Katarakt müalicəsini geciktirməyin

Katarakt müalicəsini geciktirməyin

Katarakt müalicəsini geciktirməyin

Katarakt müalicəsini geciktirməyin

Göz mərcəyinin şəffaflığını itirməsi ilə başlayan katarakt, müalicə edil-mədikdə yaş artdıqca korluq əmələ gətirən bir hal olduğu bütün dünyaya məlumdur. Günümüzdə katarakt əməliyyatları problemsiz həyata keçirilir. Müalicənin problemsiz aparılmasına səbəb olan amillərdən biri də vaxtında və düzgün edilən müayinələrdir. Yaşla bağlı katarakt müalicəsinin doxsan faizində müalicə yaxşı nəticə verir. İnsan gözündəki mərcəyin şəffaflığını və duruluğunu itirməsi nəticəsində görmənin gedərək azalmasına səbəb olan kataraktın müayinəsi və müalicəsi tamamilə mümkündür. FAKO tipli əməliy-yatla katarakt əməliyyatı 100% normal və problemsiz həyata keçirilir. Üstəlik aparılan araşdırmalar sayə-sində kataraktın müalicəsi hər ke-çən gün daha da irəliləyir. Ancaq yenə də başqa xəstəliklərdə olduğu kimi katarakt xəstəliyi zamanı da müalicənin düzgün və vaxtında aparılması əsasdır.

Katarakt nədir?
Katarakt göz mərcəyinin şəffaf-lığının itməsi və buna bağlı olaraq görmənin azalması ilə nəticələnən bir xəstəlikdir. Kataraktın əmələ gəlməsinə bir çox xəstəliklər səbəb olsa da, əsas səbəbi yaşlılıqdır. Yaşlanmayla bağlı olan katarakt 40 yaşdan yuxarı olan dövrdə yaranmağa başlayır. Katarak bir çox yaş dövrlərində də meydana gələ bilər. Gənclərdə, uşaqlarda, böyüklərdə əmələ gələ bilən katarakta səbəb aldıqları travmalardır. Balacalar vurulma, yıxılma, gözə daş dəy-məsi, gözə qələm batması kimi travmalara daha çox məruz qalırlar. Uşaqlarda irsi katarakt da ola bilər. Katarakt xəstəliyinə şəkər xəs-tələrində də rast gəlinə bilər. Keçirtmiş olduğu göz içi xəstəliyi, göz təzyiqi, göz içi iltihabı kimi xəstəliklər də katarak əmələ gətirə bilər. Bunların xaricində bəzi revmatizma xəstəlikləri ilə yanaşı çox nadir hallarda katarakta rast gəlinir.
Kataraktın rastlaşıldığı bir xəstə qrupu isə yeni doğulmuşlardır. Belə xəstəliklərə körpələr ananın qar-nında və ya hamiləliyin ilk 3-cü ayında tutulmağa başlayır. Ananın hamiləliyinin ilk aylarında içdiyi bəzi dərmanlar, keçirdiyi qulaqdibi, qrip və s. kimi xəstəliklər ana qar-nında körpənin katarakt olmasına səbəb ola bilər. Analar hamiləliyin ilk üç ayında çalışmalıdır ki, infeksion xəstəliklərə yoluxmasınlar. Göz həkimləri hamilə qadınların hamiləliklərinə qərar verdikləri an-dan etibarən qızılca xəstəliyinə yoluxub yoluxmamasını yoxlatmağın faydalı olacağını məsləhət bilirlər. Günəşli havanın çox olması da kataraktın yaranmasına səbəb olur.

Əlamətləri və diaqnozu.
Katarakt insanın uzağı və ya yaxını pis görməsi nəticəsində yaranmağa başlayır. İnsan görmə qabiliyyətinin keçmişdəki qədər normal olma-dığını hiss etməyə başlayır. Zəif görmə, rəng seçmə zəifliyi, görmənin gedərək zəifləməsi kataraktın əla-mətləridir. Göz həkimində olarkən katarakt dioqnozunun qoyulduğu zaman göz həkimləri biomikroskop alətləri vasitəsi ilə göz bəbəyini böyüdərək baxdıqlarında göz içəri-sindəki mərcəkdə bulanıqlıq olub – olmadığını, hansı səviyyədə bulanıqlıq olmasını, əməliyyatın gərək olub-olmaması haqqında qərar verməklərini söyləyirlər.
Kataraktı nə zaman əməliyyat etmək lazımdır?
Əməliyyat üçün xəstənin ən azından görməsinin əlli faiz azalması müşahidə edildiyini söyləyən həkimlər eyni zamanda görmə nisbətinin yüksək olduğunu, ancaq səhhətlərində bəzi problemi olan xəstələrin də əməliyyat ola biləcəklərini söyləyirlər. Göz həkimləri günəş və ya avtomobil farası kimi kəskin işıqlarla görmənin yox olması, sadəcə tək gözündə katarakt olduğu üçün stere-binokulyar görmə olmayacağı üçün görmə keyfiyyətinin aşağı düşməsindən şikayətləri olan xəstələrin də yüzdə əllisinin görmə qabiliyyətini yüksəltmək üçün katarakt əməliyyatlarını həyata keçirtmək mümkün olduğunu söyləyirlər. Kataraktın başlanğıc formasnda isə, xəstənin görmə qabiliyyəti səksən faizdirsə, belə halda əməliyyata ehtiyac duyulmur. Ancaq xəstəlik nəza-rətdə saxlanılmalıdır. İlk növbədə xəstə bilməlidir ki, kataraktın müalicəsndə dərman müalicəsi olmadığı üçün erkən kataraktın qarşısını almaq mümkün deyildir. Göz həkimlərinə görə texnologiyanın inkişafı nəticəsində katarakt əmə-liyyatına qərar vermək üçün keçmişdəki kimi kataraktın irəli-lməsinə ehtiyac yoxdur. Çox irə-liləməmiş katarakt əməliyyatı riski az olur.

Katarakt əməliyyatı və FAKO üsulu.
Günümüzdə katarakt əməliyyatı üçün məsləhət görülən ən effektli əməliyyat növü FAKO üsuludur. FAKO əməliyyatı zamanı xəstələr çox tez vaxtda sağala bilirlər. Bu əməliyyat körpə uşaqlarda narko-zun köməyi ilə həyata keçirilir. 40 yaşdan yuxarı xəstələrdə isə damcı anesteziya vasitəsi ilə göz uyuşdurularaq əməliyyat edilir. Xəstə ya-rım gününü itirərək 10-15 dəqiqə ərzində əməliyyat olunaraq ka-taraktdan qurtara bilər. Xəstələr elə həmən gün də evlərinə gedə bilərlər. FAKO əməliyyatını göz həkimləri belə açıqlayırlar: ”Xəstənin gözü damla ilə uyuşdurulduqdan sonra gözü, göz qapağını, kirpikləri qapaya bilən bir örtük ilə örtülür. Xəstə gözünü açıq tuta bilməsi üçün gözə teldən bir alət taxılır. Daha sonra incə bir iynəylə 3 mm-lik almas bir bıçaqla tunel kimi kəsərək gözün içərisinə daxil olur-lar. Gözün təbii mərcəyinin ön kisəciyində yuvarlaq bir pəncərə açılır. İçindəki bütün möhtəviyyat fako-emilyasiya adlanan ultrasonik titrəşimlə böyüdülərək çölə çıxarı-lır. Bu əsnada kataraktın da içində yerləşdiyi çox incə qatın zədələnməməsi üçün çalışırlar. Bu zaman qatın içi tamamən boşaldıldıqdan, katarakt tamamən təmizləndikdən sonra, hüceyrələr də tamamən təmizlənir. Daha sonra bu qat xüsusi bir jel balon kimi şişirdilərək içinə süni mərcək taxılır, sonra serumlar jellə geri çıxarılır və əməliyyat tikişsiz olaraq həyata keçirilir”. Tikiş olmasa da əməliy-yatdan sonra göz ehtiyat üçün bağlanılır. Əməliyyatdan sonrakı vaxtda da həkimlərin tapşırığına ciddi əməl etmək lazımdır. Xəstə toz olan yerlərdən uzaq durmalı, gözünü qaşımamalı, kosmetik vasitələrdən istifadə etməməli, dəniz, sauna və hamamdan da ən azından bir ay istifadə etməməlidir. Çünki xəstənin bulaşıq yerlərdən yoluxduğu mik-rob onun kor olacağı səviyyəyə qədər gətirib çıxarda bilər. Əməliyyatdan sonra xəstənin yaxşılaşması və görmə şansını qazana bilməsi kataraktın sərtliyinə bağlı olaraq dəyişə bilər. Kataraktın çox sərtləşməsinə diqqət etmənin vacib olduğu deyən həkimlərə görə belə katarakt əməliyyatından sonra xəstənin sağalması bir az uzun çəkə bilər. Sərtləşmiş katarakt əməliyyatı olan xəstələrdə əməliyyat sonrası bulaniq görmə ola bilər. Belə xəs-tələrin sağalma dövrü 2 həftədən 1 aya qədər uzana da bilər. Katarakt hələ çox bərkiməmiş vəziyyətdə olarkən əməliyyata alınan xəstə-lərin sağalması başqa xəstəliyi yoxdursa çox tez, 1-2 günə meydana gəlir.

Katarakt müalicəsini geciktirməyin

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir