Panik pozuntusu

Panik pozuntusu

Panik pozuntusu

Panik pozuntusu

Bir çox insan həyatı yaşam boyunca bir iki dəfə panik atak keçirir və stressli  vəziyyət keçib bitdikdən sonra rahatlayırlar.

Panik atak tipik olaraq gözlənilmə-yən bir şəkildə anidən başlayır. Ani qorxu, narahatçılıq, tərləmə, ürək döyüntüsü kimi fiziki əlamətləri var. Əsasən əlamətləri ilk dəqiqələrdə daha kəskindir. Hər hansı bir səbəb və ya gerçək təhlükə olmadan baş-layır. Yəni panik atak zamanı yaşanan qorxu şiddətli vəziyyətlə uyğunsuzdur. Bir çox insan həyatı boyunca bir neçə dəfə panik atak keçirir və stresli vəziyyət keçib bitdikdən sonra rahatlayırlar. Əgər yaşanan panik atak təkrarlanırsa və posientdə panik atak olmadığı zamanlarda da olduğu kimi kəskin qorxu hissi yerləşmişsə, o zaman panik pozuntusu diaqnozunu qeyd edirik.
Panik pozuntusunun bilinən tək və dəqiq bir səbəbi yoxdur. Ailədə var olması, beyindəki bəzi pozuntular, böyük yaşam stresləri (yaxınlarının itkisi, xəstəlikləri, yaşanmış olan psixoloji travmalar, yer dəyişikliyi, boşanmalar, iş itkisi) kimi səbəblərlə də meydana çıxır.

Panik pozuntusunun müalicəsi var. Müalicədə ilkin seçənək psixotera-piya və dərman müalicəsidir. Panik zamanı düzgün nəfəs alma məşğə-lələri müalicəyə müsbət kömək edir. Stresi azaltmaq üçün kofe, şokolad, çay kimi kofein tərkibli qidalardan daha az istifadə etmək, sağlam qidalanmaq və idmanla məşğul ol-maq məsləhət görülür.

Panik atak zamanı görünən əlamətlər:

• Nəfəs darlığı, hava azlığı
• Ürək döyüntüsü və ya döş qəfəs-ində ağrı,
• Şiddətli bir qorxu duyğusu.
• Boğulma və ya boğularaq ölmə qorxusu.
• Baş dönməsi və bayılma (huşunu itirmək hissi).
• Titrəmə və sarsılma hissi.
• Tərləmə.
• Mədədə bulantı və ağrı hissi.
• Barmaqlarda və ayaqlarda keyləşmə hissi.
• Üşümə, ürpərmə və istilik hissi.
• Kontrolu itirmə (ağlını) və ölüm qorxusu.

Müəllif: Günel SOYLU

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir