Öz-özünüzə süd vəzisi müayinəsi

Öz-özünüzə süd vəzisi müayinəsi

Öz-özünüzə süd vəzisi müayinəsi

Öz-özünüzə süd vəzisi müayinəsi

Süd vəzisindəki şişlərin 80%-i, qadınlar tərəfindən təsadüfən və ya öz-özünə süd vəzisi müayinəsi əsnasında aşkar olunmuşdur.

Öz-özünüzə süd vəzisi müayinəsi nə üçün vacibdir?

Çox rast gəlinən lakin ilkin mərhələdə müalicə edildiyində yaşamaq şansı yüksək olan süd vəzisi xərçəngi, öz-özünə süd vəzisi müayinəsi ilə tez aşkar edilir. Xəstəliyin ilkin mərhələsində süd vəzisi xərçəngi diaqnozu qoyularsa, bu xəstəlikdən yaşamaq şansını itirən xəstələrin sayı azalar. Hər bir qadın öz-özünə süd vəzisi müayinəsi etməyi öyrənməli, nizamlı olaraq tətbiq etməyi alışqanlıq halına gətirməlidir. Nə vaxt edilməlidir? 18 yaşından etibarən  bütün qadınlar nizamlı olaraq özözünə süd vəzisi müayinəsi etməlidirlər. Belə ki, menapoza girməmiş qadınlar, ayda
bir dəfə öz-özünə süd vəzisi müayinəsini etməlidir. Menepoza girən qadınlar, hər ayda bir dəfə özləri müəyyən etdikləri gündə süd vəzisi müayinəsi etməlidirlər.

Öz-özünə süd vəzisi müayinəsi necə edilir?
Üç mərhələdən ibarətdir:
1-Güzgü qarşısında ayaq üstdə gözlə dəyərləndirmə. Yaxşı işıqlandırılmış, özünüzü rahat hiss etdiyiniz bir otaqda paltarlarınızı çıxararaq güzgünün qarşısına keçin və bu 4 formada süd vəzilərinizi yoxlayın:
•Qollarınız yanda, sərbəst sallaqlı vəziyyətdəykən.

•Qollarınız düz formada havadaykən
•Əlləriniz belinizdə ikən
•Əlləriniz belinizdə, bədəniniz qabağa sərbəst əyilmiş vəziyyətdəykən.

Hansı dəyişikliklərə diqqət edilməlidir?
•Süd vəzisinin dərisində qalınlaşma, rəng və forma dəyişikliyi, çöküntü
•Süd vəzisi uclarında rəng dəyişikliyi, qızartı, çəkilmə, çökmə və axıntı
•Üst damarlarda əvvəllər olmayan qabarma halı
•Üst qolda qeyri normal şişlik olub olmadığını müəyyən etməlisiniz.

Ayaq üstə müayinə ayaq uste muayine
Ayaq üstdə edilən süd vəzisi müayinəsində ən yaxşı nəticə duş zamanı sabunlu əllə edilən müayinə nəticəsində əldə
edilir.

Uzanaraq müayinə

Uzanaraq edilən süd vəzisi müayinəsində əvvəl sağ çiynin altına incə bir yasdıq yerləşdirilir, sağ əl başın altına qoyulur. Müayinə qurtardıqdan sonra sol süd vəzisi üçün də eyni proses təkrar edilir.

uzanaraq muayine

uzanaraq muayine

Əllə müayinə əsnasında nəyə diqqət etmək lazımdır
1. Əllə müayinə:
Süd vəzisi əsla sıxılmamalıdır, işarət, orta, nişan barmaqlarının iç üzü döş qəfəsi üzərinə yerləşdirilərək, barmaqların
həssas olan iç üzləri ilə toxumaları hiss edərək müayinə edilməlidir.

2. Müayinə olunacaq bölgə:
Qolalti və sinə sümüyü və körpücük sümüyü ilə sinənin alt hissəsinə qədər olan bütün sahələrin diqqətlicə müayinə edilməsi lazımdır.

3. Müayinə üsulları:
•Yuxarıdan aşağıya və aşağıdan yuxarıya
•Xaricdən daxilə və daxildən xaricə
•Dairə formasında
Müayinə əsnasında hər üç üsulun da tətbiq olunması daha düzgün nəticələr əldə etmək üçün vacibdir.

4. Müayinə sayısı:
Bu yoxlamaların hamısında əl süd vəzisinin üzərindən qalxmadan, bütün müayinə olunan səth boyunca fasiləsiz olaraq davam etməlidir. Hər süd vəzisində 3 dəfə: yüngül, orta və şiddətli təzyiq tətbiq etməklə (qabırğa sümükləri hiss edilənə kimi) təkrarlanmalıdır.

ƏLİNİZLƏ HİSS ETTİKLƏRİNİZİN MƏNASI NƏDİR?
Süd vəzisinin müayinəsi əsnasında böyük şişkinliklər hiss edəcəksiniz. Bu hiss etdikləriniz, əslində normal süd vəzisi toxumasıdır. Öz özünə süd vəzisinin müayinəsində məqsəd bu normal sərtliklər arasında yer alan normal olmayan halların müəyyən edilməsidir. Süd vəzisi müayinəsini yuxarıda qeyd etdiyimiz şəkildə diqqətli elədikdə normal süd vəzisi halı ilə qeyri normal şişkinlikləri aşkar etmək mümkün olur.

BUNLARI BİLİRSİNİZMİ?
• Süd vəzisindəki şişlərin 80%-i, qadınlar tərəfindən təsadüfən və ya öz-özünə süd vəzisi müayinəsi əsnasında aşkar olunmuşdur.
•30 yaşından sonra uşaq dünyaya gətirən qadınlarda xərçəng riski, ilk doğuşunu 20 yaşından əvvəl edən qadına nisbətən 4 dəfə artıqdır.
• Bütün sinə xərçənglərinin 99%-i qadınlarda, 1%-i kişilərdə aşkar edilib.
•Əmizdirmək: Körpəyə daha sağlam bir gələcək hazırladığı kimi, ananı da xərçəng riskindən qorumaqdır.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir