Gözəl cild üçün xiyar

Gözəl cild üçün xiyar
Gözəl cild üçün xiyar
Xiyarın faydaları:
- Xiyar, sidikqovucu və qanı təmizləyicidir.
- Bağırsaqları yumşaldır və qəbizliyi aradan qaldırır. Hərarəti kəsir. Əsəbləri
sakitləşdirir. Yorğunluğu aradan qaldırır.
- Revmatizm ağrılarını yüngülləşdirir.
- Yuxusuzluğa yaxşı təsir edir.
- Xiyar qanda olan xolestrolu düşürməklə yanaşı, ürək və damar xəstəliklərinə qarşı da bədəni qoruyur.
- Bədənin nfeksiyalara qarşı dözümünü artırır.
- Böyrək xəstəlikləri, bağırsaq iltihabı və gut xəstəliyinə faydalıdır.
Xiyardan istifadə etmək, tər vəzisinin sağlam işləməsinə kömək edir.
Necə istifadə olunur?
- Xiyar təzə olaraq, təmizlənərək və ya turşu olaraq istifadə olunur.
- Qabığıyla yedikdə qida dəyərləri qorunmuş olur.
- Həmçinin xiyardan, dəri baxımı və təmizliyi üçün mütəmadi istifadə olunur.
- Xiyar dilimlənərək dəriyə qoyularsa,
dərini yumşaldar və nəmləndirər.
- Dəridəki qaşınmaları, qırışları, sızanaq və ləkələri aparar.
- Soyuq südə doğranmış xiyardan mütəmadi istifadə etməklə üzdə olan çilləri yox etmək olar.
- Xiyar qaraciyəri və böyrəkləri işlədərək çox miqdarda sidik ixrac olunmasına kömək edir. Eyni zamanda sidiklə birlikdə sidik cövhəri turşusunu və duzları
əridib bədəndən xaric edir.
- Xiyar, tərkibində olan bol miqdarda kükürdün köməyi ilə həm qanı təmizləyir, həm də tər
vəzilərinin normal işləməsinə kömək edir.
- Xiyar bol vitamin və dəmir maddəsi ehtiva etdiyi üçün dərinin təzə və hamar olmasını təmin edir.
- Xiyar, dərini bir tonik qədər təmizləyir.
- Ət yeməklərinin verdiyi susuzluğu kəsir.
- İsti havalarda əla sərinlədici vasitədir.
- Xiyar qəbizliyin qarşısını alır.
- Ürək xəstəlikləri və infeksiyalara qarşı təsirli
olan xiyar, bədənin infeksiyalara qarşı dözümlüyünü artıraraq qanda olan xolesterolun səviyyəsini endirir.