Fəsil dəyişmələrinə diqqət!

Fəsil dəyişmələrinə diqqət! 

Fəsil dəyişmələrinə diqqət!

Fəsil dəyişmələrinə diqqət!

 Fəsil dəyişmələrinə diqqət!

  • Fəsillər dəyişən zaman  istilik fərqi olduğu üçün yazda və payızda xəstə olma risqi daha  da artır.
  • Həkimlərə görə allergiyalı fərdlərdə və asma  xəstələrində bu dövürlərdə dərmanlarını davamlı və düzgün istifadə etməkləri çox önəmlidir.
  • Yaxşıyam deyərək dərman içməyi əsla axsatmamalıdırlar.
  • Allergiyanın bir neçə növü vardır  və bu bədənin dəyişik hissələrində meydana gələ bilər.
  • Tutulan sistemə  görə  allergiya  dəridə qabarcıqlara, gözdə qızartılara, burunda qaşıntıya, tıxanıqlığa, axıntıya, nəfəs darlığı  və öskürəyə səbəb olur.
  • Fəsli allergiyalar ümumiyyətlə yuxarı tənəffüs yollarından başlayaraq zaman keçdikcə müalicə olunmazsa aşağı tənəffüs yollarına da keçər və gəlıcəkdə asma xəstəliyinin yaranmasına səbəb olar.
  • Ayrıca mövsümi allergiyaların yüzdə 30 -unun astma xəstəliyinə çevrilməsi allergiyada erkən diaqnozun önəmli olduğunu göstərir.
  • Allergiyanın yaranmasına  bir çox səbəb  vardır.
  • Bunların arasında ən  çox yayılanları: ağaç polenləri, ev tozu zərrəcikləri, ev heyvanlarının  tükü, hamam böcəkləri.
  • Allergiyaya  qarşı alınacaq tədbirlər  allergiya yaradan  maddələrdən uzaq durmaqdır.

Ev tozu zərrəciklərindən qorunmaq  üçün….

  • Yataq otağından   bütün toz toplayıcı əşyalar uzaqlaştırılmalıdır.
  • Xalıları qaldrmalı, kitab, dekorativ əşyalar toplanmalıdır.
  • Bütün  yataq çarşafları,  yastık üzləri  həftədə bir  dəfə  ən az 60 dərəcə istidə yuyulmalıdır.
  • Ağır pərdələr yüngül və yuyulabilən  pərdələrlə əvəz olunmalıdır..
  • Ev heyvanı  varsa yataq otaqlarına girməsinə izin verilməməlidir.
  • Evin havası nəmli olmamalıdır.
  • Ev və avtomobil kondisionerlərinin  filtrilərinin davamlı olaraq təmizlənməsinə çalışmaq lazımdır.
  • Polenlərin , yəni  tozlanmanın çox olduğu fəsillərdə   sabah saatlarında açıq  sahələrə  çıxmamaya səy  göstərilməsi gərəkdir.
  • Çəmən  otları tozuna   allergiyası   olanlar  baxça  çimlərini biçməməli və  ya biçilən sahələrdə olmamalıdırlar.
  • Tozlanma  ilə allergiya olma risqinə məruz qalmamaq üçün   geyim və yataq dəstlərini bitkilərin tozlanması dövründə açıq havada qurutmamaq lazımdır.
  • Avtomobil alarkən polen(toz) təmizləyən, yəni yuya bilən hava filtirlərindən ibarət modellər tərcih etməyiniz daha əlverişli olardı. Avtomobildə olan toz təmizləyici filtirlər isə davamlı olaraq yuyulub təmizlənməlidir.
  • Axşamları evə gəlincə   geyimləri dəyişdirməli və duş alınmalıdır.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir