Mütləq bir hobbiniz olsun

MÜTLƏQ BİR HOBBİNİZ OLSUN

HOBBİ İNSANI DİNCƏLDİR VƏ STRESSDƏN QURTARMASINA KÖMƏK EDİR

mütləq bir hobbiniz olsun

mütləq bir hobbiniz olsun

MÜTLƏQ BİR HOBBİNİZ OLSUN

Hobbi, öz arzunuzla, yəni heç bir təzyiq olmadan, istəyərək və zövq alarap həyata keçirdiyiniz bir aktivlikdir.

Hobbi, insanı stressdən uzaqlaşdırır vv dincəldir.

Hobbi, şəxsi inkişafa da kömək edir. 

Hobbi, özünüz üçün bir şey elədiyinizi hiss etdiyiniz üçün öz dəyərinizi artırır.

Hobbi, həyatın ən vacib sahələrindən biridir. İnsanın özünü yeniləmə, zehnini dincəltmə və özünü xoşbəxt görməsi üçün elədiyi bir aktivlikdir.

Hobbisi olmayan və hobbi üçün zaman ayırmayan bir insan demək ki özünə zaman ayırmır.

Həyatdan zövq almaq üçün hamının mütləq bir hobbisi olmalıdır və davamlı şəkildə bu aktivliyə zaman ayırmalıdır. Eynilə uşaqların oyuncaqlarla oynayıb özü-özünə yetdiyi kimi, böyüklər də özləri üçün hobbi tapması, xoşbəxt həyatın qanunlarından biridir.

Hobbi hər insana görə fərqlənir.

Çünki hamının özünə görə bir maraq dairəsi və qabiliyyəti var.

Yazı yazmaq, kitab oxumaq, meditasiya-yoqa etmək, idman etmək, musiqi alətlərində ifa etmək, balıq tutmaq, keramika hazırlamaq, çiçək yetişdirmək, muncuq düzmək…

Saymaqla bitməz.

Hobbilər birdən çox duyğuya xitab edir.

Sevərək etdiyiniz üçün müvəfəqiyyət duyğusunu hiss edəcək və təbii olaraq da özünə güvən duyğusu artacaq.

Hobbi vasitəsi ilə yeni qabiliyyətlərinizi kəşf edəcək və özünüzü çox fərqli şəkildə ifadə edəcəksiniz.

Nizamlı bir şəkildə bir hobbiyə vaxt ayırmaqla, zaman idarə etməsi qabiliyyətiniz də inkişaf edəcək.

Bu şəkildə daha disiplinli olacaqsınız.

Yəni öz disiplininizi inkişaf etdirəcəksiniz.

Hobbi ilə məşğul olarkən o anda qalacaqsınız. İndini yaşamağı öyrənəcəksiniz.

Nə keçmişi, nə də gələcək qayğılarını yada salacaqsınız.

Bütün bu yazılanlardan da göründüyü kimi, hobbi, əslində bir şəxsi inkişaf vasitəsidir.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir