Eşitmə orqanlarının müasir protezləşdirilmə imkanları

Eşitmə orqanlarının müasir protezləşdirilmə imkanları

Eşitmə orqanlarının müasir protezləşdirilmə imkanları

Eşitmə orqanlarının müasir protezləşdirilmə imkanları

Görmə qabiliyyətinin olmaması insanı əşyalardan ayırır.
Eşitmə qabiliyyətinin olmaması insanı insanlardan ayırır

Emmanuil Kant

ÜST (Ümumdünya Səhiyyə Təşkilatı-nın) məlumatlarına görə dünyada əhalinin təxminən 10% eşitmə qabiliyyətinin itməsindən əziyyət çəkir. 65 yaşdan 74 yaşa qədər şəxslərdə eşitmənin zəifləməsinin (ağır eşitmənin) yayılması 20 % təşkil edir və 75 yaşdan yuxarı olan insanlarda bu 35%-ə qədər artır. Tədqiqatlar gös-təriri ki, insanların təqribən 65%-də eşitmə qabiliyyətinin itməsinin I-II dərəcələri, 30%-də III dərəcə və 5% – də IV dərəcə və ya karlıq var. Ümumdünya statistikasını götürsək, bütün dünyada 800 milyondan artıq insan eşitmə qabiliyyətinin zəif-ləməsindən əziyyət çəkir. Ehtimala görə, 2020-ci ilə qədər bu say 1,4 mlrd. çatacaq. Bu da təxminən bu gün üçün Yer kürəsinin əhalisinin 20% təşkil edir.
Daha sıx rast gəlinən eşitmənin zəif-ləməsi (ağır eşitmə) – sensonevral (neyrosensor), bütün eşitmənin zəif-ləməsi (ağır eşitmə) hallarından təqribən 70-80% təşkil edir. Digər formalar 20-30% qədər tutur.
Eşitmə orqanın protezləşdirilməsi – bu və ya digər vasitə ilə insanın eşitmə qabiliyyətini yaxşılaşdırmağa imkan verən tədbirdir.

Eşitmə orqanının  protezləşdirilməsinin üsulları.
1) Orta və xarici qulaqda rekonstruktiv cərrahiyə (otosklerozda, xroniki otitdə, anadangəlmə inkişaf anomaliyalarında və s.);
2) Koxlear implantasiya – otocərrahiyənin və tibbi texnologiyaların nailiyyətlərini son illər özünə daxil edən eşitmə qabiliyyətinin çox effektiv bərpa metodikasıdır. Hər il anadangəlmə və ya qazanılmış eşitmənin zəifləməsi problemindən əziyyət çəkən minlərlə uşaq koxlear implantasiya hesabına eşitmə qabiliyyətini əldə edir.
3) Səsgücləndiricilərin vasitəsilə eşitmə informasiyanın ötürülməsi hesabına protezləşdirilmə – eşitmə cihazları.
Bu gün daha ətraflı sonuncu üsul – eşitmə orqanlarının protezləşdirilməsi–eşitmə cihazları və onların köməyi ilə protezləşdirilmədən danışaq.
Eşitmə cihazları ilə qulağın protez-ləşdirilməsi, eşitmə qabiliyyətinin çatışmazlığının əlverişli və effektiv kompensasiya metodlarından biri kimi sosial əhəmiyyət mənasını qazanır. Çünki bu, bir çox xəstəni normal əmək həyatına qaytarmağa imkan verir.
Lakin, müasir eşitmə reabilitasiya-sının heyrətləndirici imkanlarına baxmayaraq, bizim ölkədə zəif eşitmə qabiliyyətli insanların yalnız az hissəsi adekvat eşitmə orqanların protezi köməyindən yararlanır.

Bunun bir neçə səbəbi var:
Eşitmə orqanların xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasının vahid dövlət sisteminin olmaması;
eşitmə qabiliyyətinin itməsinin sosial nəticələri haqqında əhalinin faciəli az məlumatlandırılması. Xüsusilə, uşaqlarda və müasir eşitmə orqanların protezləşdirilməsində bu hal özünü daha çox biruzə verir.
əksər həkimlər (hətta otolarinqoloqların) eşitmə orqanlarının protezləşdirilməsi ilə əlaqədar olaraq əsassız olaraq iddia edirlər ki (haq-qında təsəvvür və təcrübələri mü-asir səviyyəyə tam uyğun deyil), eşitmə cihazları eşitmə qabiliyyətinin pisləşməsinə gətirir. Bu isə tamamilə yalnış fikirdir.
Müasir eşitmə orqanlarının protez-ləşdirilməsi, eşitmə cihazının kö-məyi ilə eşitmə qabiliyyəti pozulmuş insanların təxminən 90%-nin hə-yatını xeyli yaxşılaşdırmağa imkan verir.

  • Müasir eşitmə cihazları nə edə bilər:
  • səs ucalığının qavranmasının po-zulmasını bərpa etmək;
  • səs tezliyinin qavranmasının po-zulmasını bərpa etmək;
  • müxtəlif şəraitlərdə yüksək nitq aydınlığını təmin etmək (sakitlikdə, səs-küylü şəraitdə, küçədə, audito-riyada, sinfdə), yəni nitqi səs-küydən fərqləndirmək, onu ayırmaq və güc-ləndirmək. Xüsusilə, çətin səs şəraitlərində (çox insan olan ofisdə, univermaqda, musiqi fonunda və s.);
  • səslərin təbii qavramasının təmin etmək (nitqi, öz səsini, musiqini, ətraf mühitin səslərini);
    hər bir vəziyyət üçün ucalığın komfort səviyyəsini avtomatik sax-layaraq, eşitmə qabiliyyətinin itməsi səviyyəsindən və USAF ifadəliyindən asılı olmayaraq;
  • müxtəlif akustik şəraitlərə avto-matik uyğunlaşmaq (səs-küylü şə-rait, bir neçə insan ətrafında nitq, zallarda musiqi və s.);
  • ən müxtəlif səsləri eşitmək – hətta insan böyük müddət eşitmədiyi səsləri və yaddan çıxartdığı səsləri də: ayaqların altında payız yarpaqlarının xışıltısı, yağışın xışıltısı və s.
  • cihazda vıyıltının olmamasını təmin etmək, (geri akustik əlaqə adlandırılan)
  • uzun müddət ərzində etibarlı işləmək və minimum enerji sərf etmək;
  • zəif eşidən insanlar üçün vağzal, aeroport və digər ictimai yerlərdə induksion ilgəklər hesabına normal ünsiyyəti təmin etmək;
  • radio və mobil telefon, kompüter və digər müasir texnikadan sakit istifadə etmək.
  • Eşitmə qabiliyyəti zəif olan xəstə-lərin əksəriyyəti eşitmə cihazlarından istifadə etmir və iddia edirlər ki, özlərini tənha hiss edirlər. Bu da onların həyat keyfiyyətini aşağı salır.
  • Düzgün quraşdırılmış eşitmə aparatları həyat keyfiyyətinə müsbət təsir edir. Eşitmə cihazının gündəlik istifadəsi həyat sevincini qaytara bilər.

Eşitmə orqanının protezləşdirilmə-sinə göstərişlər:

1) 40 dB artıq eşitmə qabiliyyətinin itməsi. Uşaqlarda 40 dB aşağı itmə-də də protezləşdirmə vacibdir. Çünki bu, gələcəkdə pozulmuş nitqin qar-şısını ala bilər;

2) Eşitmənin zəifləməsinin (ağır eşitmənin) I dərəcəsində (yəni 40 dB az eşitmə qabiliyyətinin itmə-sində), xəstənin kəskin eşitmədə ehtiyacı olduqda.
Lakin, həqiqətən, bu məsələdə mə-nim fikrim ümumqəbuledilmiş nöq-teyi nəzərdən daha genişdir. Eşitmə cihazlarını eşitmə qabiliyyətinin itməsinin ən erkən dərəcələrində taxmaq lazımdır, çünki bu yalnız müalicəvi üsul deyil, həm də baş beyin qabığında və qabıqaltı eşitmə mərkəzlərində nitq mərkəzləri ara-sında asosiativ əlaqələrin pozulması planında profilaktik tədbirlərdir. Yəni eşitmə cihazları yaşa dolduqca eşitmə qabiliyyətinin gələcəkdə düşməsini ləngidir, “beynin qocalması”nın qarşısını alır.
3) Xəstə ünsiyyət problemlərin olmasını deyir. Qeyd edir ki, məişət səsində nitqin aydınlığı pisləşir, bir neçə söhbət yoldaşı ilə danışdıqda gərginlik yaranır, müşavirədə, ma-şında, hər dəfə televizor və s. səsin ucalığını artırmaq zəruriliyini hiss edir;
4) Lakin, mənim fikrimcə, ən əsas göstərici protezləşdirməyə motiva-siyanın olmasıdır.

Bu – eşitmə qabiliyyətinin özündə olmasının etiraf etməsidir; ailə və dostlarının dəstəyidir.

Eşitmə orqanlarının protezləşdiril-məsi xeyrinə xəstələr üçün inandırı-cı dəlillər:
Eşitmə cihazları gündəlik həyatda fəal iştirak etməyə imkan verir.
Yeni texnologiyalar hesabına müasir eşitmə cihazları kiçikdir və taxması çox rahatdır.
Sualların təkrarlanması və anlaya bilməmək keçmişdə qalır.
Sizin tələblərinizə cavab verən yaxşı quraşdırılmış cihaz sizi pis vəziy-yətdə qoymur.
Keyfiyyətli cihazlar istənilən qiymət seqmentində mümkündür.

Müəllif: İsmayılov İ. Firudin oğlu Otorinarinqoloq və surdoloq. 050-4294858 : 055-7788813

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir