Körpənizi bol-bol masaj edin!

Körpənizi bol-bol masaj edin!

körpənizi bol bol masaj edin

Körpənizi bol bol masaj edin!

Körpənizi bol-bol masaj edin!

  • Masaj körpənizin həm ruhi, həm də fiziki inkişafına müsbət təsir göstərir.
  • Masaj həm körpələr üçün rahatladıcı bir təsirə malikdir, həm də körpənizlə aranızda ünsiyyəti gücləndirməyə köməkçi olur.
  • Bu səbəblə masaj körpənin fiziki və ruhi inkişafına kömək edir.
  • Masaj etməyə nə zaman başlana və nə qədər müddət tətbiq edilməlidir?
  • Masaja başlamaq üçün ən ideal müddət körpə doğulduqdan 2 həftə sonradır.
  • Körpənin masaj zamanı verdiyi reaksiyaya görə masaj müddəti uzadıla bilər ancaq ortalama olaraq 15-20 dəqiqəlik bir müddət masaj üçün kifayətdir.
  • Masaj müddəti uzandıqca körpənin bədənində yeni duyğular ortaya çıxır.
  • Doğumdan etibarən 3-4 aylıq olana qədər körpələr daha az hərəkətli olduğu üçün bu müddət ərzində masaj etmək daha asandır.
  • Ancaq 4-cü aydan sonra daha çox hərəkətlənmələr başladığı üçün uzun müddət eyni mövqedə qalmaq istəməyə bilər.
  • Masaj seansının müddəti və sıxlığı əsas olaraq körpənin və ananın bir-biri ilə uyğun olduqları; kef və dialoq halında olduqları zaman kəsiminə bağlı olaraq müəyyən edilməlidir.

Mütəxəssislər masajın körpəniz üçün faydalarını aşağıdakı kimi sıralayır:

  • Masaj körpənin immunitet sistemini gücləndirir, tənəffüs və qan dövranını yaxşılaşdırır.
  • Həzm sistemlərini rahatlaşdırır.
  • Körpənin kilo almağını sürətləndirir.
  • Əl-qol koordinasiyasının inkişafına kömək edir.
  • Ana-körpə arasındakı bağı qüvvətləndirir və özünə olan etibarı artır. Ayrıca masaj körpənin daha ictimai olmasına təsir edir.
  • Yuxuya daha asan getməsini təmin edir.
  • Qaz və digər sancıları azaldır.

 

Masaj edərkən diqqət edilməsi lazım olanlar nələrdir?

 

  • Masaja başlamazdan əvvəl əllərinizi yuyun.
  • Masaj edərkən əllərinizin rahat hərəkət etməsi üçün əlinizə bir miqdar masaj yağı ya da körpə kremi sürtə bilərsiniz.
  • Təmiz bir döşək ya da duş dəsmalı üzərində masaj edə bilərsiniz.
  • Əgər körpəniz onu masaj etməyinizdən narahat olursa davam etməyin və başqa bir zaman təkrar edin.
  • Yorgunkən, ac ikən, yuxusuzkən masaj etməyin.
  • Masaj üçün ən ideal zaman duş sonrasıdır.
  • Masaja əvvəl yüngül toxunuşlarla başlayın, körpəniz masaja alışdıqca təzyiqi bir miqdar artırın.
  • Körpənizi masaj edəcəyiniz otağın istiliyinə diqqət edin.
  • Nə çox isti, nə də çox soyuq olmalıdır
  • Masaj ərzində körpənizi əsla yalnız buraxmayın.
  • Otaqda körpəni narahat edəcək səs-küy olmamasına diqqət edin.
  • Hətta rahatlaşdırıcı bir musiqi sədaları altında masaj edə bilərsiniz.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir