Hansı süd sağlamlığımız üçün faydalıdır?

Hansı süd sağlamlığımız  üçün  faydalıdır?

 

Hansı süd sağlamlığımız üçün faydalıdır?

Hansı süd sağlamlığımız üçün faydalıdır?

Hansı süd  sağlamlığımız  üçün faydalıdır ?

Mənbəyi bəlli olmayan və sağlamlıq üçün yararlı olmağı haqqında heç bir əsası olmayan küçələrdə satılan südlər təbii və sağlıqlı ola bilməz.

Mütəxəsislər küçələrdə satılan südlərin istifadəçilərinə bişirilməyən və çiy olaraq satılan südlərə görə diqqətli olmağa çağırırlar.

Küçədə satılan südlər  cəmiyyət imizi sağlamlıq baxımından təhdid etdiyini , südün normal vəziyyətdə soyudulmadıqda çox tez turşuyan bir məhsul olduğunu nəzərə  alaraq,  südün sağımından başlayaraq istehlakına qədər bütün mərhələlərdə nəzarət altında olmasını qeyd edən mütəxəsislərimiz  hansı südün daha sağlıqlı  olduğu haqqında oxuculara məlumat verməyə çalışırlar.

Açıq südmü daha etibarlıdır, yoxsa paketlənmiş südlər daha etibarlıdır?

  1. Bu haqda fikirlər çox fərqlidir.
  2. Küçədə satılan südlərin mənbəyini  əslində bilmirik.
  3. Bu südlərin necə istehsal olunmasını, gigiena baxımından nə qədər təmiz olduğunu da bilmirik.
  4. Sağlam süd istehlakı mövzusunda, cəmiyyətimiz  davamlı məlumatlandırılmalıdır. Küçədən alınan südlər davamlı olaraq  analiz edilmədiyi üçün, südün bakteriya yükü, heyvandan südə keçən antibiotik qalığı və zəhərli (toksik) maddələr kimi ünsürlərin olub olmadığı da məlum deyildir.
  5. Heç bir yerdə yoxlanılmayan və lazımi şəkildə qorunmadan küçələrdə satılan süddən istifadə etmək sağlamlığımızı ciddi şəkildə təhlükəyə sürükləyir.
  6. Bəzi süd satanlar satdıqları südə nişasta və su qataraq alıcılara çatdırırlar.

Küçədə satılan  südlər təmiz və təbiidirmi?

  1. Mənbəyini bilmədiyimiz südü təbii süd olaraq qəbul etmək mümkün deyildir.
  2. Küçədə satılan südlər demək olar ki həmişə nəzarətdən kənar qalaraq satılan südlərdir.
  3. Saxlama müddətini artırmaq üçün südə soda qata bilərlər və yaxud da üzünə yığılan yağı toplayaraq    yerinə su qataraq satmağa çalışırlar.
  4. Küçədə satılan südlər daima nəzarətdən xaric olaraq satılan südlərdir.
  5. Çiy olaraq küçələrdə satılan südlərin sağımdan sonra düzgün saxlanılmasdığına  görə  süd alıcıya çatana qədər bakteriya yükü artır.
  6. Bu zərərli mikroorqanizmlərin uzaqlaşdırılması üçün alıcı aldığı südü həddindən çox qaynadır.
  7. Bu zaman qaynayan südün tərkibində olan mineral və vitaminlər həddindən çox itir.
  8. Bunun üçün də küçədə satılan südlərin nəzarətdən keçib keçmədiyini dəqiqləşdirmək lazımdır.

Paketlənmiş südlərə təbii süd deyə bilərikmi?

  1. Paketlənmək üçün alınan südləri fermalardan  və yaxud da süd satan şəxslərdən nəzarətli şəkildə alaraq və normal saxlama vəziyyətində süd paketləmə məntəqələrinə gətirirlər.
  2. Süd zavodlarında qəbul edilməzdən əvvəl südün antibiotikləri yoxlanılır.
  3. Antibiotik testindən keçən süddə bakteriya, somatik hüceyrə sayımı ,yağ-zülal analizi aparılır və ən yaxşı keyfiyyətli çiy süd müəsisəyə qəbul edilir.
  4. Yalnız bu yoxlamalardan keçən süd əl dəymədən paketlənir.
  5. Süd alınandan  son məhsula qədər istehsalın hər mərhələsində davamlı olaraq analiz edilərək paketlənmiş süd , qaynağı bəlli olmayan və nəzarətsiz satılan küçə südündən daha təbii və sağlamdır.

Küçədə satılan südlər evdə qaynadılaraq bakteriyalardan təmizlənə bilərmi?

  1. Evdə və ya fabrik mühitində müəyyən əməliyyatlar aparılmayan  çiy süd istehlakının, sağlamlığa zərərli bir çox bakteriyanın da bədənəsorulduğunu   hamımız bilirik.
  2. Küçədə satılan südü ev şəraitində qaynatmaqla  tərkibində    ola biləcək digər təhlükəli  ünsürləri də (məsələn, antibiotik və toksin) yox edə bilmərik.
  3. Evdə bişirilən südü   həddindən çox qaynatdıqda B , C vitaminləri, folik turşusu kimi dəyərli vitaminlər də itirilmiş olur.
  4. Digər tərəfdə isə istifadə olunan pasteuriza  və UHT texnologiyaları bütün dünyada səhiyyə orqanları tərəfindən qəbul edilmiş ən irəli teknologiyadır.
  5. Pasterizə olunmuş və ya uzun ömürlü südlərdə qətiliklə heç bir qatqı maddəsi yoxdur.
  6. Tükətilməsi məsləhət olunan paketlənmiş südlər sağlıqlı, təbii və gigienikdir.
  7. Buna görə də paketlənmiş südləri istifadə etməniz daha məsləhətlidir.
  8. Küçədə satılan südlərdən  istifadə etməklə sağlamlığınızı risqə atmayın.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir