Miqren

migren

migren

Miqren

Həkimlərə görə, miqren xəs-təliyi əhali arasında çox sıx görünən baş ağrısı xəstə-liyidir. Araşdırmalar nəticəsində müxtəlif cavablar alınsa da yüz adamdan 10-15-ində miqrenə rast gəlinə bilər.
Miqren xəstəliyi əsas olaraq beynin hüceyrə qismində yaranan funksional pozuqluq nəticəsində meydana gələn bir xəstəlikdir. Bu pozuqluq müəyyən bir zaman ərzində davam edər və iz buraxmadan düzələ bilən xəstəlik olar. Miqren tutmaları 3-72 saat müddətində davam edə bilər. Əslində belə ağrılar beyin hüceyrəsində bir pozğunluğun yaranmasından xəbər verilir. Bu pozğunluğun nəticəsin-də beyin damarları və beyin ətra-fını bürüyən pərdənin təsirə məruz qaldığı hiss edilir. Bunun nəticəsində də beyində güclü ağrı hiss edilir. Çox vaxt davamlı halda baş verən ağrı zaman – zaman başqa orqanlarda da hiss olunur.
Miqren genetik olaraq 2 hissəyə ayrılır:
1. Auralı.

2. Aurasız.
Bundan əlavə, çox nadir hallarda rast gəlinən oftalmik miqren, hemiplegik miqren, kompleks miqren kimi növləri də var.
Miqren əlamətləri və səbəbləri.
Miqrenin ən çox rastlanan növü güclü baş ağrısıdır. Bu baş ağrıları zamanı xəstə qusma və ürəkbulanması ilə qarşılaşır. Çox zamanlar xəstələrin səsə, işığa, iyə qarşı həssaslığı artır. Yuxusuzluq, aclıq his-si, əsnəmə, qaz buraxma, gəyirmə, baş dönmələri kimi hallar da xəstələrə yoldaşlıq edər. Miqren xəstəliyinin mənbəyi tam dəqiq bi-linmir. Ancaq yuxarıda sadalanan xəstəliklər bir-birininin meydana gəlməsinə şərait yaradır. Xəstəliyin ilk vaxtlarında beyində ancaq sa-dalanan pozuqluqlar yaranmağa başlayır. Bəzən beyin hüceyrələri-nin və qan damarlarının işləməsin-də problemlər yaranmağa başlayır. Bütün bunları izlədikcə baş ağrıları meydana çıxmağa başlayır.

Miqren necə ayırd  etmək olar?
Baş ağrısı davamlı bir xəstəlik ol-duğu üçün ona alternativ olan bir xəstəliyin miqren olduğu başa dü-şülür. Baş ağrısı adı altında olan xəstəliklər miqren xaricində bir çox xəstəliklərdən xəbər verir. Müxtəlif tipli baş ağrıları, hərəkət pozğunluğu, beyin şişi, beyin qanamala-rında olan baş ağrısı kimi ağrılar altında olan xəstəliklərdəndir. Miq-ren diaqnozu laboratoriya analizləri nəticəsində verilə bilər.

Miqren, xəstələrin həyatına necə təsir edir?
Miqren əslində cəmiyyətin xəstə-liyidir. Miqren xəstəliyinin əsas sə-bəbi işləmək qabiliyyətini itirmək problemidir. Xəstənin özü əslində güclü ağrılar zamanı böyük sıxıntı-larla üzləşərək istirahət etməklə bu problemdən qurtaracaqlarını dü-şünürlər. Miqren xəstəlikləri yu-xarıda sadaladığımız problemlər nəticəsində meydana çıxır. Auralı miqrendə ümumiyyətlə 1 saat ərzin-də sürən önəmli əlamət olub, bunu izləyən baş ağrısı irəliləyir. Aurasız miqrendə isə əlamət həmən ortaya çıxmaz və baş ağrısı uzun sürər. Miqren xəstəliklərinin davamlılığı və sıxlığı xəstədən – xəstəyə dəyiş-diyi kimi, eyni xəstədə də fərqli dəyişiklikliklə baş verə bilir. Həyatı boyu yalnız bəzən bir neçə dəfə miqren tipli baş ağrıları olan insanlar olduğu kimi, həmən hər gün miqren tipli baş ağrıları ilə yaşayan insanlar da var. Miqren ağrıları olan insanlar sakit, qaranlıq, səssiz bir yerdə yaşamağa daha çox üstünlük verirlər. Xəstəliyin atak dönəmində olduğu üçün bu dönəmi keçməkdə istifadə olunan dərmanlar onlara kömək etmiş olur.

Miqren Gündəliyi
Dərman Qədər Təsirlidir!

Miqrenli xəstələrin şikayətləri və nə yeyib-içdiklərini qeyd etmək üçün “miqren gündəliyi” tutmaq çox əhəmiyyətlidir. Çünki miqrenin qıcıqlandırıcı faktorları var və buna qarşı tədbirli olmaqla, dərman qədər ağrını azaltmaq olar.
Miqreni tezləşdirən faktorları yaxşı tanımaq, ağrını azaltmağa kömək edən ən təsirli üsullardan biridir. Ancaq hər bir miqren xəstəsinin ağrını tezləşdirən faktorları da fərqli ola bilir. Miqren xəstələri gündəlik nə yeyib-içdiklərini qeyd etməklə tutduqları “miqren gün-dəliyi” ağrıdan əvvəlki 1-2 gün müddətində stress, qoxu, spirt və ya kafein kimi qıcıqlandırıcı faktorlara məruz qalıb-qalmadıqlarını öyrənmiş olurlar.

“Ağrı gündəliyi” müalicəyə işıq tutur!
Miqren diaqnozu üçün əvvəlcə xəstənin şikayətlərinə ətraflı qulaq asılmalıdır. Xəstənin ağrı xüsusiy-yətləri haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fiziki və nevroloji müayinəyə eh-tiyac olub-olmadığına da qərar verilir. Bu gündəlikdə ağrının sıxlığı, müddəti, yeri, xarakteri, ağrını artıran və azaldan faktorlar, istifadə edilən dərmanlar yazılır. Gündəlik müalicəni tənzimləməyə yardımçı olmaqla yanaşı, xəstənin də öz ağ-rısını daha yaxşı tanımasına kö-məkçi olur. Bu şəkildə də sonra ortaya çıxa biləcək fərqli baş ağrıla-rını daha yaxşı ayırd etmiş oluruq.

Miqreni yaradan səbəblər:
-Stress: miqreni ən çox tezləşdirən səbəbdir. Miqreni yüzdə 60-80 faiz tezləşdirir.
-Kafein, nikotin çoxluğu: Çox kafein və nikotindən istifadə etmək miqren ağrısını tezləşdirə bilir. Ancaq bəzən əksi də ola bilər. Məsələn, hər gün müəyyən miqdar-da kafein istifadə edən şəxs, qəflətən kafeindən istifadəni dayan-dırarsa, ağrılar tezləşə bilər.
-Qoxular: Bəzi ətirlər, siqaret və ya boya qoxusu miqreni tezləşdirən səbəb ola bilər.
-Yuxu nizamında dəyişikliklər: Həm yuxusuzluq, həm də çox yatmaq miqreni tezləşdirə bilər. Gec yatdığınız gecənin səhəri baş ağrısı olur. Həmçinin həftə içi hər gün müəyyən bir saatda oyanan adam, həftə sonu 1-2 saat çox yatdığında miqren tipli baş ağrısı ilə də oyana bilər..
-Hormonlar: Ən çox bilinən miqren tezləşdiricilərdən biri də, aybaşı müddətidir. Aybaşı başlamazdan 1-2 gün əvvəl, aybaşı orta-sında və ya aybaşı qurtardıqdan 1-2 gün sonra ağrı ortaya çıxır. Bəzi miqren xəstələrinin də ağrılar yalnız aybaşı dövründə ortaya çıxır.
-Parlaq işıqlar və yüksək səs: Parlaq işıq və yüksək səs miqren ağrısını tezləşdirir. Həmçinin miq-ren ağrısı zamanı parlaq işıqlara və yüksək səsə qarşı həssaslıq ortaya çıxır.
-Qida və içkilər: çərəz, turşu, qurudulmuş meyvələr, sosiska və s. ət məhsullarında olan natrium-nit-rat, köhnə pendirdə olan tiramin, soya və hazır şorbalar miqreni tez-ləşdirir. Bu qidaların bütün miqren xəstələrinə qadağan edilməsinə isə ehtiyac yoxdur. Yalnız ağrıları bunları yediyi zaman tezləşdiyi dəqiq olan şəxslərin həmin qidalardan istifadə etməməsi məqsədə uyğundur. Daha əvvəllər şokoladın da miqreni tezləşdirdiyini düşünü-lürdü, lakin son araşdırmalar bunu təsdiqləmədi.
-Spirt: Spirt ən böyük tezləşdirici səbəblərdən biridir. Qırmızı şərab isə bu sırada 1-ci yerdədir.
-Hava dəyişikliyi: Atmosfer təz-yiqi, temperatur və ya nəm nisbətinin ani dəyişməsi miqreni tez- ləşdirir.
-Qəfil və sıx fiziki fəaliyyət: Qəfil və sıx fiziki fəaliyyət miqreni tez-ləşdirir. Çünki qəfil və hazırlıqsız fəaliyyət zamanı bədənin oksigen ehtiyacı sürətlə artır və dəqiq olmayan mexanizmlər nəticəsində miqreni tezləşdirir.
-İdman: Fiziki fəaliyyət mövzu-sunda da nizam əhəmiyyətlidir. Daha əvvəl heç edilməmiş bir fiziki fəaliyyətə başlayarkən bə-dənin bu fəaliyyətə yavaş-yavaş hazırlanması lazımdır.
-Dərmanlar: Doğum kontrol həb-ləri ya damar genişləndirici xüsusiyyətə malik dərmanlar, miqren xəstələrində ağrıya səbəb ola bilir.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir