Mədəaltı vəzinin şirəsi özünə niyə zərər vermir

Mədəaltı vəzinin şirəsi özünə niyə zərər vermir

Mədəaltı vəzinin şirəsi özünə niyə zərər vermir

Mədəaltı vəzinin şirəsi özünə niyə zərər vermir

ir çox parçalayıcı ferment ifraz edən mədəaltı vəzinin özünə təsir etməməsi çox heyrətamiz olaydır. Əsasən protein quruluşunda olan mədəaltı vəzi elə özünün ifraz etdiyi protein parçalayan enzimlərin heç birindən mənfi təsir görmür. Belə bir müdafiə sistemi çox heyrətamiz və möcüzəvi bir şəkildə həyata keçir. Mədəaltı vəzinin ifraz etdiyi protein parçalayan enzimlər ifraz olunduqları ilk vaxtlar aktiv olmurlar. Bu enzimlər belə halda proteinləri və həmçinin mədəaltı vəzini parçalamırlar. Lakin onikibarmaq bağırsağa boşalan enzimlər orqanizmin yalnız bu yerində olan xüsusi bir maddə ilə birləşir və həmin anda dəyişirlər. Nazik bağırsaqda ifraz olunan “enterokinaza” adlı maddə
ilə birləşən enzimlər dərhal aktivləşirlər. Yəni proteinləri parçalayıcı xüsusiyyət əldə edirlər. Yalnız  mədəaltı vəzidən ifraz olunan bir maddənin bağırsaqdan ifraz olunan bir maddə ilə qüsursuz  şəkildə birləşməsi insanın üzərində dərindən düşünməsi lazım gələn bir məsələdir. Bu iki molekul bundan əvvəl heç zaman qarşılaşmayıblar. Onlar ayrı-ayrı yerlərdən ifraz olunurlar. Buna baxmayaraq bu iki  sərbəst molekul bir-birini qüsursuz şəkildə tamamlayır və nəticədə xüsusi bir məqsədə qulluq edirlər. Əlbəə ki, bu hadisə təsadüflərlə izah edilə bilməyəcək
möcüzəvi bir hadisədir. Bundan əlavə, mədəaltı vəzinin özünü həzm etməsinin qarşısını alan sistemlər bununla
da məhdudlaşmır. Mədəaltı vəzidən proteini üyütmək qabiliyyətinə malik olan “tripsin” adlı başqa bir enzim də ifraz  olunur. Lakin eyni zamanda tripsinin mədəaltı vəzini əritməməsi üçün bu maddəni təsirsiz hala gətirən “tripsin  ingibitor” adlı digər bir maddə də ifraz edilir. Birlikdə ifraz olunduqları zaman heç bir təsirləri olmayan bu iki enzim
onikibarmaq bağırsağa gəldikləri zaman bir-birindən ayrılır. Bu ayrılma tripsini müəyyən mənada sərbəst buraxır və tripsin bağırsaqlara çatan qidalardakı proteinləri parçalamağa başlayır. Əgər bu iki maddə daha tez ayrılsaydılar,
tripsin mədəaltı vəzinin özünü parçalayardı. Əgər heç ayrılmasaydılar, bu dəfə də qidalarda olan proteinlər arçalanmazdı. Lakin bu nümunədən də məlum  olduğu kimi, orqanizmimizdə olan hər şey düzgün zamanda və
düzgün yerdə baş verir. Mədəaltı vəzi tam vaxtında və məhz lazım olan maddələri ifraz etməyi bilir, enzimlər isə bir-birlərindən ayrıldıqları zaman hərəkətə gəlib işə aşlayırlar.

Mədəaltı vəzini təşkil edən hüceyrələrin və enzimləri təşkil edən molekulların belə qusursuz bir sistemi öz-özlərinə
yaratmayacaqları, belə qüsursuz bir quruluşu insan orqanizmində qura bilməyəcəkləri tam aydın olan bir həqiqətdir.
Hər hansı bir qüsur olmadan, nizamla sıralanıb düzülmədə heç ir qarışıqlıq yaratmayaraq fəaliyyət göstərən,  həmçinin bütün insanlarda qüsursuz şəkildə mövcud olan və eyni qüsursuzluqla işləyən belə bir sistemin yüksək ağlın və qüsursuz layihənin nəticəsi olması faktı hər bir şüurlu insanın asanlıqla dərk edə biləcəyi bir həqiqətdir. Bu  sistemin təkamülçülərin iddia etdikləri imi, kor-koranə təsadüflərlə izah edilməsi əsla mümkün deyil. Bu sistem Allahın açıq yaratma dəlillərindən biridir. Allah Öz dəlillərini ğlından istifadə edə bilənlərə və görənlərə belə nümunələrlə göstərir: “Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər
müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb  bilən bir tayfa üçün belə
müfəssəl izah edər! Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün dəlillər vardır” (“Yunus” surəsi, 5-6)

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir