.
  • Əgər qarnınızda heç bir hərəkət yoxdursa və sadəcə  köksünüz enib qalxırsa diafraqma nəfəsinizin açıq olmadığını, sadəcə üst tənəffüs yolu ilə nəfəs alıb-verdiyiniz  məlum olur.

Sadə diafraqma nəfəsi necə olur?

  • Ağız örtülü, dil ucu ən ön iki dişin  arxasında və xəfifcə  üst damağa da dəyərək konforlu bir şəkildə o nöqtədə durur. İki burun dəliyindən  bəsit, ehtiyacın qədər nəfəs alıb- verməyə  başlayın.
  • Çox dərin   nəfəs almaq məcburiyyətində  deyilsiniz, ağciyərlərinizin ehtiyacı qədər   nəfəs alın.
  • Nəfəs alarkən qarnınızı  çölə  doğru genişləndirərkən, nəfəs verən   zaman  isə  qarnınızı  içəri doğru çəkilməlisiniz,  və bu şəkildə davam etmək lazımdır.
  • Nəfəs alıb-verərkən qarın əzələlərinizin bu gəl get sürəci, diafraqma əzələlərinin aktiv çalışmasının göstəricisidir.
  •  Nəfəs alarkən əvvəlcə qarnınız şişəcək, daha sonra hələ nəfəs alma ehtiyacı davam edirsə köksünüz də şişməyə başlayacaqdır.
  • Burada əsas nöqtəyə diqqət edin.
  •  Nəfəs verərkən yavaş-yavaş ciyərlərinizdə olan son zərrə hava çıxana qədər nəfəsinizi boşaldın.
  • Daha sonra daxilinizdə heç hava qalmadığına əmin olduqdan sonra yenidən nəfəs alıb-verməlisiniz.
  • Unutmayın, nəfəs alma  idmanının sirri nəfəs vermə zamanından asılıdır.
  • Aldığımız nəfəsi, mümkün olduqca verdiyiniz təqdirdə daha yaxşı nəfəs ala bilərsiniz.
  • Bu sadə idmanı hər sabah  və ya axşam boş bir mədə ilə 5-10 dəqiqə arası tətbiq etmək bütün sinir sisteminizi dəngələyəcəkdir.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir