Körpənin açıq hava ehtiyacı

Körpənin açıq hava ehtiyacı

Körpənin açıq hava ehtiyacı

Körpənin açıq hava ehtiyacı

Körpənin açıq hava ehtiyacı

Hər bir Körpənin açıq hava ehtiyacı mütləq qarşılanmalıdır.

  • Körpəniz doğulduğu gündən  etibarən yağış yağmadığı, istilərin sıfırın altına düşmədiyi, soyuq külək əsmədiyi günlərdə açıq havaya çıxarda bilərsiniz.
  • Anaların çoxu xüsusən də qış aylarında körpələrini  açıq havaya çıxartmaq istəməzlər.
  • Ancaq isti otaqlarda qapalı qalan körpələr iştahasız və keyfsiz olurlar.
  • Üstəlik otağı qızdırdığımız zaman otaqda olan nəmlik quruyur və quru hava olması səbəbindən də körpənin burnu tutulur.
  • Bədən isə hava dəyişikliyinə hazır olmadığı üçün də azacıq soyuq olduqda üşüdərək xəstələnir.
  • Bunun üçün də körpənizi yaz, qış ən azından hər gün 2-3 saat açıq havaya çıxartmağınız çox vacibdir.
  • Evinizdə bağça və ya eyvan varsa körpənizin orada oynamasına icazə verin.
  • Ancaq yenə də körpəni küçəyə çıxartmaq laımdır.
  • Bayırda sizin üçün adi olan hər şey körpəniz üçün çox maraqlıdır.
  • Üstəlik körpə uşaqlar da, böyük   uşaqlar da küçə gəzintilərini sevirlər.
  • Hündür  mərtəbəli binalarda yaşayırsınızsa körpənizi hər gün azından 2 saat açıq havaya çıxartmalısınız.
  • Qışda ən azından 1 saat açıq havaya çıxartmalısınız.
  • Açıq  havaya çıxma vaxtlarını mövsümə görə təyin edə bilərsiniz.
  • Qışda günorta yuxusundan əvvəl təxminən saat 12- yə qədər açıq havaya çıxartmalısınız.
  • Qşışda günlər çox qısa olduğu üçün hava tez qaralır.
  • Yazda sabahlar 12 yə qədər , günortadan sonra isə saat 15-16 -dan sonra havaya çıxartmaq lazımdır.
  • Günortanın istisində körpənizə zərər ola  bilər.

Körənin açıq hava ehtiyacı

  • Körpənizə günəş vannası   qəbul etdirərkən də günortanın qızğın istisindən körpəni yayındırın.
  • İlk gün 3-4 dəqiqə omaqla körpənizi yavaş-yavaş günəşə alışdırın.
  • Günəş şüalarının körpənizə verdiyiniz D vitaminindən də çox faydalı olduğunu unutmayın.
  • Körpənizin sağlam böyüməsi  üçün ona bol –bol açıq hava və yetərli dərəcədə günəş vannası etməyi də unutmayın.

 

  • Tez-tez açıq havada olan  körpələrin xəstəliklərə qarşı müqviməti daha çox artır.
  • Üstəlik bir az böyüdükcə  daha çox uşaqlarla əlaqə yarada bilir, dostluq, yoldaşlıq etməyi, paylaşa bilməyi öyrənir.

Körpəniz üşüyürmü?

  • İlk bir neçə həftə körpə öz bədən istiliyini tənzimləyə bilməz.
  • Siz bu istiliyi tənzimləməlisiniz.
  • Bunun üçün körpənin bədən istiliyinə nəzarət etməlisiniz.
  • Dizləri, ənsəsi və qolları istidirsə  demək ki,  körpə normal geydirilmişdir.
  • Yanaqları qızarıb, ənsəsi tərləmişdirsə demək çox geydirmşsiniz.
  • Hər zamankından solğun və uyuşuqsa və ya toxunduğunuz zaman ayaqları və ənsəsi soyuqdursa paltarını bir az daha qalın geyindirə bilərsiniz.
  • Hərəkət etmədiyi üçün körpə üşüyə bilər.
  • Otaq temperaturu 18-22 dərəcə arasında olmalıdır.
  • Çox isti və çox soyuqdan qorumalısınız.
  • Sintetik geyimlər isti günlərdə isti, soyuq günlərdə soyuq tutduğuna görə sintetik geyimlərdən körpənizi uzaq tutun.
  • Ən yaxşı geyim isə mövsümə görə olan pambıq geyimlərdir.
  • Körpənin əllərinin və üzünün isti soyuq olması onun bədən temperaturunu göstərməz.
  • Soyuq külək nəticəsində üzü üşüyə də bilər.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir