Fırında holland pendirli kartof

Fırında holland pendirli  kartof  

firinda qarniturlu kartof

firinda holland pendirli kartof

 Fırında holland pendirli  kartof

Fırında holland pendirli  kartof  tərifi çox amma çox asan bir tərif.

Üstəlik   də çox dadlı  bir tərif.

Yeməkdə  kərə yağ və qiymə istifadə edilmir.

Buna görə soyuq olaraq da servis edilə bilər.

Hətta soyuduqdan sonra sarımsaqlı qatıq da istifadə edərək, əlavə  salat kimi  istifadə  edə bilərsiniz.  

Yalnız holland  pendiri səpib fırında   bişirin.

Fırında  holland pendirli kartof üçün lazım olan ərzaqlar:

  • 5 ədəd orta boy kartof
  • 1 çay stəkanı zeytun yağı
    2 ədəd  pırasa
    1 böyük boy kök
    1,5 su stəkanı göy noxud
    cəfəri
  • Qara bibər,
  • duz

 Sousu üçün:

  • 4 yemək qaşığı zeytun yağı
    2 yemək qaşığı un
    2,5 su stəkanı süd
    Çox az istiot və duz

Üzəri üçün:

Holland pendiri

Fırında holland pendirli kartof:

  • Kartofları qaynadın.
    Bir tavaya yağı qoyun.
  • İncə doğranmış pırasa və kökü əlavə edin.
  • Yüngül qovrulanda  dondurulmuş noxudları  əlavə edin.
  • Yarım çay stəkanı  su qoyub tərəvəzləri  bir az bişirin.
  • İncə doğranmış cəfərini da əlavə edin.
  • Əgər konserv göy noxud istifadə edəcəksinizsə digər tərəvəzlər bişdikdən sonra əlavə edin.
    Ədviyyat və duzu əlavə edib qarışdırın.
    Kartofları soyub əzin.
  • Duz və  az istiot  əlavə edib qarışdırın.
    Bişən tərəvəzləri əzdiyiniz kartofa əlavə edib qarışdırın.
  • Yüngül yağlanmış fırın  qabına yığın.
    Son olaraq  sousu hazırlayın.
  • Bunun üçün yağı və unu kiçik bir qazana alın.
  • Un qoxusu çıxana qədər qovurun.
  • Südü əlavə sürətlicə qaynayana qədər qarışdırın.
  • Duz və istiotu  əlavə edib ocaqdan alın.
    Tərəvəzli kartof qarışığının üzərinə töküb yayın.
    Ən üstə rəndələnilmiş holland  pendirni səpin.
    Üzəri bağlı olaraq 20 dəqiqə bişirib qapağını açın.
  • Üzəri açıq olaraq qızarana qədər bişirib fırından  alın.
    İstər isti, istər soyuq halda servis edin.

    Nuş  olsun!

 

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir