Keks hazırlama qaydası

portağallı ev keksi

Keks hazırlama qaydası

Keks hazırlama qaydası

 Heç şirniyyat bişirməyən birisinizsə , bu keks hazırlayaraq  işə başlamanız üçün  şahanə bir yoldur.
Bir neçə dənə malzəmə, bir fırın, bir də bişirmə qabınız varsa  deməli keks çayın yanında hazırdır.
Ancaq yetər  ki,siz bəzu tapşırıqlara diqqətli yanaşasınız.
Bunları nəzərə alan 1001 dad saytı sizlərə daha qabarıq bir keks hazırlamağın qaydalarını diqqətinizə çatdırmağı lazım bildi.
Dadlı və ləzzətli bir keksi hazırlamağı və sevdiklərinizlə birlikdə nuş etməyinizi arzu edirik!

 

Keks üçün lazım olan ərzaqlarla işə başlamanın əsası.

  • Siz keks bişirə bilmədiyiniz üçün heç kim sizdən qat-qat tortlar , dillərə dastan kekslər hazırlamağınızı gözləmir.
  • Bu zaman edə biləcəyiniz ən yaxşı şey gözünüzü qorxutmasın və lazım olan ərzaqları hər yerdə tapıla bilən yaxud da evinizdə olan ərzaqlarla  hazırlaya biləcəyiniz  tərifi seçin.
  • İlk dəfə bu keksləri hazırlamaqla başlayın:
  • Seçdiyiniz bütün ərzaqları, bişirmə surələrini diqqətlicə oxuyun.
  • Hətda keksi hazırlayarkən tərifi görə biləcəyiniz bir yerə qoyun ki, diqqət edə biləsiniz.
  • Ölçüləri düzgün yazılmayan bir keksi əsla  sınaqdan keçirtməyin ki sonra məyus olmayın.

Keksin olmazsa olmazlarını  yaxşıca tanıyın:

  • Klassik bir keks  üçün   keksin  ərzaqlarını  tanıyaraq başlayın.
  • Bir keks üçün lazım olan ərzaqlar yumurta, şəkər tozu, süd, maye yağ, qabartma tozu  və təbii ki,  un.
  • Bu ərzaqlar əlinizin altındaysa hazırlaya bilməyəcəyiniz bir keks yoxdur.
  •   Hələlik   təzə meyvələr, quru meyvələr, vanilin, kərə yağı  yaxud da digər ədviyyatlar işin ikinci planında qalsın .
  • Unsuz, yağsız, şəkərsiz kekslər hazırlamaq da əlbətdə mümkündür.
  • Ancaq əsas ərzaqlarla hazırlanacan  kekslərə başlayın .
  • Sonra digərlərinə keçə bilərsiniz.
  • Bir keksin yumşaq və qabarıq olması üçün ən önəmli ünsür şəkər və yumurtadır.
  • Yumurtanın ağı şəkərin, yumurta sarısı və şəkərin ayrı-ayrı və yaxşı bir vəziyyətdə çırpılması sonunda keksiniz təbii ki qabaracaqdır.
  • Ona görə də bu iki ərzaq mütləq yanınızda olmalıdır.
  • Şəkər olmadan şirinlik vermək, maye yağ, süd  kimi bir mayenin olmadan bu maddələri hərəkətə keçirtmək olmaz.
  • Un olmadan da keksin qatılığını ilk mərhələlərdə demək olar ki toparlaya bilməzsiniz.

Keks hazırlayacağınız ərzaqların istiliyinə diqqət edin!

  •  Hər zaman rast gəldiyiniz bir fikrə diqqət edin: “Kərə yağı otaq temperaturunda olmalıdır!”
  • Sadəcə kərə yağı deyil, xüsusən yumurtalar da otaq temperaturunda olmalıdır ki, qabarmış kekslər hazırlaya bilərsiniz.
  •  Heç vaxt soyuducudan çıxardığınız yumurtalarla keks hazırlamayın.
  • Keks hazırlayacağınız ərzaqları ən az soyuducudan 15 dəqiqə əvvəl çıxartmağınız lazımdır.
  • Çalışın ki bütün ərzaqlar otaq temperaturunda olsun.
  • Bütün ərzaqlar otaq temperaturunda olarsa çox möhtəşəm bir keks hazırlaya biləcəksiniz.

 

Tərifdə  yazılan bütün ərzaqlardan  düzgün  istifadə edin:

  •  Normal bir keks tərifində ortalama 200 240 ml-lik su stəkanlarından istifadə edirlər.
  • Yemək qaşıqları da bildiyimiz yemək qaşıqlarıdır.
  • Tərifdə yazılan ərzaqları düzgün istifadə etmıyiniz lazımdır.
  • Lazım gələrsə mətbəxinizə kiçik bir tərəzi də ala bilərsiniz.

Məsələn,

  • 1 su stəkanı un-140 q,
  • 1 su stəkanı şəkər tozu-200 q, 
  • 1 çay stəkanı şəkər tozu-110 q,
  • 1 su stəkanı maye-240 ml(süd. su, yağ),
  • 1 yemək qaşığı un-9 q

Bunları bilməniz mətbəxdə işinizə çox yarayacaqdır. 

 

Fırını əvvəlcədən qızdırmağı  unutmayın!

  • Keksi hazırlamağa başlamazdan əvvəl fırını 180 dərəcə qızmağa qoyun.
  • Keksi heç vaxt soyuq fırına verməyin.
  • İsti fırında bişən kekslər həcmli, yaxşı bişmiş kekslər olur.

Şəkər və yumurtayı gözəlcə çırpmaq  mühimdür!

  •  Keksin irəliləyən mərhələlərində içərisinə şəkər tozu əlavə etməyin.
  • Şəkər yumurtanın içində əriməzsə bu düzgün bir hal olmayacaqdır.
  • Gözəl bir keks üçün ilk mərhələ yumurtaları qaba qırıb üzərinə şəkər tozu əlavə etməklə başlayır.
  • Bu mərhələdə şəkər əriyənə qədər düzgün qaydada ərzaqları çırpmaq şox önəmlidir.
  • Dəqiqələrcə çırpın və yaxud da bir iki çırpıb buraxın demirik.
  • Şəkərin tam əridiyindən əmin olana qədər çırpın.
  • Bu sizin bir neçə dəqiqənizi alacaqdır.

Unu mütləq ələyib istifadə edin: 

  • Ardından maye ərzaqlar gəlir.
  • Süd və duru yağı əlavə etdikdən sonra yenidən çırpın.
  • Sıra ən mühüm nöqtəyə gəldi.
  • Keksin qabarıq olması üçün səbirsizlənirsiniz.
  • Bunun üçün qabartma tozu kimi quru ərzaqları ələyərək əlavə etmək lazımdır.
  • Hətda iki dəfə ələsəniz çox bir fərq olduğunu görəcəksiniz.
  • Unu ələyərək unun havalanmasını sağlayır, digər ərzaqlarla daha rahat qarışmasını təmin edəcəkdir.

Quru malzəmələri əlavə etdikdən  sonra qarışdırın, çırpmayın!

  •  Quru malzəmələri də əlavə etdiniz.
  • Bu mərhələdə çırpma telini bir kənara qoyun.
  • Alın əlinizə bir spatula, un qırıntısı, un topağı   qalmamasına diqqət edərək altdan üstə doğru hərəkətlərlə ərzaqları qarışdırın.

Keksin qabdan asand  çıxması üçün bunlara diqqət edin!

  •  Bu mərhələdə isə yağ və un ikilisindən yardım alın.
  • Keks qəlibini , yaxud da nədə bişirəcəksinizsə o qəlibi kərə yağıyla iç hissəsinin hər tərəfini yağlayın.
  • Yağlanmayan yer qalmasın.
  •  Fırın isindi.
  • Yumurtayla şəkəri çırpdınız, duru ərzaqları əlavə etdiniz, , quru ərzaqları əlavə edib  gözəl qarışdırın.
  • Keks xərciniz   hazır.
  • Sıra gəldi ən önəmli   mərhələyə.
  • Bişirmə mərhələsinə  keçmədən öncə keksi bir qəlbə  tökün.
  • Keks xərcini tökməzdən əvvəl qəlibə un səpin və artıq unu çırpın.
  • Altı düz olan qəlibdirsə   yağlı kağızdan da istifadə edə bilərsiniz.
  • Belə etsəniz keks qəlibdən rahat çıxacaqdır.

Keksinizi kürdanla kontrol edin!

  • Fırın telini orta dəzgaha yerləşdirin.
  • Fırınınız bir tərəfə  həddindən çox  isti verirsa keksin yönünü dəyişdirin.
  • Fırının qapağını davamlı  açmayın  çünki fırının istini itirməsinə  səbəb  olursunuz.
  • Keksi verdiniz fırına .
  • Bişmə sürəsi 25-35 dəqiqə arası sürəcəkdir. Mutləq  fansız proqramda keks   bişirin.
  • Bişib  bişmədiyini anlamaq  üçün  kürdan batırıb kontrol edin.
  •  Kürdan təmiz çıxmışsa keksiniz oldu deməkdir.

Bişdikdən sonra otaq temperaturunda dincəldin! 

  •  Keksin iyi çox cəzbedicidir.
  • Həmən kəsib yeməyə çalışırsınız.
  • Amma vaxta var .
  • Otaq temperaturunda 15-20 dəqiqə dincə qoyun.
  • Soyuyunca keksiniz normal olacaqdır.
  • Bir az soyuduqdan sonra qəlibdən çıxardın.
  • İstisi normallaşırsa dilimləyib nuş edə bilərsiniz.

 

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir