Körpənin göz, ağız, burun baxımı

Körpənin göz, ağız, burun  baxımı

Burun-emme-cihazları-yeni-doğmuş-bebekler-i&ccedil

Körpənin göz, ağız, burun  baxımı

Körpənin göz, ağız, burun  baxımı

Göz baxımı

  • Yeni doğulan körpələrin gözlərinin baxıma çox ehtiyacı vardır.
  • Yeni doğulan körpələrin çoxunda gözyaşı kisəsi və gözyaşı kanalı çox dardır.
  • Buna görə də körpə uşaqların gözlərində  bulaşıqlığın olması sıx rastlaşılan bir vəziyyətdir.
  • Gözləri bulaşıq olan körpənin gözlərini saf suda isladılmış pambıqla tez-tez silmək lazımdır.
  • Körpənin  göz baxımı çox yaxşı olsa da belə,  körpələrin gözlərinin bulaşması mümkündür.
  • Ona görə ki, həm göz yaşı kanalı, həm də göz yaşı kisəsi dardır .
  • Göz yaşı kisəsi və göz yaşı kanalı çox gec formalaşdığı üçün  körpələrdə  bu problemə rast  gəlmək olur.
  • Belə hallarda səbirli olmaq lazımdır və körpəyə göz masajı tətbiq etmək lazımdır.
  • Gündə 3-4dəfə, hər səfərində də 15-20 dəfə körpənin qaşından  mənbəsinə(gözpinarı)doğru  gözə diqqət edərək baş barmaqla basdırılmalıdır.
  • Gözyaşı kisəsi və kanalı geç inkişaf edən körpələrin böyük bir hissəsində bu problem öz-özünə düzəlir.
  • Bir yaşına gəlməsinə rağmən, bu problemin öz-özünə keçmədiyi zaman körpəyə göz həkiminin müdaxiləsi lazımdır.

 Ağız içi baxımı:

  • Körpələrin göz baxımına  olduğu kimi ,ağız içi baxımına da ehtiyacı vardır.
  • Çünki  havada və torpaqda və hər yerdə mövcud olan göbələk növləri  gənclərə hər hansı bir təsir edə bilməsədə ,  körpənin ağız içərisində yerləşir və bir göbələk infeksiyası olan “Pambıqcıq”xəstəliyinin yaranmasına səbəb olur.
  • Diqqət edilməli olan  bir məsələ də, körpə uzun zaman ana südü əmdikdə dilin üzərində bir qalın ağ təbəqə əmələ gəlir.
  • Bu ağ təbəqəyə baxanda ilk öncə insanın ağlına pambıqcıq  xəstəliyi gəlir.
  • Diqqətlə baxdığımız zaman görərsiniz ki,  bu xəstəlik deyil, təbii bir təbəqədir.
  • Körpənin ağız içi pambıqcıq  xəstəliyi olmasın deyə , qaynadılmış suyu soyudun  və  sonra hər gün  cunanı bu su ilə isladaraq silmək lazımdır.
  • Əgər pambıqcıq  xəstəliyinin yaranma ehtimalı varsa, ağz içində, damaqlarda ağlar görünürsə, körpənin ağzını belə vaxtlarda gündə bir neçə dəfə  cunayı sodalı suda isladıb silmək lazımdır.
  • Sodalı su hazırlamaq üçün əczaxanadan soda almaq lazımdır. Bir stəkan suyun içərisinə bir çay qaşığı soda əlavə edib qarışdıraraq sodalı su hazırlayın.
  • Körpənin ağız içinin sodalı suyla silinməsində əsas məqsəd   ağız içərisində olan qələvi mühitin (turşu mühitin tərsi), Pamukçuk xəstəliyinə yol açan göbələklərin yox edilməsinə imkan yaradır.
  • Ağız içərisini sodalı suyla silmək  özü bir müalicə yöntəmidir.
  • Sodalı su göbələkləri məhv edir.
  • Əgər körpədə sadə yöntəmlərlə keçməyəcək qədər çox pamuqçuq xəstəliyi varsa, bu zaman körpəni mütləq həkimə aparmaq lazımdır.

Burun baxımı:

  • Körpələrin hər gün burun baxımına ehtiyacı vardır.
  • Xüsusən qış aylarında körpələrin burunlarında tıxanmalar daha çox ola bilir.
  • Körpələrinin burunlarının açıq olması  çox vacibdir.
  • Burun tıxanmaları körpələrdə xırıltılı bir nəfəsalmaya gətirib çıxarda bilər.
  • Körpənin nəfəs alması zamanı hiss olunan xırıltılı nəfəsalması anaları çox narahat edən bir vəziyyətdir.
  • Körpənin nəfəs alması bir az belə zorlaşsa da , ana narahat olmağa başlayır .
  • Fikirləşir ki, yəqin üşütdü, soyuq oldu və ya xəstələndi .
  • Üstəlik körpələr asan qusa bildiklərindən, qusma isə çox vaxt burnundan da gəldiyi üçün , körpənin burnunun asan qıcıqlanması da çox vaxt söz mövzusudur.
  • Asan tıxanan, asan qıcıqlanan körpə burnu üçün ən yaxşı dost, nəmli bir mühit və serum fizyolojiktir.
  • Körpənin otağı, ilk aylar valideyinlərin yataq otağı olduğu üçün  qış ayları boyunca yataq otağı nəmləndirilməlidir.
  • Körpənin hər iki burun dəliyinə şikayəti olmasa  belə,  sabah və axşamları bir damcı serum fiziyolojik damcıllatmaq lazımdır.
  •  Əgər körpənin  burnu çox tıxanıqdırsa mütləq  hər saatbaşı serum damcıllatmaq lazımdır.
  • Belə vaxtlar körpənin burnunu təmizləmək üçün  burun aspiratoru da işlədilməlidir.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir