Hamilələr üçün dəyərli məsləhətlər

Hamilələr üçün dəyərli  məsləhətlər 

Hamilələr üçün məsləhət

Hamilələr üçün məsləhət

Hamilələr üçün dəyərli  məsləhətlər

Sirr deyil ki, hamilə qadınlar ana olmuş rəfiqələrindən bir çox məsləhətlər alırlar.

Onlar təcrübəli analardan öyrəndiklərini özlərinə tətbiq edərək, daha yaxşı hamiləlik keçirməyə çalışırlar.

Əziz xanımlar, hamiləliyinizi xoşbəxt və sağlam şəkildə keçirməyiniz üçün aşağıdakı mühüm məsləhətlərə mütləq əməl etməlisiniz:

 Hamiləlikdə mədə bulantısı

  1. Mədə bulantısı və qusmalar adətən hamiləliyin 6-cı həftəsindən etibarən başlayır və 16-cı həftəyədək davam edir.
  2. Bu problemdən uzaq olmaq üçün ürək bulanmasına səbəb olan hər bir şeydən mümkün qədər uzaq durulmalıdır. Narahatedici qoxulardan, mətbəxdən, hətta öz ev şəraitindən belə uzaqlaşmaq lazım gələ bilər.
  3. Mümkün olduqca tez-tez, ancaq, az -az yemək lazımdır.
  4. Gündüz vaxtlarında quru qidalara üstünlük verin.
    Bulanıqlıq yaradan yeməklərdən bir müddət uzaq durmaq və o qədər də vacib olmadığı təqdirdə dəstəkverici vitaminlərdən və qan dərmanlarından istifadə etməmək lazımdır.
  5. Mədədə turşuluğunun  artdığı və qıcqırma hiss etdiyiniz dövrlərdə soda və soyuq bir şey içməyiniz faydalı ola bilər. Bunlardan bir nəticə əldə edilmədiyi təqdirdə isə həkimin məsləhət gördüyü dozada B6 vitamini, bulantının qarşısını alan və mədə turşuluğunu azaldan müalicə vasitələrinə müraciət etmək olar.
  6. Əgər mədə bulantısı həddindən artıqdırsa və bu səbəbdən artıq yemək yeyə bilməyəcək hala gəlmisinizsə, həkiminizin məsləhəti  ilə bu müalicəni almağınızda fayda var.

Hamiləliyinizdən zövq alın

  1. Hamiləlikdən zövq almaq varkən, hamiləlik və doğuşla bağlı məsələlər üzərində baş sındırmağınız sizi yoracaq.
  2. Unutmayın, dünyada yeganə hamilə siz deyilsiniz.
  3. Beləliklə, heç bir narahatlığa yol vermədən hamiləliyinizdən zövq almağa başlaya bilərsiniz.

 Siqaret və spirtli içkilərdən uzaq durun 

  1. Hamiləlik dövründə spirtli içkilərdən və siqaretdən uzaq durmalısınız.
    Siqaret çəkməsəniz də, qapalı otaqda başqalarının çəkdiyi siqaretin tüstüsü, sizin və gələcək körpənizin sağlamlığına zərərlidir.

 Doğuşqabağı bal ayına çıxın 

 

  1. Uşaq dünyaya gəlməmişdən qabaq hər bir ana öz həyat yoldaşı ilə baş-başa tətil etməyə layiqdir.
  2. Belə romantik tətil üçün ən uyğun dövr, hamiləliyin 2-ci 3-cü  ayıdır.
  3. Lakin romantik bir tətil nəzərdə tutarkən, infeksiyaya yoluxma riskini  aradan qaldırmaq üçün ekzotik bölgələrdən uzaq durmaqda fayda var.
  4. Təyyarə ilə səyahət etmək üçün həkiminizdən  icazə  alsanız, daha rahat olarsınız.
  5. Xüsusilə 28-32-ci həftədən sonra hamilələrin təyyarə ilə səyahətinə icazə verilmir.

 Həkiminizlə daim əlaqə saxlayın

  1. Məlumdur ki, hər kəsin sağlamlıqla bağlı nigarançılığı var.
  2. Bu səbəbdən, beyninizdə hər hansı bir sual yarandığı təqdirdə bunu başqaları ilə bölüşməkdən çəkinməyin.
    Həkiminiz hər bir sualınızı məmnuniyyətlə cavablandıracaq.

 İki nəfərlik yeməyin 

  1. Hamilə olmağınız o demək deyil ki, yemək normanızı ikiqat artırmalısınız.
  2. “İkicanlıyam, iki nəfərlik yemək yeməliyəm” kimi fikirlər yanlışdır.
  3. Nəticədə həddindən artıq çəki ilə üz-üzə qalacaqsınız.
    Buna görə də  həkiminizdən məsləhət alsanız  daha yaxşı olar.

Ümumi sağlamlıq testindən keçin 

  1. Bütün günü xəstəxanada keçirmək?
  2.  Bəli, bilirik ki, bu heç də hər kəsin xoşladığı bir iş deyil. İdrar testi, qan testi və s…
  3. Lakin unutmayın ki, bu yoxlamalar mütləq aparılmalıdır.
  4. Bütün bu bir günlük əziyyət 9 ay sonra qucağınıza alacağınız körpənizin sağlam şəkildə sizə gülümsəməsi üçündür. Buna görə də şikayət etməyin və ən qısa  zamanda həkiminizlə görüş təyin edin.
  5. Üstəlik hamiləlik dövründə bəlli olmayan  zamanda  ortaya çıxa bilən tibbi problemlər mövcuddur.
  6. Bu cür problemlərlə qarşılaşmamaq üçün daim yoxlamalardan keçmək çox vacibdir.

 Ağız və diş sağlamlığınıza nəzarət edin 

  1. Stomatoloq stuluna oturmaqla bağlı qorxunuz varsa, bunu tezliklə həll etməlisiniz.
  2. Çünki hamiləlik normaları diş ətini infeksiyalara qarşı həssaslaşdırır.
  3. Ən mühümü isə odur ki, diş əti problemi erkən doğuşun baş verməsinə səbəb ola bilər.

Yüngül atletika ilə məşğul olun

  1. Yüngül idman sizə daha asan doğuş etməyinizə kömək edər.
  2. Hamiləlikdən əvvəl də müntəzəm şəkildə idman edən birisinizsə , bu dövrdə  də həkim nəzarəti altında davam edə bilərsiniz.
  3. Bu günədək heç idmanla məşğul olmamısınızsa, müntəzəm gəzintilər sizin üçün ən ideal variantdır.
  4. Hər zaman bədəninizin səsinə qulaq asın.
    Özünüzü   pis hiss etdikdə, “idman edəcəm” deyərək gərəksiz yerə bədəninizi həddindən artıq zorlamayın.

 Əmizdirməyə hazırlaşın

  1. Körpənizin ana südü yeməsini istəyirsinizsə, özünüzü buna hazırlamağınızda fayda var.
  2.  “Birdən südüm olmaz” deyə özünüzə narahatlıq yaratmayın.
  3. Körpənizi ən azı 6 ay boyunca əmizdirəcəyinizə və südünüzün bol olacağına inanın.

  Lazım olmadan dərman peraparatlarından istifadə etməyin

  1. Dərmanlar bizi yaxşılaşdırmaq üçündür.
  2. Lakin hamiləykən, dərman qəbul etməzdən əvvəl yaxşı düşünməlisiniz.
  3. Hamilələrin də istifadəsinə məhdudiyyət qoyulmayan dərmanların qəbulu ilə bağlı olsa da həkiminizin tövsiyyəsi
    xaricində heç bir dərman atmayın.

 Bol maye qəbul edin

  1. Hamiləlikdə sidik yolu infeksiyası riskini minimuma endirmək üçün bol maye qəbul edin.
  2. Gün ərzində  ən azı 2 litr su için.

 Sudan həzz alın

  1. Vannada yaxud hovuzda olmasından asılı olmayaraq özünüzü suyun içində xeyli yaxşı hiss edəcəksiniz.
  2. Suda ikən bədəninizin ağırlığından xilas olacaq və özünüzü yüngülləşmiş hiss edəcəksiniz.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir