Hazır yuxadan pizza

Hazır yuxadan pizza

hazır yuxadan pizza

hazır yuxadan pizza

Hazır yuxadan pizza

Hazırlanması:  40 dk.

 4-6 nəfərlik

Hazır yuxadan pizza bişirmək tərifi axtarırsınız?

1001 dad yemək saytı istədiyiniz “Hazır yuxadan pizza”tərifini sizlərə təqdim edir.

Bu pizzanı keyiflə hazırlamağınızı və sevdiklərinizlə birlikdə nuş etməyinizi arzulayırıq!

 

Pizza üçün lazım olan ərzaqlar:

  • 6 ədəd hazır yuxa,
  • 1 ədəd pomidor,
  • 7-8 dilim sucuq,
  • 2 ədəd uzunsov bibər,
  • 1 ədəd qırmızı bibər,
  • 5-6 ədəd doğranmış sossika,
  • 1 yemək qaşığı qarğıdalı konservası,
  • 1 stəkan rəndələnmiş holland pendiri,
  • 5-6 ədəd qara zeytun,

Sosu üçün:

  • 2 yemək qaşığı əridilmiş marqarin,
  • 2 stəkan süd,
  • 1 ədəd yumurta,

 

Pizzanın hazırlanma qaydası:

  • Əvvəlcə marqarini əridin.
  • Qaynamağını gözləməyin.
  • Ərimiş yağı ocaqdan düşürdüb içərisinə süd və yumurtanı əlavə edin.
  • Yağladığınız istiyə davamlı şüşə qaba yuxanın birini sərin.yuxanın kənarı sinidən kənara çıxsın.
  • Qalan yuxaları da əlinizlə qıraraq hər qatın arasına bir çömçə hazırladığınız sosdan və holland pendirindən əlavə edin.
  • Ən üstə qoyacağınız yuxanı daha düz olacaq şəkildə yuxaların üzərinə yerləşdirin.
  • sininin kənarlarından görünən yuxaları da toplayaraq pizzanıza kənar olacaq şəkildə sininin kənarlarına yerləşdirin.
  • Yuxaları yerləşdirdikdən sonra rondodan keçirtmiş olduğunuz pomidor, kəklikotu  qarışığını ən üst qata yayın.
  • Onun üzərinə də holland pendiri rəndəsi əlavə edərək digər pizza ərzaqlarını yerləşdirin.
  • Yenidən ən üst qata holland pendiri rəndəsi əlavə edin.
  • 180 dərəcə qızdırdığınız fırında 30-45 dəqiqəyə yaxın qızarana qədər bişirin.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir