Hamiləliyin hansı dövründə diş müalicəsi edilə bilər?

Hamiləliyin hansı dövründə diş müalicəsi edilə bilər?

hamiləliyin hansı dövründə diş müalicəsi edilə bilər

hamiləliyin hansı dövründə diş müalicəsi edilə bilər?

  Hamiləliyin hansı dövründə diş müalicəsi edilə bilər?

  1. Hamiləliyin diş çürüməsinə gətirib çıxardığı düşüncəsi tamamilə səhvdir.
  2. Bu dövrdə dişlərin daha tez çürümələrinin  səbəbləri bunlardır:
  3. Körpə gözlənilən dövrdə həddindən artıq yemək istəyi .
  4. Qidalanmadan  sonra diş fırçalamaya qarşı  laqeyd olmaq.
  5. İlk aylarda görülən qusmalardan sonra diş baxımına  laqeyd yanaşmaq.
  6. Hamiləlik hormonlarının (estrogen, progestron) təsiri ilə diş ətlərində qanama və böyümə ola bilər.
  7. Qanama səbəbiylə diş fırçalamaqdan yayınmaqla  problemlərin artmasınaimkan yaranır.

Hamiləlikdə  diş müalicəsi

  1. Hamiləliyin ilk və son üç ayında məcbur olmadıqca  stressli müalicələr edilməməlidir.
  2. Ancaq müalicə edilmədiyində xəstəyə daha çox zərər verə biləcək ağız diş problemləri aradan qaldırılmalıdır.
  3. İkinci üç aylıq dövrdə, ilk üç ayda təxirə salınan müalicələr edilə bilər.
  4. Son üç ayda, müalicə üçün lazımlı olan oturma mövqelərinin narahat olması və kresloda uzun müddət otura bilməməsi səbəbindən   təcili olmayan   diş müalicələrini  doğumdan  sonraya  saxlamaq lazımdır.

Hamiləlik əsnasında ekstra diş baxımı  lazımdırmı?

  1. Hormonal dəyişikliklər və qidalanma  vərdişlərindəki dəyişiklik səbəbi ilə normal gündəlik baxım diqqətlə davam etdirilməlidir.
  2. Xüsusilə qusma olursa ağızdakı turşu yox edilə bilməsi üçün sodalı  qarqaralar tövsiyə edilir.
  3. Hormonal səbəblərlə böyüyən diş ətləri doğumdan sonra tamamən  köhnə halına dönər.
  4. Hamiləlik əsnasında diş ətlərinə müdaxilə edilməməlidir.

Hamiləlikdə lokal anesteziya  edilə bilərmi?

  1. Hamiləlik əsnasında diş müalicələrində istifadə olunan lokal anesteziyaların  hər hansı bir yan təsiri bildirilməmişdir. Anesteziya edilmədən  olunan müalicələr anestezik maddənin verə biləcəyi zərərdən  daha   çoxdur .
  2. Məsələn: stress, keyidici maddələrdə olan adrenalinin  daha çoxunun ifraz olunmasına səbəb olur.

Hamiləlikdə diş rentgeni çəkilə bilər mi?

  1. Diş həkimliyində istifadə olunan rentgen aparatlarında  radiasiya çox aşağı səviyyədədir.
  2. Ancaq hamilələrdə çox vacib  olmadıqca rentgen çəkilişindən qaçınılmalıdır.
  3. Əgər təcili bir müalicə üçün qətiliklə rentgen filmi çəkilməsi lazımdırsa, anaya xüsusi qoruyucu önlük geydirilməli və aşağı doza tətbiq olunmalıdır.

Hamiləlikdə antibiotik istifadə edilməlidirmi?

  1. Hamiləlikdə, plasentaya və körpəyə keçməyən və ya zərər verməyən antibiotiklər seçilməlidir.
  2. Tetrasiklin qrupu antibiotiklər “tetrasiklin renklenmesi’ne” səbəb olurlar.
  3. 8 yaşına qədər istifadə edilməməlidir.

Hamiləlik   zamanı diş əti iltihabı  nədir?

  1. Hamiləlik əsnasında hormonal dəyişikliklərə bağlı olaraq diş ətlərində şişliklər və qızartılar ola bilər.
  2. Diş əti olduqca həssasdır və asanlıqla qanayar.
  3. Hamiləlik gingivitisi(  diş əti iltihabı) ümumiyyətlə hamiləliyin 2.ayında başlayıb 8.ayında ən üst səviyyəyə çıxar.
  4. Doğumdan sonra özbaşına yaxşılaşar.
  5. Gündəlik düzənli  ağız diş baxımının axsadılması hamiləlik gingivitisini doğumdan sonra həkim müdaxiləsini tələb edəcək  qədər  ciddiləşə bilər.
  6. Hamiləlikdə ayrıca diş əti  zədələnməsi ilə “hamiləlik şişi” deyilən iltihabı böyümələr inkişaf edə bilər.
  7. Ümumiyyətlə, öz halına bıraxılmaqla birlikdə, xəstəyə narahatlıq verirsə, çeynəmə, fırçalama və digər ağız baxımlarına  maneə törədirsə, müalicə edilməlidir.
  8. Yetkinlik çağına girən qız uşaqlarında da hormonal dəyişikliklərə bağlı olaraq diş ətində bənzər dəyişikliklər ola bilər. Hamiləlik gingivitisinde olduğu kimi özbaşına yaxşılaşar.

Körpənin diş sağlamlığı üçün  alınması lazım olan tədbirlər vardırmı?

  1. Körpənin diş inkişafı ana qarınında başlayır.
  2. Bu dövrdə ana həm öz sağlamlığı, həm də körpəsinin diş inkişafı üçün düzgün qidalanmasına  diqqət etməlidir.
  3. Diş sağlamlığı üçün zülal, A vitamini (ət, süd, yumurta, sarı tərəvəz və meyvələr) C vitamini (sitrus meyvələri, pomidor, çiyələk), D vitamini (ət, süd, yumurta, balıq) və kalsiumla (süd və süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər) zəngin qidaların kifayət qədər alınması lazımdır.
  4. Qadınlarda ağız diş baxımı, hormonal baxımdan böyük dəyişikliklərə məruz qaldığı  üçün  körpə əmizdirmə, hamiləlik, mensturasiya və menapoz dövrlərində daha çox diqqət  edilməlidir.
  5. Diş çürüklərinin daha çox anadan qız uşaqlarına keçdiyi məlumdur.

 

Hamiləliyin hansı dövründə diş müalicəsi edilə bilər? için 2 yorum

  1. salam. niyə görə anadan çürük dişlər qız uşaqlarına keçir daha çox.səbəb nədir.
    birinci defedir verirem bu sual;

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir