Eşitmə cihazlarının növləri

Eşitmə cihazlarının növləri

Eşitmə cihazlarının növləri

Eşitmə cihazlarının növləri

1. Qulaqarxası eşitmə cihazları – qulağın arxasında yerləşdirilir və havaverən boru ilə daxili qulaq əlavəsi ilə birləşərək bilavasitə istifadəçinin qulaq keçə-cəyində yerləşir. Müasir eşitmə cihazları kiçik, müxtəlif rəng və dizayndadır, qulağın arxasında demək olar görsənmir və eşitmə qabiliyyətin itkisinin istə-nilən forması üçün istifadə oluna bilər.

2. Qulaqdaxili və daxilikanal eşitmə cihazları – qulaq keçəcəyində yerləşdirilir. Onları əvvəlcədən qulaq keçəcəniny surətini çıxardaraq fərdi olaraq hazırlayırlar. Onlar az görünən və komfortludur. Lakin onları 12 yaşa qədər uşaqlarda və eşitmə qabiliyyətinin dərin itməsində istifadə etmək olmaz.

3. Cib eşitmə cihazları – xəstənin qulaq zonasından kənarda yerləşdirilir (cibdə, kəmərin üzərində və s.). Eşitmə cihazı düzbucaqlı korpusdan ibarətdir və bilavasitə qulaq keçəcəyində yerləşən iplə telefon və qulaq əlavəsi ilə bağlanır. Bu cür eşitmə cihazları nadir halda istifadə olunur – əsasən, hərəkət koordinasiyasının pozulması və ya artritdən əziyyət çəkən insanlarda eşitmənin zəifləməsini (ağır eşitməni) bərpa etmək üçün.

4. Eynək eşitmə cihazları – xüsusən eynək taxan insanlar üçün hazırlanıb. Belə cihazın elektron sxemi birbaşa eynəklərin dəstəyinə quraşdırılır, bəzi modellərdə isə dəstək həm də minivibrator funksiyasını ye-rinə yetirir. Bu da istifadəçinin görmə qabiliyyətinə yaxşı təsir göstərir.

5. Saçlara taxılan sancaq şəklində sümük eşitmə cihazları da var. Lakin onlar geniş yayılmayıb.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir