Erkən yetkinliyi durdurmaq olarmı?

Erkən yetkinliyi durdurmaq olarmı?

 

erkən yetkinliyi durdurmaq olarmı

erkən yetkinliyi durdurmaq olarmı?

Erkən yetkinliyi durdurmaq olarmı?

Ana-atalar, uşağınızın təqibə alın!

“Erkən yetkinlik müasir dövrün ən böyük problemləri arasında mühüm yer   tutur.

Bir çox ailənin mübarizə etdiyi erkən yetkinlik probleminə xüsusilə, qız uşaqlarında daha tez rastlandığına diqqət çəkən   həkimlər  qarşılaşılan  problemlərlərlə valideyinləri tanış etməyə çalışırlar. 

Yetkinlik- uşaqlıqdan yetkinliyə addım atılan dövrdür.

Uşağın fizioloji, psixoloji və ictimai baxımdan bir sıra dəyişikliklərə  uğradığı müvəqqəti bir prosesdir- erkən yetkinlik.

Yetkinlik yaşı normalda qız uşaqlarında 8-13, oğlan  uşaqlarında isə 9-14 yaş arasıdır.

Əgər yetkinliyə aid əlamətlər qızlarda 8, oğlanlarda  isə 9 yaşından əvvəl görülürsə uşaq erkən yetkinliyə çatmış deməkdir.

Normalda yetkinliyin qızlardaki ilk əlaməti döş toxumasının böyüməsidir.

Nəhayət ilk aybaşının başlamasıyla da tamamlanmaya doğru gedər.

Erkən yetkinliyə qızlarda daha çox rast gəlmək  olur.

  1. Erkən yetkinlik qızlarda oğlanlardan  daha çoxdur  və çox vaxt   yaranma səbəbi ortaya  çıxardıla  bilməz.
  2. Ancaq bəzən altda yatan çox əhəmiyyətli bir tibbi problem də ola bilər.
  3. Xüsusilə də  oğlan uşaqlarında  görülərsə daha da diqqətli  yanaşmaq lazımdır.
  4. Hormon tərkibli qidalar erkən yetkinlik səbəb  olur.
  5. Dünyada son 10 ildə xüsusilə diqqəti çəkən nisbətdə erkən yetkinlik probleminə rast gəlinir.
  6. Aparılan araşdırmalardan   məlum olur ki,  aldığımız qidaların  tərkibində  olan hormon və qatqı maddələri uşaqlarda bu vəziyyətə səbəb olur.
  7. Böyümə hormonu əlavə olunaraq yetişdirilən meyvələr (çiyələk vs) tərəvəzlər (pomidor, brokoli vs), yenə hormon (xüsusilə estrogen) əlavə olunaraq sürətli böyüdülən toyuqlar və yumurtalar, ətlər və süd uşaqlarda hormon probleminə  səbəb ola bilir.
  8. Normal şərtlərdə uşaqlıq dövründə bu hormon xəbərdarlıq sistemi beyində, yetkinliyə qədər səssiz bir gözləmə şəraitində olduğu haslda  bu xarici təsirlərin nəticəsində   aktiv hala gəlir.
  9. Eyni zamanda qatqı maddələri qədər olmasa da iqlim dəyişiklikləri və fiziki şərtlər    də  erkən yetkinliyə  səbəb olur.
  10. Fast food tərzi və süni sənaye məhsulları ilə qidalanma vərdişləri obezitəyə səbəb olaraq bədənin  yağ nisbətini artırmaqla   erkən yetkinliyə səbəb ola bilir.

Erkən yetkinlik uşaqlara necə təsir edir?

 

  1. Erkən yetkinlik dövrünə qədəm qoyan uşaqda boy artımı olmur və zəif olur.
  2. Yoldaşları, ailəsi və müəllimləri ilə  ünsiyyət problemi yaşayan uşaq məktəbdə müvəffəqiyyətsiz olur.
  3.  Agresif, özünə etibarsız, dəyərsizlik duyğusuna sahib bu uşaqlarda maddə asılılığı, intihar meyli görülə bilir.

Müalicəsi necə edilir

  1. Yaxşı bir müayinə  sonrasında farmakoloji maddələrdən istifadə etməklə aktif olmuş sistemin fəaliyyəti dayandırılır və erkən yetkinliyin qarşısı alınır.
  2. Gerçək yetkinlik yaşı gözlənilib zamanı gəlincə bu dərmanlar kəsilərək yetkinliyin inkişafına icazə verilir.
  3. Uşağın psixoloji problemləri üçün də mütləq kömək alınmalıdır.
  4. Erkən yetkinlik problemininn həlli zamanı mütləq endikrinoloqa, psixatra, ginekoloqa, psixoloqa müraciət etmək lazımdır.
  5. Müasir həyatın gətirdiyi bu mənfi təsirləri qarşısını almaq hələlik ancaq fərdi səy ilə mümkündür.
  6. Bəslənmə vərdişinə diqqət edilməlidir.
  7. Buna görə də ailələrin üzərinə  böyük vəzifə düşür.

Kişilərdə erkən yetkinlik hansı xəstəliklərin əlaməti ola bilər?

  1. Beyin şişləri .
  2. Beyin abses və infeksiyaları.
  3.  Böyrəküstü vəzlərinin şişləri .
  4. Yumurtalıq-testis şişləri və xəstəlikləri aparılan müayinələrdə   bu problemlərin  olmadığı təyin olunduqdan sonra erkən yetkinliyə səbəb olan xarici faktorları düşünmək lazımdır.
  5. Qız uşaqlarında problem olsun ya da olmasın yetkinliklə əlaqədar ilk müayinələri 13 ilə 15 yaş arasında mütləq edilməlidir.
  6. Ailələr də bu mövzuda daha diqqətli olmalıdır.

 

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir