Pendirli və biskivitli uşaq yeməyi

Pendirli və biskivitli uşaq yeməyi

Pendirli və biskivitli uşaq yeməyi

Pendirli və biskivitli uşaq yeməyi

Pendirli və biskivitli uşaq yeməyi

Pendirli və biskivitli uşaq yeməyi 4-6 aydan sonra körpələr üçün uyğundur. Pendirli və biskivitli uşaq yeməyi hazırlaması da çox asan bir yemək reseptidir. Buyurun Pendirli və biskvitli uşaq yeməyi resepti. 

Nuş olsun!

  • İlk 4-6 ay boyunca yalnız ana südü ilə qidalanan körpəniz  4-6 aydan sonra ana südünə əlavə olaraq fərqli qidalarla bəslənməyə ehtiyac duyur.
  • Körpənin əlavə qidalarla qidalanacağı dövürdə bütün anaların ən çox istəyi odur ki,  körpəsi  təbii , ləzzətli, sağlıqlı olan qidalarla qidalansın.
  • Həzmi asan olan , körpəni uzun zaman tox tutan ləzzətli  əlavə  qidaları araşdıran zaman saysız hesabsız təriflərə rast gəlirsiniz  və körpənizə bunların hansını yedirdəcəyinizə görə tərəddüd edirsiniz. Körpənizin əlavə qidaya yeni başladığı  bu dövürdə biz də körpəniz üçün həm ləzzətli, həm də sağlıqlı bir qida tərifini sizlərə ərmağan edirik.
  • Bunu bilməlisiniz ki, tam da sizin axtardığınız , körpənizin sağlamlığı  üçün çox əhəmiyyətli olan bir tərifdir.

Pendirli və biskivitli  uşaq yeməyi üçün lazım olan ərzaqlar:

  • 3 ya da 4 dənə uşaq biskiviti,
  • Kibrit qutusunun yarısı qədər az duzlu pendir (az duzlu olmasına diqqət edin),
  • Yarım çay stəkanı  qədər çay (istəsəniz ihlamur da istifadə edə bilərsiniz),
  • Bir şirniyat qaşığı bəkməz,
  • Yarım stəkan ilıq süd və ya təzə  sıxılmış portağal suyu,

Pendirli və biskivitli uşaq yeməyin hazırlanma qaydası:

Pendirli və biskivitli uşaq yeməyi hazırlamaq çox asanddır. Pendirli və biskivitli uşaq yeməyi hazırlamaq üçün:

  • Əvvəlcə biskivitləri ufaq- ufaq əzərək  bir tabağa qoyun.
  • Daha sonra içinə az duzlu pendiri rəndələyin.
  • Bəkməzi də əlavə edərək bir az qarışdırın.
  • Bir kənarda isrəyinizə görə ya çay dəmləyin , yaxud da ihlamuru dəmləyin.
  • Dəmlədiyiniz çayı süzün.
  • Daha sonra islatmaq  üçün hazırladığınız çayı,  ya da ihlamuru  içinə qatın.
  • Əlavə edəcəyiniz südü əvvəlcə süzün.
  • Süzdüyünüz südü bişirin.
  • Bişirdiyiniz südü soyumağa qoyun.
  • Süd ilıq halda olana qədər soyudun.
  • Yarım stəkan ilıq südü (və ya təzə  sıxılmış  portağal suyu) də qarışığa əlavə edin.
  • Portağalı sıxmazdan əvvəl təmiz yuyun.
  • Ən son hamısını bir yerdə sulu bir püre halına  gətirənə qədər qarışdırın.
  • Asanlıqla hazırlanan bu yemək həm çox sadə , həm də evdə olan ərzaqlardan hazırlandığı üçün çox ucuz başa gəlir.
  • Körpənizin də bu yeməyi sevəcəyini düşünürük.
  • Sizlərin indidən əllərinə sağlıq, Pendirli və biskivitli uşaq yeməyi yeyəcək körpənizə isə nuş olsun deyirik.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir