Fırında yumurtalı çörək

Fırında yumurtalı çörək

Fırında yumurtalı çörək

Fırında yumurtalı çörək

Fırında yumurtalı çörək

Uşaqlar üçün” Fırında yumurtalı çörək” tərifi axtarırsınız?

 Arzusunu nəzərə alan 1001 dad yemək saytı bu tərifi   sizlərə  təqdim edir.

 Uşaqların sevərək yeyəcəkləri bir tostdur bu .

Sabah qəhvəaltında hazırlamaqla uşaqlarınızı sevindirə bilərsiniz.

Bu yeməyi hazırlamağınızı və övladlarınızla birgə nuş etməyinizi arzulayıram!

 Fırında yumurtalı çörək   üçün lazım olan ərzaqlar: 

  • 4 dilim təzə çörək ( hazır satılanlardan ),
  • 4 ədət yumurta,
  • bir az holland pendiri,
  • çox  az  kərə yağı,
  • duz

  Fırında yumurtalı çörəyin hazırlanma qaydası: 

  • Hazır tost çörəyini əvvəlcə dilimləyin.
  •  Sonra dilimlənən  çörəyin  kənarlarından yarım sm saxlayıb  4 tərəfini bıçaqla xəfifcə kəsin.
  •  Kəsdikdən sonra çörəyin iç hissəsin  qaşıqla içəriyə doğru  basdırın.
  • Fırın sinisinə yağlı kağız sərin.
  •  Hazırlamış olduğunuz çörəklərin hər birinin içərisinə bir yumurta  sındırıb qoyun.
  • Yumurtaları elə sındırın ki, yumurtanın sarısı dağılmasın.
  • Yumurtanın üzərinə duz səpib kənarlarına isə holland pendiri rəndələyin.
  • Yumurtanın bir kənarına isə azca kərə yağı qoyun.
  •  Arzuya görə pul bibər də əlavə edə bilərsiniz.
  • 200 dərəcə qızdırılmış fırında bişirib servis edin.

Nuş olsun!

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir