Hamamda olan təhlükə

  • Hamamlar  içərisində olan unitazlar, xüsusi ilə sifona basıldığında ətrafa sıçrayan mikrobların nəticəsində  olduqca çox təhlükəlidir.
  • Sifonun təzyiqli suyu nəticəsində  unitazin içərisində olan çirkli su ətrafa yayıla bilər.
  • Bu sıçramalara isə ən çox hamam dəsmalları, diş fırçaları məruz qalır.
  • Bunun qarşısını almaq üçün hamamda dəsmalları unitazdan uzaq tutmaq lazımdır.
  • Diş fırçalarını isə qapaqlı bir qabda saxlamaq lazımdır.
  • Nəmli qalan dəsmal və paspaslar da hamam üçün təhlükədir.
  • Nəmli mühitdə asanlıqla çoxalan bakteriyalar  zamanla hamamın içinə yayılmağa başlayır.
  • Bunun qarşısını almaq üçün  dəsmalları davamlı havaya vermək , dəyişdirmək, yaxud da kağız dəsmal işlətmək lazımdır.
  • Paspasları da davamlı havaya vermək lazımdır.
  • Nəmli qalan divarları və döşəməsi, havalandırılmayan hamamlar mikroblar üçün əsas mühitdir.
  • Ümumiyyətlə hamamlarda olan bakteriyalar insan sağlamlığı üçün təhlükə mənbəyidir.
  • Hamamdan istifadə etdikdən sonra mütləq hamamın döşəməsini qurutmaq və havalandırmaq lazımdır.

Hamam təmizliyi necə aparılır?

  • Hamam təmizliyini davamlı olaraq etmək çox önəmlidir.
  • Təmizlik apararkən antibakterial məhsullardan istifadə etmək lazımdır.
  • Hamam təmizliyi edərkən əvvəlcə hamamdan toxuculuq məhsullarını ortadan qaldırmalısınız.
  • Havalandıracağınız  əşyaları bayıra qoymalı, yuyulacaqları da yuyub bir kənara qoymalısınız.
  • Bunlardan sonra tərkibində daha çix antibakterial məhsullar olan təmizləmə məhsullarından istifadə edib təmizliyə başlamalısınız.
  • Əvvəlcə hamam vannalarını, əl üz yuyanı, kranları və unitazı təmizləyib yumalısınız.
  • Unitazı təmizləyərkən ağardıcı  paltar sodası  istifadə  etməniz  daha faydalıdır.
  • Lap sonda isə döşəməni   təmizləyici maddə ilə yuyub qurutmalısınız.
  • Təmizliyin ardından isə hamamı yaxşıca havalandırmalı  və mühitin tamamən qurumasına çalışmalısınız.

Ən çətini isə kirəc ləkələridir.

  • Duş kabinələrində və krantlarda görünən kirəc ləkələrini ortadan qaldırmaq olduqca zordur.
  • Bunun üçün kirəc təmizləyən maddələrdən istifadə etmək lazımdır.
  • Ancaq sadəcə bu ləkələri bezlə  çıxartmağınız mümkün deyildir.
  • Süngər yardımı ilə bu ləkələri çıxarda bilərsiniz.
  • Kirəc təmizləyicilərin də tam təsirli olacağını düşünmək olmaz.
  • İstər istəməz az da olsa kirəc ləkəsi qalacaqdır.
  • Ancaq bu təmizliyi dvamlı etməlisiniz ki kirəc ləkələri azalmış olsun.

Hamam təmizliyində təbii yollar

  • Hamam təmizləyərkən təbii  məhsullardan da  istifadə edə biərsiniz.
  • İlk olaraq köhnə sabunlardan istifadə edə bilərsiniz.
  • Bunu da istəmirsinizsə sirkədən  istifadə edə bilərsiniz.
  •  Fısfıs şüşələrinin birinə doldurduğunuz sirkəni kirəc tutan yerlərə sıxmaqla təmizləndiyini görəcəksiniz.
  • Təbii metodlardan biri də sodadır.
  • Soda   hamam təmizliyində çox etkilidir.