Günəş eynəyi alarkan nələrə diqqət etmək lazımdır

Günəş eynəyi alarkan nələrə diqqət etmək lazımdır

Günəş eynəyi alarkan nələrə diqqət etmək lazımdır

Günəş eynəyi alarkan nələrə diqqət etmək lazımdır

Günəş eynəyi alarkan bəzi  faktorları nəzərə almaq lazımdır. Bunlardan ən vacibi eynək şüşələrinin ultrabənövşəyi  şüalardan qorunma dərəcəsidir. Beləki, normalda hər bir eynək şüşəsi ultrabənövşəyi şüalardan fərqli dərəcələrdə  qorumaya sahib olmaqdadır. Ancaq ultrabənövşəyi şüalardan qorunmaq üçün şüşənin səthinin keyfiyyətli qoruyucu təbəqə ilə də örtülməsi mühüm faktordur. Günəş eynəyi alarkən UVA və UVB qoruma dərəcələrinə diqqət edilməli; UV qorumanı 99-100 % həyata keçirən şüşələr istifadə edilməlidir. Eynək şüşələrinin rəngi və tündlüyü necə  olmalıdır?
Gün eynəyi alarkən diqqət edilməsi tələb olunan hallardan biri də gün eynəyi şüşəsinin rəngi və tündlüyüdür. Gün
eynəyinin rənginin və tündlüyünün ultrabənövşəyi şüanın neytrallaşdırma dərəcəsindən asılı olmasa da hər bir şüşə
rənginin fərqli bir xüsusiyyəti var. Məsələn, yaşıl və boz rəngli şüşələr görmə nöqtəsini zədələmir və rəng  pozğunluğuna səbəb olmur. Qəhvəyi rəngli şüşələr isə kontrast və dərinlik hissini artırır, bir miqdar rəng
pozğunluğunun əmələ gəlməsinə səbəb olur. Mavi rəngli şüşələr qarda ən yaxşı görməyə səbəb olduğu halda digər
rənglərdə görmə probleminə səbəb olur. Qırmızı və çəhrayı rəngli şüşələr kompyuterlə işləyərkən ən ideal rəng hesab
olunsa da rəng pozğunluğu əmələ gətirir. Gözə mənfi təsir göstərdiyi irəli sürülən mavi rəngli şüaları neytrallaşdıran və uzaq məsafədə olan cisimlərin daha dəqiq görünməsini təmin edən kəhraba rəngli şüşələr isə xüsusi ilə təyyarəçilər, gəmiçilər və xizəksürənlər tərəfindən daha çox istifadə edilməkdədir. Yuxarıdan aşağıya doğru rəngi açılan şüşələrdən xüsusilə, avtomabil idarə edərkən istifadə olunur. İşıq miqdarına görə rəngi açılıb tündləşən şüşələrin qapalı yerlərdə və havada istifadəsi daha əlverişlidir. Lakin bu şüşələrin açıq havadan qaranlıq mühitə keçdikdə şüşə rənginin açılması bir az vaxt aldığını da yadda saxlamaq lazımdır. Böyük çərçivəli gün eynəkləri isə gözə kənardan təsir edən ultrabənövşəyi şüaları azaltdıqları üçün əlverişli hesab edilir.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir