Kilonuzu nəzarət altında saxlayın

Kilonuzu nəzarət altında saxlayın

fft99_mf4009576Kilonuzu nəzarət altında saxlayın

  • Çəki vermək qədər əhəmiyyətli bir mövzu da, kilonu nəzarət altında saxlaya bilməkdir.
  • Sağlamlıq üçün uşaqlıqdan etibarən ideal çəki qorunmalıdır.
  • Artıq çəki, hər ötən gün sağlam həyatı daha çox təhlükəli edir.
  • Dünya Sağlamlıq Təşkilatının etdiyi araşdırmalara görə, dünyada hər dörd uşaqdan biri piylənmiş olaraq böyüməyə başlayır.
  • Bu da o deməkdir ki, dünyada minimum hər dörd nəfərdən biri gələcəkdə piylənmiş, ya da kök olacaq.
  • Həmçinin onlar şəkər xəstəliyi, damar sərtliyi, xərçəng kimi bir çox xəstəliklərə tutulan
  • insanlar olacaqlar.

Tənbəllik əsas səbəblərdən biri kimi…

  • İnsanlar gün keçdikcə, bir neçə yüz metrlik məsafəni belə getmək istəmirlər.
  • Bir mərtəbənin pilləkənlərini daha çətin çıxırlar.
  • Hətta gənclər bir mərtəbənin pilləkənlərini` enmək yerinə, liftə minməyə üstünlük verirlər.
  • Beləliklə, çox tez yoruluruq və sağlıqsız hala gəlirik.
  • Bunun əsas səbəbi isə sərhəd tanımayan və sürətlə inkişaf edən texniki imkanlardır.
  • Bu imkanlar həyatımızı asanlaşdırmağına baxmayaraq, digər tərəfdən tənbəl toxumalara sahib bir bədən yaradır.
  • Təmbəlləşən toxumalar da, daha az işləyən və çox xəstəliklərə uyğun orqanlara çevrilir.
  • Təmbəlləşən toxumalar bədənə bol miqdarda yağ və toksinləri yığaraq, sağlamlığa zidd oaln ümumi köklük problemlərini meydana gətirirlər.

Artıq kiloları hər zaman daşımaq…

  • Kök insanlar, gündəlik həyat enerjilərinin böyük bir hissəsini bədənlərində artıq yığılmış yağ və toksinləri daşımaq üçün xərcləyər.
  • Halbuki kilolarını ideal səviyyədə qoruyan insanlar gündəlik həyat enerjilərini toxuma və hüceyrələrini yeniləmək üçün istifadə edirlər.
  • Bədənində 10 kq çoxluğu olan bir adam il ərzində 4 ton yük daşıyır, 10 ildə isə 40 ton yük daşıyır.
  • 30 kq çoxluğu olan bir adam isə 10 ildə 120 ton yük daşıyır.
  • Buradan aydın olur ki, artıq kilolar bədənimizi lazımsız yerə yorur və bizi ölümcül xəstəliklərin qucağına atır.

Kiloların həyati qolları...

  • Kilolu insanlarda əzələ və oynaq problemləri ortaya çıxır, təzyiq yüksəlir, damar sərtliyi ortaya çıxır, şəkər xəstəliyi asanlıqla inkişaf edir.
  • Hormonların tarazlığı pozulduğu üçün toxumalar sağlam işləmir, cinsi zəifliklər başlayır, sümük əriməsi sürətlənir, infeksiya xəstəliklərinə meyillilik artır, immunitet sistemi zəifləyir, yaşlanma sürətlənir, həyat müddəti qısalır və xərçəngə meyillilik artır.
  • Bütün bu problemlərin qarşısını almaq, artıq çəkidən xilas olmaq üçün ilk növbədə arıqlamaq lazımdır.
  • Aşağıdakı qidalardan istifadə edərək, həm sağlamlığınızı qoruya, həm də arıqlaya bilərsiniz.

●Tərə toxumu:

  • Maddələr mübadiləsin artırır və troid vəzilərinin normal işinə kömək edir.

●Zəncəfil:

  • Qəbul olunmuş qidaların daha yaxşı həzm edilməsinə kömək olur və bədəni gücləndirir.
  • Çəki verərkən infeksiyalara tutulma riskini də azaldır.

●Yaşıl çay:

  • Maddələr mübadiləsini sürətləndirir.
  • Kilo verməyə kömək edir.
  • Bağırsaqlardakı faydalı bakteriyaların artmasına şərait yaradır.

●Ədviyyatlar:

  • Tünd ədvalar maddələr mübadiləsini sürətləndirir və bununla da orqanimzin arıqlamasına səbəb olur.
  • Darçın qanı artıq şəkərdən və xolesterindən təmizləyir, köpü aradan qaldırır.
  • Gün ərzində çay qaşığının 1∕4-i qədər darçından istifadə etmək yeni piy toxumalarının əmələ gəlməsinin qarşısını alır.

●Çiyələk:

  • Meyvənin tərkibində antioksidantlar var ki, bu da qan dövranını sürətləndirir və əlavə kalori itirməyə kömək edir.
  • Bədəndə olan yağ hüceyrələrini azaldır.

●Qreyfurt:

  • Hər yeməkdən əvvəl yarım qreyfurt yemək, ya da gündə 3 dəfə qreyfurt suyu içmək insanların 3 ayda 3 kilodan çox arıqlamalarına kömək edir.
  • Qreyfurt həm də immuniteti gücləndirir.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir