Körpənizin düzgün yatması üçün tövsiyyələr

 Körpənizin düzgün yatması üçün tövsiyyələr

Körpənizin düzgün yatması üçün tövsiyyələr

 Körpənizin düzgün yatması üçün tövsiyyələr

“Körpələrə  ikinci həftədən başlayaraq gecə və gündüzün  fərqini öyrətmələri üçün həkimlər bəzi tövsiyyələr verməklə valideyinlərə kömək etməyə çalışmışlar.

  • Gündüz tez-tez qucağınıza alaraq ətraf aləmi başa salın.
  • Gün ərzində qala bildiyi qədər oyaq  tutmağa çalışın.
  • Yatmazdan əvvəl mütləq qidalandırmaq lazımdır.
  • Yatmazdan əvvəl ilıq duş qəbul etdirməyə çalışın.
  • Yuxu vaxtı ev içində olan ani dəyişikliklərdən uzaq tutmağa çalışın.

Anidən televizorun səsini yüksəltməyin.  

  • Dərin yuxuya keçməsinə nəzarət edin.
  • Bunu ağız və burun hərəkətlərindən anlaya bilərsiniz.
  • Gecə yatarkən çalışın sakitlik yaradın.
  • Əl- qol hərəkətlərinə diqqət etməklə körpənin yatmaq istədiyini başa düşməyə çalışın.
  • Gecə yatarkən yataq otağına götürün və işığı söndürün ,ancaq qapının arasını açıq qoymağa çalışın.

Gecə paltarını geydirin, laylalar söyləyin, ya da sakit bir musiqi…

  • Körpənin yatmağını təmtəraqlı bir hala gətirmək onun daha da tez yatmasına şərait yaratmaq deməkdir.
  • Körpənizin istəmədiyi bir işə məcbur etmək, ya da sərt hərəkətlər etməyiniz onu narahat edə bilər. Bütün bu anlamasızlıqları mütləq körpə yatmazdan əvvəl aradan qaldırmaq lazımdır.
  • Körpənizi yatmağa məcbur etməyin.
  • Ağlayaraq yuxudan oyandığı zamanlar onunla yumşaq şəkildə danışın və onu sakitləşdirərək təkrat yatırtmağa çalışın.

Körpələr yuxu düzəninə çox tez alışırlar.

  • Körpəni yatmağa məcbur etməyin.
  • Çox rahat olun.
  • Yuxu saatlarını diqqət mərkəzində saxlayın.
  • Bir təqvim tutun.
  • Bu saatlar sizin istədiyiniz saatlar deyil, körpənin yatmağa alışmış olduğu saatlar olmalıdır.
  • Ancaq bu məsələlərdə valideyinlər ilk növbədə səbirli olmalıdır.
  • Körpəniz böyüdükcə xarici aləmi tanımağa başlayacaq və bununla da  gecə  yuxuları qısalacaq, gündüz yuxuları azalmağa başlayacaq.
  • Körpəniz öz yuxu düzənini qurmasına fürsət verin.
  • Körpənizə vaxt verərək  ona zaman tanımalısınız.
  • Bu səbəbdən ona qarşı səbirli olun.
  • Beləliklə onun yatmasının   get-gedə düzəldiyini görəcəksiniz.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir