Ev qadınları nədən kilo alır

Ev qadınları nədən kilo alır

Ev qadınları nədən kilo alır

Ev qadınları nədən kilo alır

Ev xanımları nədən kilo alır bunu heç düşündünüzmü? Bütün dünyada bir yoluxucu xəstəlik kimi yayılan ”köklük xəstəliyinə” ən çox ev qadınlarında rast gəlinir!

Bəs ev xanımlarına kilo vermək üçün nələri tövsiyyə etmək olar? Terapevtlər “Ev qadınlığı bəlkə də dünyanın ən nankor işi, saçları süpürgə edirlər yenə də o qədər işi gözə görünməz, yorğun olduğu başa düşülməz” deyərək evdar xanımlara sağlamlıq haqqında tövsiyyələr etdilər.

Özünüzə dəyər verin:
Öz şəxsiyyətinizin kimsələr tərəfindən tapdalanmasına icazə verməyin!
Hər gün tez-tez “Mən çox dəyərliyəm və mən bütün gözəlliklərə layiqəm” deyərək təkrarlayın, çünki dil söylədikcə beyin də, ürək də bunlara inanır.

Ev işlərini planlayın:
Ev işləri heç vaxt bitməz! Məqsəd hər yeri çirkdən təmizləmək olmalı.

Bütün mikroblar ortadan qalxmalıdır deyə kimyəvi maddələrin zəhəri ilə özünüzü zəhərləməyin!

Zamanınızı düzgün bölün:
Bütün uğurların başlanğıcı “zamandan düzgün istifadə” etməkdir. Günü düzgün bölməklə, verilən qərarlara sadiq olaraq hər şeyə daha rahat vaxt ayıra bilərsiniz.
“O qədər ev işi görürəm, ancaq yenə də arıqlaya bilmirəm”- deyən ev xanımlarına həkim məsləhətləri:

Yemək hazırlayarkən yeməyin:
Saatlar boyu özünü mətbəxdə həbs edən ev qadınları çeşid-çeşid yeməklər hazırlayarkən, bişirdiyi yeməklərin hər birinin dadına baxaraq kifayət qədər kilo almış olur. Fərqində olmadan yeyilənlərə diqqət edin!
Əsas yeməklər qədər kalori alınan, amma fərqinə varılmayan bir alışqanlıqlar da günortadan əvvəl və günortadan sonra yeyilən “ayaqüstü yeməklərdir.”
Mən ayaqüstü yemərəm deməyin, çünki, balacaların valeh olduğu o tezbazar yeməklər nə isə, bulkalar, kətələr, kekslər də elə demək olur. Tək fərq isə onların kalori mənbələrinin fərqli olmasıdır.

Alətlər işləyər, əl isə öyünər:
Texnika inkişaf etdikcə “mərdlik” də pozuldu! Keçmişdə sabahdan axşa-ma qədər əllə yuyulan paltarları indi sürətli və az fiziki güc tələb edən maşınlar yuyur. Paltar yuyan maşınlar, toz soranlar, qurutma maşınları… və s. Artıq ev işlərində insanların xərclədiyi enerji yarıya endi, hər şey bir barmaq ucuyla, enerji itkisi olmadan həll olunur.
Ev qadınlarının ən böyük səhvi ev işləri ilə həddən çox məşğul olub, idmana vaxt ayırmamalarıdır. Həkimlər ən azından hər gün bir dəfə yarım saat sürətli şəkildə yeriməyin sağlamlıq üçün faydalı olduğunu məsləhət görürlər.

Çay saatı menyularını dəyişdirin:
Ev xanımlarının, qonaq qəbul etmə fəaliyyəti təəssüf ki “kalori yükləmə seansı” halına gəlir. Ən çox çeşidi kim hazırlayacaq? yarışına girərək, qonaqlıqları və çay süfrələrini bir rəqabət atmosferinə döndərirlər.

İdeal kilo, pəhriz
Qonaqların yeni ləzzətlərlə tanış edilməsi, xəmir, yağlı qidalar əvəzinə, tərəvəz və meyvələrdən hazırlanan fərqli, ləzzətli yüngül yeməklərin təklif olunması tövsiyyə edilir.
Həkimlər yeməklərdən duzun, yağın azalmasını, qabların kiçildilməsini, qızartmalarla bərabər mayonezlə də vidalaşmağı tövsiyyə edirlər.
Həmçinin yeməklərin sağlamlığa uyğun hala gətirilməsini tövsiyyə edən həkimlər, yeməkdən əvvəl içilən darçın çayının iştaha kəsdirici bir xüsusiyyəti olduğunu da bildirir.

 

Bənzər yazılar: 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir