Hamiləlikdə ishal nədir?

Hamiləlikdə ishal nədir?

hamiləlikdə ishal nədir?

hamiləlikdə ishal nədir?

 

Hamiləlikdə ishal nədir?

  • Qadın həkimlərinin dediyinə görə hamiləlik dövründə gün ərzində 2 -3 və ya daha çox sayda ayaqyoluna gedilmə ishal  sayılar.
  • Nəcisdə iy, rəng  dəyişikliyi görülərsə , ishalla birlikdə qarın ağrısı, mədə bulantısı, qusma da ola bilər.
  • Hamiləlik zamanı ishalların çoxuna qida zəhərlənmələri səbəb olur.
  • Xüsusi ilə yay aylarında qida zəhərlənmələrinə bağlı ishallar daha çox olur.

Hamiləlik zamanı olan ishal körpəyə təsir edərmi?

  • Hamiləlik dövründə baş verən ishalların çoxu sadə, ana və körpəyə zərər verməyəcək , öz-özünə sağalan bir xəstəlikdir.
  • Ancaq uzun zaman davam edən ishal zamanı itirilən maye miqdarına bağlı olaraq bədənin su tarazlığında pozulmalar görünür.
  •  İshal anada  ciddi maye   itkisinə səbəb olmuşdursa bu zaman bundan uşaq da əziyyət çəkəcəkdir.
  • Belə zamanlarda   itirilən mayeni bərpa etmək üçün  xəstə maye qəbul etməli, ya da sistem yardımı ilə itirdiyi mayeni bərpa etməlidir.

Hamiləlikdə ishal nə zaman təhlükəlidir?

  • Əgər anada yüksək qızdırma, şiddətli mədə bulanması, qusma ilə birlikdə  qan qarışıq ishal da  varsa  erkən olaraq dizinteriya, bağırsaq parazitləri, botilismis, salmonella kimi infeksiyalar  və yaxud da listeriozis  haqqında düşünülür.
  • Listeriozis adlanan infeksiyalar yaxşı strelizə olunmamış süd və süd məhsulları vasitəsi ilə keçir.
  • Bu enfeksiyalara bağlı olaraq yaranan  ishal zamanı  ana  qarnındaki körpələrdə  daha ciddi problemlər görünür.
  • Bu səbəbdən də  ishalla birlikdə  yüksək temperatur, uzun sürəli ya da qanlı ishal kimi bir durum varsa mutləq  həkimə müraciət etmək lazımdır.

Qanlı ishal (dizinteriya) nədir?

  • Daha çox yay aylarında rastlaşdığımız qanlı ishal kimi bilinən dizinteriyaya  amip(amipli dizinteriya) və ya shigella deyilən infeksiyalar  səbəb olur.
  • Əllərin gigiyenasına diqqət etmək lazımdır.
  • Meyvə tərəvəzləri təmiz yumaqla da infeksiyon xəstəliklərin qarşısını ala bilərsiniz.
  • Amip və shigellaya bağlı olaraq  yaranan ishal zamanı nəcisin qanlı olması, yüksək temperatur, qarın ağrısı, qusma kimi hallarla rastlaşılar.
  •  İshal qısa zaman ərzində özlüyündə keçməz və uzun zaman davam edər.

Hamiləlikdə ishal necə müalicə olunur?

  • Hamiləlik dönəmində olan ishalların çoxu qida zəhərlənmələri nəticəsində olan qısa surəli  və özlüyündə düzələn ishallardır.
  • Ümumiyyətlə  ampirik antibiyotik müalicəsinə ehtiyac duyulmur.
  • Bu zaman ana itirdiyu mayeni mayeni qəbul etməli, həzm sistemini yormayacaq qidalarla bəslənməsi(bişmiş kartof, düyü unu, babab, alma püresi)normal müalicəni təmin edir.
  • Maye itkisinin  qarşısını almaq üçün   bol- bol su içilməsi önəmlidir.
  • Ağızdan maye  alınamırsa, sistem yardımı ilə  itirilən  suyun bərpasını təmin etmək olar.
  • İshalın  zərərli təsirini  uzaqlaşdırmaq üçün , bədənin  verdiyi bir təpkidir.
  • Buna görə də bağırsaq hərəkətliliyini pozaraq ishalın qarşısını ala biləcək dərman istifadə etməyə ehtiyac yoxdur.
  • İshalla birlikdə yüksək temperatur, uzun sürən qanlı ishal kimi bir vəziyyətin səbəbini aydınlaşdırmaq üçün qan təhliləri etmək lazımdır.
  • Təhlil nəticəsində infeksiya problemi olarsa hamiləlik dövründə körpəyə zərər verməyəcək antibiotik müalicəsinə başlamaq olar.
  • Ancaq ananın bu zaman bol maye qəbul etməsi lazımdır.

İshal zamanı qidalanma ilə əlaqəli nələrə diqqət etmək lazımdır?

  • Əl təmizliyinə diqqət edilməlidir.
  • Meyvə tərəvəzləri təmiz yumaq lazımdır.
  • Qidaları güvənli bir yerdə saxlamaq lazımdır.
  • Hər növ qida alınarkən onun istehsal tarixinə diqqət edilməlidir.
  • Mümkün olduqca dondurulmuş məhsullardan, hazır konservalardan istifadə edilməməlidir.
  • İçmə sularının güvənli bir su olmasına diqqət edilməlidir  və qaynadılaraq soyudub içmək lazımdır.
  • Qırılmış, çatlamış yumurta istifadə edilməməlidir.
  • Yumurtalar istifadə edilməzdən əvvəl yuyulmalıdır.
  • Strelizə olunan süd və süd məhsullarından istifadə etməyə çalışın.
  • Xüsusən yay fəslində açıqda satılan yeməklərdən uzaq durmaq lazımdır.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir