Eyni bir mühitdə olmaq allergiyaya səbəb ola bilər

Eyni bir mühitdə olmaq allergiyaya səbəb ola bilər

Eyni bir mühitdə olmaq allergiyaya səbəb ola bilər

Eyni bir mühitdə olmaq allergiyaya səbəb ola bilər

Eyni bir mühitdə olmaq allergiyaya səbəb ola bilər

Eyni bir mühitdə olmaq allergiyaya səbəb ola bilər. Bu söz inandırıcı gəlməsə də, belə ola bilər. Çünki allergiyanın birdən çox səbəbi var. Onlardan biri də: Eyni mühitdə olmaq allergiyaya səbəb ola bilər!

  • Qidalanmamız üçün saysız-hesabsız qida maddələri vardır.
  • Lakin bu qida maddələri hər kəsə eyni təsir etmir.
  • Bir çox insanlarda bəzi qidalar allergiyaya səbəb ola bilir.
  • Hətta  yeməklə deyil, olduğu mühitdə tənəffüs etməyin özü belə allergiya üçün  yetərli ola bilər.Eyni bir mühitdə olmaq allergiyaya səbəb ola bilər
  • Burun axmasından başlamış asqırmaya qədər, gözlərdə olan yanma  və sulanmalar, damaqda və boğazda qaşıntılar, ishaldan mədə bulanmasına  və qusmaya , nəfəs darlığından dodaqlarda şişməyə , dəridə qızarıqlığa qədər və s.siyahını daha da artırmaq olar.
  • Qida alergiyalarının  yol açdığı şikayətlər  qrip və soyuqdəymə sayıldığı  kimi, ölümə belə səbəb ola biləcəyini vurğulayan qida və pəhriz mütəxəssisləri ən alergik olan 10 qidanın  əlamətlərini və ilk yardım qaydalarını izah etdilər. Körpələrdə qida allergiyasının düzgün başa düşülməsi üçün lazım olanlara valideyinlərin diqqətini yönəltdi.
  • Allergiya son illərdə dünyada olduğu kimi ölkəmizdə də sürətlə yayılmağa başlayan bir xəstəlikdir.
  • İstər uşaqlarda, istərsə də yaşlılarda bir çox problemlərə yol açqraq yaşam keyfiyyətini xeyli düşürür.
  • Həyat tərzi, ətraf aləmin çirkliliyi, tənəffüs etdiyimiz hava, istehlak etdiyimiz qidalar və s.bir çox faktorlar  allergiyaya yol açır.
  • Avropada hər il 17 milyon adam allergiya səbəbindən  sağlık problemi yaşayır.

Yalnız yeməklə  yox, eyni bir mühitdə olmaq allergiyaya səbəb ola bilər!

  • Məsələn, yer fıstığı  həddən çox  allergik təsiri  olan bir qidadır.
  • Düşündüyümüzün əksinə, paxlalılar fəsiləsinə aid olan yer fıstığı, son illərdə,xüsusilə inkişaf etmiş ölkələrdə tez-tez görülməyə başlayan allergiya növlərinin başında gəlir.
  • Hətta allergiyası olan insanların yanında yer fıstığı paketi açdıqda alllergiya əlamətləri meydana çıxmasına səbəb olur.
  • Buğda allergiyasında da buna bənzər vəziyyət yarana bilər.
  • İmmunitet sisteminin bir ya da daha çox buğda zülalına  qarşı anormal reaksiya verməsi nətiicəsində də allergik bir mənzərə ortaya çıxır. Süddən yumurtaya, qoz və badamdan balığa!
  • Sağlamlıq üçün bir çox faydası olan qidaların daxilindəki birləşmələr bəzi insanlarda allergiya problemləri yaranmasına səbəb ola bilir.
  • Süd allergiyası dünya əhalisinin, ümumən uşaqların 5 faizində tez-tez görünən bir allergiya növüdür.
  • Süd içildikdən dərhal sonra, immunitet sistemi süd zülallarına qarşı allergiya antikorları çıxarır, iltihab hüceyrələrini hərəkətə keçirir və ya bunların birləşməsinə reaksiya göstərir.
    Sağlam qidalanma zamanı uşaqların inkişafında son dərəcə faydalı olan, səhər naharının isə olmazsa olmazı sayılan yumurta həm uşaqlarda, həm də yetkinlərdə
    tez-tez allergiyaya səbəb olan bir qidadır.
  • Yumurtanın həm sarısında, həm də ağında olan zülallar bədəndə allergiyanın  yaranmasına səbəb ola bilir.
  • Soya paxlası və soya  tərkibli məhsullar da alergik xüsusiyətə malik qidalardır.
  • Mütəxəssislərin verdiyi məsləhətə görə  bəzi qidaları sadəcə yeməklə allergiyaya məruz qalınmır , eyni zamanda həm də kosmetik məhsulların , şampon və kremlərin tərkibində olması da allergiyaya səbəb ola bilər.
  • Küncüt və  dəniz məhsullarında məsələn, qızıl balıq, ton balığı, sardinya kimi balıq məhsulları ilə yanaşı şokolad da ən tez-tez allergyaya səbəb olan qidalarıın arasındadır.

Qidaların tərkibində olan maddələr hansı problemlərə  səbəb ola bilir?

  • Yer fıstığı, süd, yumurta, dəniz məhsulları, şokolad, küncüt, qabıqlı yemişlər və s. qidaların hər birində klinik problem  eynidir.
  • Allergiyanın növü  bədəndən bədənə dəyişməklə bərabər, eyni zamanda bəzi insanlarda bir, bəzilərində isə bir neçə əlaməti ortaya çıxa bilir.
  • Qida allergiyasının yol açdığı şikayətli vəziyyətlərdən burun axması, burun tutulması,öksürək, asqırmaq, gözlərdə yanma, soyuqdəymə,qrip olması şəklində ortaya çıxdığı kimi, nəfəs darlığı, mədə bulanması, qarın ağrısı, xırıltılı nəfəs alma, mədə ağrısı kimi problemlər də ortaya çıxa bilər.
  • Yenə atopik dermatit, dildə şişmə, damaqda-gözdə və burunda qaşınma, boğazda qaşıntı və yanmanın yanında bəzi kəslərdə anaflatik şoka yol açaraq ölümə belə səbəb ola bilir.

Qida allergiyası zamanı ilk yardım necə edilir?

  • Qida allergiyası hər bir insana görə dəyişərək fərqli problemlər yaradır.
    Kimi bu şikayətləri yüngül keçirir  kimidə çox daha ağır keçirir və hətta bu ağırlaşma ölümlə də nəticələnə bilir.
  • Məsələn, istifadə olunacaq bir badam, qoz və ya fındıq kimi qidalarda olduğu kimi, bəzi qidaların istifadə olunduğu mühitdə olmanın özü də ciddi problem yaradır.
  • Buna görə də xüsusi ilə ən allergik 10 qidanı istifadə edərkən çox diqqətli olmaq lazımdır.
  • Alergiyası olan insanların yanında həkiminin yazmış olduğu   antihistaminik dərmanların olması və allergiya zamanı bu dərmanı mütləq içməsi vacibdir.
  • Əgər  dildə, dodaqda, boğazda şişmə, qızarma, yanma, qaşıntı və ya nəfəs darlığı hiss edilərsə mütləq ən yaxınlıqda olan xəstəxananın təcili yardımına müraciət etmək lazımdır.

Uşaqlarda qida allegiyaını anlamanın yolları

  •  Uşaqlarda qida allergiyasını başa düşmək çox sadədir.
  • Sadəcə ilk 6 aydan sonra əlavə qidalara keçdikdə bəzi önəmli qaydalara əməl etmək lazımdır.
  • Körpənizə verəcəyniz əlavə qidanı 3 gün ardarda verin.
  • O zaman içində yeni sayılabiləcək başqa heç bir qida verməyin.
  • Üç gün içərisində qida  allergiyası əlamətləri görünərsə, həmin qidanı kəsin.
  • Ancaq müalicədə ilk pillədə  allergiyaya yol açan qida pəhrizdən tamamilə çıxarılmasıdır.

Eyni bir mühitdə olmaq allergiyaya səbəb ola bilər için bir yorum

  1. Hemivertebra tadavi olunurmu?

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir