Kəpəyə qarşı mixək və soğan masqası
Kəpəyə qarşı mixək və soğan masqası
- Mixək və soğan kəpəkdən xilas edər.
- Kəpəyə qarşı mixək və soğan masqası üçün lazım olanlar:
- 70 %-li spirt: 250 qram
- Baş soğan qabığı: 3 çay qaşığı
- Mixək: 6 ədəd
Məlumdur ki, kəpəkdən azad olmaq çox da asan iş dеyil. - Aşağıda göstərilən qədim rеsеpti kəpəyə qarşı sınaqdan keçirdin:
250 q 70%-li spirt götürüb içinə 3 çay qaşığı baş soğan qabığını tökün və 6 dənə mixək əlavə еdin. - Tərkibi ağzı möhkəm bağlanmış şüşə və ya saxsı qabda 2-3 həftə saxlamaq lazımdır.
- Sonra dəmi süzün və hər dəfə başınızı yuyanda, o tərkibi suya əlavə еdin.