Körpə yuxusundan tez-tez oyanırsa…

Körpə yuxusundan tez-tez oyanırsa…

Körpə yuxusundan tez-tez oyanırsa...

Körpə yuxusundan tez-tez oyanırsa…

Körpələrin sağlam böyüməsi üçün düzgün yatmaqları çox  vacibdir.

Çünki böyümə hormonları körpə yatarkən fəaliyyətini artırır.

Daha sonrası  da  hər bir valideynin arzusudur ki, gecə normal yatan bir körpə ilə yuxudan oyansın. .

  • Körpə uşaqları olan  analar körpələrinin sıx- sıx  yuxudan oyandıqlarından şikayət edirlər.
  • Yeni doğulan körpənin qidalanması üçün 2-3 saat ara ilə oyanması normaldır.
  • 3-4 aylıqdan sonra körpələrin ən az 4 saat davamlı yatması çox vacibdir.
  • Bu oyanma müddəti isə körpə böyüdükcə artmağa başlayır.
  • Tez-tez oyanan körpələrdə sidik yolu infeksiyası , qulaq infeksiyası, gaz sancısı kimi ehtimallarla yanaşı  diş çıxarmanın gətirəcəyi çətinlikləri  də diqqətdə saxlamaq lazım  olduğunu deyən həkimlər, belə sıxıntıların olmadığı zamanlarda isə diğər səbəblər üzərində durmaq lazım olduğunu söyləyirlər. Körpənin əmziyini davamlı düşürdüyü üçün oyana bildiyi kimi,  səs və işığın da təsirlərindən də oyana bilməsindən də danışan  həkimlər belə vaxtlarda nə etmək lazım olduğunu valideyinlərə başa salmağa çalışırlar.
  • Əmzik körpənin  özünü etibarda hiss edəcəyi bir dəstəkdir.
  • Bu güvən hissini körpənizlə quracağınız ünsiyyətlədə təmin edə bilərsiniz .
  • Körpənizi əmziksiz yatırtmaqla  körpənin tez-tez oyanmasına mane ola bilərsiniz.

Körpə əmziksiz yata bilmirsə:

  • Körpə əmziksiz yata bilmirsə, onda körpənin damaq quruluşuna uyğun  və tez-tez düşməyəcək  bir əmzik seçmək lazımdır.
  • Bununla da əmziyin tez –tez düşməsinin qarşısını almaq olar..

  Körpədə əmzik düşməsi mütəmadi isə :

  • Körpə əmziyuini davamlı olaraq düşürürsə belə vaxtları körpənizdə burun tutulması da ola bilər.
  • Körpə burnundan nəfəs ala bilmədiyi üçün nəfəsini ağızdan almağa çalışır və əmziyini düşürür.
  • Bu zaman körpənin burnuna   bir az Serum sıxmaq lazımdır ki, körpə bir az rahatlaşsın.

 Körpənin yuxusuna bir həftəliyindən başlayaraq nəzarət etmək lazımdır.

  • Körpələr ətraflarındakı rəng və səslərə diqqət etməyə başladıqlarından bu dünyadan qopmamaq üçün yatmaq istəməzlər.
  • Bunları nəzərə alaraq körpələrlə bir həftəliyindən başlayaraq məşğul olmaq  üç ay içində körpəyə gecə və gündüzün  ayrı seçkiliyini öyrətmək lazımdır.
  • Bunu, gündüzləri onunla oyun oynayaraq və danışaraq , gecə isə işıqları azaldıb ,  xarici təsirlərdən uzaq tutaraq nail ola bilərsiniz.

Geç qalmış bir yuxu tərbiyəsi əsas isə

  • Bir həftəlikdən başlayan yuxu tərbiyəsi  6 ayda başa gəlir.
  • Geç qalmış bir yuxu tərbiyəsi əsas məsələysə körpəyə gecə və gündüzü başa salmaq üçün ilk öncə körpədə şərti refleks yaratmaq lazımdır.
  • Körpə yatana qədər yanında gözləyə bilərsiniz.
  • Yuxu saatına diqqət edərsinizsə  bir neçə həftə  içində problem həll edə bilərsiniz.

  Əgər körpə ən kiçik bir səs və işığa oyanırsa:

  • Körpələrdə 4 aylıqdan etibarən ananı  itirmək qorxusu başlayar.
  • Bu qorxu körpəni daha həssas və narahat edər və yuxusuzluğuna  səbəb olar.
  • Bu səbəbdən də körpəniz yatana qədər onun yanında qalıb  başını oxşayın.
  • Rahatlanan körpəniz rahat bir yuxuya gedər.
  • Körpənin yuxusunun az olmasının başqa  bir  səbəbi  də onun ac olmasıdır.
  • Yaxşı bir  qidalanma  və ilıq bir hamam keyfi körpənizə şirin bir yuxu gətirər.

Əgər körpə davamlı ağlayırsa və yata bilmirsə:

  • Korpənizin normal qidalandığından əmin olsanızda,  körpə  yatmaq istəmir və davamlı ağlayırsa körpənin ağrısı ola bilər.
  • Davamlı ağlayan körpəyə qulaq infeksiyası, sidik yolu infeksiyası, diş çıxartma problemi də səbəb ola bilər.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir