Oyun xəmiri(plastilin) deyib keçməyin!

Oyun xəmiri (plastilin) deyib keçməyin!

oyun xemiri sekli

Oyun xəmiri (plastilin) deyib keçməyin! yaradıcılıq mərkəzi,

Oyun xəmiri (plastilin) deyib keçməyin!

  • Oyun xəmiri yumşaq olur,  sıxa bilmək olur, müxtəlif şəkillər vermək olur  və keyfli zaman keçirtmək olur.
  • Oynadıq, əyləndik, xoş  bir zaman keçirdə bildik  dediyimiz  oyun xəmirləri və dəstləri uşaqlarımızın inkişafı üçün çox faydalıdır.
  • Yalnız oyun xəmiri ilə oynayaraq oyun xəmirinə  şəkil vermirik, həm də uşaqlarımızın  da  gələcəyini  inkişaf etdirmiş oluruq.
  • Oyun xəmirləri uşaqların yaradıcılığını hər zaman inkişaf etdirir .
  • Əslində oyun xəmiri  onun gələcəyini inkişaf etdirən bir oyuncaqdır.
  • Oyun xəmiri uşaqlarımızın xəyallarında qurduqları  hər şeyi həyata keçirə bilməkləri üçün bir  oyuncaqdır.
  • Uşaqlar istərsə oyun xəmiri ilə tort hazırlayaraq xəyallarında bir ad gününü canlandırarlar.
  • Bəzən də özünə oyun xəmiri ilə bir əyləncə qurar və özünü o oyun parkında hiss edər.
  • Xəyalları onu hara sürükləyərsə, oyun xəmiri də  onun xəyallarına yoldaşlıq edər.
  • Xüsusi ilə oyun xəmiri dəstləri uşaqların  daha çox  marağına səbəb olur.
  • Çünki çox çeşidli olmasına görə uşaqların maraq dünyasını daha da genişləndirir.
  • Qəliblərlə  oyun xəmirinə  istədiyi şəkilləri verə bilir , müxtəlif kəşflər haqqında fikirlər yürüdə bilirlər..
  • Uşaqlar  oyun xəmiri və oyun xəmiri  dəstlərinin sayəsində həm öyrənməyə davam edə bilir, həm də xəyallarında yaratmış olduğunu  deyil, gerçək həyatda olan hər şeyi, məsələn çiçəyi,tortu, və s . hazırlamağın ləzzətini yaşayırlar.
  •  Hər bir uşaq istər şirniyatçı kimi, istərsə də həkim kimi oyunlarına davam edir.
  • Həmin oyunlarında  fərqli rollarda oynayaraq oyunun dadını çıxardır.
  • Uşağın bir oyuncaqla oynama sürəsi maksimum 10-15 dəqiqə olur.
  • Əgər uşaq  bir oyun seti ilə oynayarsa bu zaman çox uzana bilər.
  • Oyun xəmiri və oyun seti təkcə uşaqların xəyal gücünü və yaradlıcılığını inkişaf etdirməklə qalmır.
  • Əl , barmaq, əzələ inkişafını da artırır.
  • Kiçik barmaqları ilə xəmirə şəkil verməyə çalışaraq əslində öz əzələlərini inkişaf etdirməyə şərait yaratmış olurlar.
  • Oyun xəmirinin faydaları  bununla da bitmir.
  • Əl , göz kardinasiyasının inkişafına dəstək olur.
  • Şəkillərlə , rənglərlə əylənməklə  bərabər,  öyrənməyi də  başarır.

 

  •  Ən əsası isə uşaqlar özlərini  ifadə etməyi öyrənirlər.
  • Uşaqlar hazırladıqları şəkillərlə öz daxili dünyalarını yaratmış olurlar.
  • Bu  isə  ata, anaların uşaqlarının  daxili aləmlərini öyrənə bilməyinə imkan verir.
  • Oyun xəmiri ilə uşağınızın nəyə qadir olduğunu, nə istədiyini öyrənə bilərsiniz.
  • Ona görə də uşaqlarınızın oyun xəmiri ilə nə hazırlaya bilər sualına”hər  şey ”cavabı olacaqdır.
  • Məsələn, bir kirpi hazırlayın.
  • Tikanlarını uzun makarondan hazırlayın.
  • Rəngləyəndə isə rəngli karandaşlardan yox, oyun xəmirindən istifadə edin.
  • Rəngləri bir-birinə qatıb  necə bir rəng olacağına diqqət edin.
  • Məhəbbətlə  öz xəyal dünyanızdakı  maraqlı   oyunlarla  yaşayın.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir