İltihabın ən böyük düşməni

İltihabın ən böyük düşməni

İltihabın ən böyük düşməni

  • Gözəl görüntüsü ilə diqqət çəkən xətmi çiçəyi avqust ayında çiçəkləyir.
  • Bu bitki nəmli, qumlu, duzlu olan torpaqda yetişir.
  • Kökləri 50 sm-ə qədər olan bu bitkinin boyu 1,5 metrəyə qədər uzana bilir.
  • Bitkinin gövdəsi düz və tüklü bir formadadır.
  • Xətmi çiçəyinin tərkibində yağ, saxaroz, qalaktoz,aspargen, nişasta və pektin maddələri vardır.

Xətmi çiçəyinin faydası nədir?

  • Sidikqovucu xüsusiyyətə sahib olan bu bitki mədə-bağırsaqda toplanan qazın çıxmasına yardımçı olur.
  • Eyni zamanda mədədə, bağarsaqlarda, ağız və  boğazda olan xora xəstəliyinə də çox faydalıdır.
  • Boğaz yumşaldıcı və bəlğəm gətirici xüsusiyyətə sahib olduğu üçün quru oksürək zamanı cox təsirlidir.
  • Öksürək zamanı nəfəs yolunda yaranan  təngənəfəslik problemini aradan qaldırar  və  boğazı  rahatladar.
  • Xətmi çiçəyini kökü böyrək və bədəndə yığılan bir çox iltihabların bədəndən atılmasına yardımçı olur.
  • Xətmi çiçəyi prostat, mədə və bağırsaq , sinüzit iltihablarına qarşı da fadalıdır.
  • Təpitmə(sıyıq kimi)  edib sızanaqların üzərinə qoyulan xətmi çiçəyi həm dəridə olan iltihabları aradan qaldırır, həm  də dərini nəmləndirir.
  • Günəş yanıqları zamanı da istifadə etmək faydalıdır.
  • Ayrıca saçların parlaq  və canlı görünməsinə də təsir edir.
  • Diş əti çəkilmələrində və iltihablarında olduqca təsirli olan xətmi çiçəyini qaynadaraq qarqara etmək diş ağrılarını da yüngülləşdirir.

Xətmi çiçəyinin zərəri:

  • Normal dozada istifadə edilsə də bu bitkinin bir zərərli təsiri də vardır.
  • Zərərindən çox faydasını görə bilmək üçün  gündə bir fincan xətmi çiçəyi çayı için.
  • Hamilələrin istifadə etməkləri tövsiiə olunmur.

Xətmi çiçəyi çayının hazırlanma qaydasi:

  • Qurudulmuş xətmi çiçəyindən bir tutam qaynamış suyla dolu fincana qoyub qarışdırın. 2-3 dəqiqə gözləyin.
  • Fincanın ağzına bir qapaq örtərək daha yaxşı dəmlənməsinə çalışın. Dəmləmiş olduğunuz xətmi çiçəyi çayı ilə üzünüzü yuduğunuzda  dərinizin nəmləndiyini , günəş ləkəsi varsa aradan qalxdığını görəcəksiniz.
  • Yeddi yaşdan yuxarı hər bir kəs bu çaydan  istifadə edə bilər.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir