Oruc tutmaq orqanizmin müqavimətini artırır

Oruc tutmaq orqanizmin müqavimətini artırır

Oruc tutmaq orqanizmin müqavimətini artırır

Oruc tutmaq orqanizmin müqavimətini artırır

Vüqar Abbasov

Qastroentroloq-Cərrah


Oruc tutmaq insanın orqanizmində bir sıra dəyişikliklərin yaranmasına səbəb olur. Tibbi nöqteyi nəzərdən desək, hər şeyin həm çoxu, həm də azı orqanizmdə bəzi hallarda geri dönən, bəzi hallarda isə çox dərinləşərsə həa geri dönməyən proseslərə gətirib çıxarır. İnsanın ac və susuz qalma müddəti çox azdır. Hesablamalara görə insan 15-20 günə qədər ac qala bilər. Buna baxmayaraq, həm tibbi, həm də dini nöqteyi nəzərdən iki gün fasiləsiz oruc saxlamaq düzgün sayılmır. Lakin oruc tutarkən aclıq və susuzluq çərçivədə olarsa onun bir çox əhəmiyyəti də sübut olunmuşdur. Oruc tutmaq orqanizm üçün, lazımsız, zərərli maddələrin bədəndən çıxmasına şərait yaradır və bütün mədəbağırsaq
traktlarının, böyrəklərin, qara ciyərin vəhdətdə və nisbətən qənaətlə işləməsi, istirahət etməsi üçün bir şansdır.  İnsanda həm ruhi, həm də fiziki bədən vardır. Oruc tutmaq insanın ruhi bədənini möhkəmlədir. Oruc həm də,
qıcıq qapısını genişləndirir, ətraf mühitin mənfi təsirlərinə qarşı orqanizmin  müqavimətini artırır. Həmçinin də Allaha tapınmaq insanın ruhi cəhətdən kamilləşməsinə səbəb olur. Bəzi xəstəliklər vardır ki, onlara dərmandan
daha çox pəhriz saxlamaq məsyemək və necə yeməkdir. Az-az və tez-tez yemək, tox qarına yatmamaq, yeməyin üstündən maye qəbul etməmək, yeməyi yaxşı çeynəmək, axşam saat 7-dən sonra mümkün qədər yemək yeməmək, bunlar vacib qidalanma rejimləridir. Lakin indi yay ayı olduğundan orucu açmaq axşama təsadüf edir. İlk baxışda
bizə elə görünə bilər ki, biz rejimi pozuruq. Lakin bu tamamilə belə deyil. Qidalanmaq özü bir mədəniyyətdir. Belə ki, biz oruc tutduqda bütün gün yemirik deyə axşam çox yeməliyik prinsipi düzgün deyil. Bu, mədə-bağırsaq sistemində köp, sancılar, qarında ağrılar yaradır, ürək qan damar sisteminə təsir edir, yaşlı adamlarda təzyiqin qalxmasına,  tənəffüs sistemində problemlərin yaranmasına səbəb olur. Buna görə də, iarda ağır yeməklərdən qaçmaq  məsləhətdir. Yüngül, tez həzm olunan, şlanksız, köp, qıcıqlandırıcı təsiri olmayan yeməklərə üstünlük vermək lazımdır.
Sahurda isə kalorili yeməklərə, ət yeməklərinə, zülallı yeməklərə, karbohidratla zəngin yeməklərə üstünlük  verilməlidir ki, insan gün ərzində tox qala bilsin. Bunlar yumurta, qaynadılmış ət yeməkləridir ki, onları qəbul etmək daha məqsədə uyğun olar. Oruc tutarkən səhhətimizə mənfi təsir göstərməmək üçün necə qidalanmalıyıq? Burada ilk
növbədə yemək rasyonunda sulu yeməklərin, şorbalar, kisel kimi qidaların olması daha məqsədə uyğundur. Eyni zamanda burada həmçinin zülallı maddələr də olmalıdır. Züllalı maddələr isə həm bitki, həm də heyvani mənşəli
olur. Heyvani mənşəli zülallar dedikdə toyuq, balıq, mal əti, yumurta nəzərdə tutulur. Bitki  mənşəli zülallar isə orqanizmə daha yaxındır, çünki onlar daha axşı həzm olunur. Burada hökmən  meyvə və tərəvəzin rolunu
xüsusi qeyd etmək lazımdır. Çünki, qidada kalori ilə birlikdə vitaminlərin olması da vacibdir. Xurma orucluqda əsas qida hesab olunur. Bu da təsadüfi deyil. Belə ki, xurmanın tərkibində orqanizm üçün lazım olan həm kalori, həm
də zülal vardır. Yeməkdən əlavə bayaq qeyd etdiyimiz kimi nəzərə alsaq ki, yay aylarıdı mayeni daha çox qəbul etmək məsləhətdi. Bu baxımdan qazsız sular, çay, sərinləşdirici sular, kampotlar, şirələrin qəbul edilməsi məsləhətlidir. Sinir
sistemində problem olan, təzyiqə meyilli olan adamlar isə içkilərində yarpız və nanə çayına üstünlük verməlidirlər. Bunlar həm də sinirləri sakitləşdirir, təzyiqi normallaşdırır. Ümumilikdə götürdükdə isə oruc tutmaq sağlam adama salih edilmişdir. Burada kəskin xroniki və kəskin terapefik xəstələrə, kəskin cərrahi xəstəliyi olanlara, mədənin perforasiyası, kəskin mədə-bağırsaq  qan axması, kəskin apendisit, qeyri spesifik foralı kollit, xron xəstələrinə oruc tutmaq məsləhət görülmür. Yüngül köp, qarın sancılanması, ürək bulanması kimi xəstəliklər zamanı oruc tutmaq
təhlükəli deyil. Lakin belə xəstələr də çox yağlı, soyuq olmayan yeməklərə üstünlük verməlidirlər. Əgər həmin xəstəliklər kəskinləşmə veribsə, məsələn, öd daşı pristup veribsə bu halda oruc tutmaq olmaz. Bəzi xəstəliklər də
var ki həmin xəstəliklərə oruc tutmaq müsbət təsir göstərir. Mədə turşuluğunun qalxması hiperasid qasdrit, kəskinləşmə dövründə olmayan flora xəstəliyi, kolitlər belə xəstəliklərdəndir. İarda ağır yeməklərdən qaçmaq  məsləhətdir.
Oruc tutarkən xəstələnmə ehtimalı yaşlı nəsildə daha çoxdur. Çünki, yaşlı orqanizmdə bəzən bir neçə növ xəstəliklər olur. Lakin burada xəstəlikdən əlavə iradə məsələsi də vardır. Öz iradəsi ilə orqanizmini tərbiyələndirmiş insanlarda
hər hansısa xəstəliyin baş qaldırması ehtimalı azdır. Son olaraq deyim ki, oruc və namaz insanı bir növ mətinləşdirir,
kamilləşdirir, ekstremal vəziyyətlərdə orqanizmin müqavimətini artırır.

 

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir