Körpənizi yırğalayaraq yatırmayın!

Körpənizi yırğalayaraq yatırmayın!

körpənizi yırğalayaraq yatırtmayın

körpənizi yırğalayaraq yatırtmayın

Körpənizi yırğalayaraq yatırmayın!

Körpənizi yatırdarkən şiddətli bir şəkildə silkələmək beyin fəsadlarına və bəzi ciddi narahatlıqlara səbəb ola bilər. Körpələrin gecə yuxusundan davamlı oyanması və yenidən yatmağı rədd etməsi həm körpənin həm də ananın yuxu nizamına mənfi təsir edir.

Bəzi hallarda analar körpələrinin tez yatması üçün onları yelləyərək yatırmağa çalışırlar. Körpələr ilk 3 ayda gündə müəyyən aralıqlı olaraq ortalama 15-17 saat qədər yatar. Bu yuxu da ümumiyyətlə 10-20 dəqiqə ilə 3-5 saat davam edən aralıqda olur.

Yuxu inkişafla düz mütənasibdir

  1. Gün ərzində yatan körpələr xüsusilə gecə yuxusuna müqavimət göstərə bilər.
  2. Bu, həm körpələrin inkişafını həm də anaların istirahət etməsinə mənfi təsir edir.
  3. Bu vəziyyətdə ailələr bəzi zamanlarda körpələrini yelləyərək yatırmaq üsuluna müraciət edir.
  4. Bəzi araşdırmalar yellənərək böyüdülən körpələrin sürətli inkişaf etdiklərini göstərir.
  5. Ancaq yuxuda böyümə hormonunun çox ifraz olunması səbəbiylə, inkişafın yelləməyə bağlı olmaqdan çox yuxuya bağlı ola biləcəyi fikri ortaya çıxır.
  6. Hiperaktiv deyilən həddindən artıq hərəkətli, davamlı xəyal görən və qabiliyyətlərini inkişaf etdirə bilməyən uşaqların “vestibular” yəni tarazlıq sistemlərində bəzi pozuqluqlara rast gəlinir.
  7. Ancaq körpələrin yalnız yellənmə səbəbilə hiperaktiv olacağı tezisi tamamilə doğru deyil.
  8. Mongoloid və ya spastik olan uşaqların yellənərək yatırdılmaq ilə daha yaxşı inkişaf etdiklərini göstərən bəzi araşdırmalar da var.
  9. Buna baxmayaraq, körpənin yatırdarkən yatdığı otağın qapısının bağlanılıb qərarlı bir şəkildə yanından uzaqlaşmaq lazımdır.

Yüngülcə yelləyin!

Körpə ağladığı zaman çox şiddətli olmamaq şərti ilə yüngülcə yelləməyin bir zərəri yoxdur.

Böyümə hormonu yuxuda ifraz etdiyi üçün  böyüməsinə və inkişafına faydalıdır.

Ancaq şiddətli yelləmə beyində kiçik qanamalara, hətta beyindəki kiçik damarların qopmasına belə səbəb ola bilər.

Bu vəziyyət körpələrin inkişafı üçün çox zərərlidir.

Bu zədə beyin qanamasına və epilepsiyaya qədər gedən problemlərə səbəb ola bilər.

Otaqlar ayrılmalıdır

  1. İlk 1 ayda körpəni qoyub yatmasını təmin etmək,  yüngülcə ağlayaraq yatmasını gözləmək əhəmiyyətlidir.
  2. Bu şəkildə yatırmalarda uşaq yatağa qoyulur və körpələr bir müddət sonra öz özlərinə yuxuya gedir.
  3. Beləcə 12 aya qədər ailələr də gecə daha rahat olur.
  4. 1 ay ilə 12 ay arası körpələrin otaqlarının ayrılması lazımdır, çünki eyni otaqda yatarkən həm valideynlərin, həm uşağın yuxu keyfiyyəti yaxşı olmur.
  5. Körpənin ya da ailənin ən kiçik səsi və taqqıltısı istəmədən körpələrin oyanmasına səbəb olur.
  6. Daha böyük körpələrdə isə yanlarında yataraq, hekayə oxuyaraq ya da laylay söyləyərək yatırtmaq körpənin rahatlamasına köməkçi olur.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir