Qatıq bel çevrəsindəki yağları azaldır

Qatıq bel çevrəsindəki yağları azaldır

 

 

QATIQ BEL ÇEVRƏSİNDƏKİ YAĞLARI AZALDIR

Qatıq bel çevrəsindəki yağları azaldır

Qatıq bel çevrəsindəki yağları azaldır

Gün ərzində 3 kasa qatıq yeyən insanlar daha asan kilo verir.

Artıq kilo problemi olan insanlar yay aylarında artıq kilolardan qurtarmaq üçün çalışırlar.

Qış aylarında yavaşlayan metabolizmanı sürətləndirmək və artıq kilolardan qurtarmanıza kömək edən qidalardan bəhs edən yazımızı sizə təqdim edirik. 

İsti havalarda daha yüngül qidalar qəbul etmək, asan doyduğumuz üçün daha asan gəlir.

Sağlıqlı qidalanmaq üçün gün ərzində 4 porsiya səbzə və meyvə yemək, yağsız ağartı məhsullarını seçmək, lif və kalsiumla zəngin qidaları qəbul etmək lazımdır.

Lifli qidalar doymaq hissi yaratdığı üçün kilo kontrolu üçün çox vacibdir.

Liflər həm də qan şəkərini təmzimləyir, xolesterolu və bədəndəki yağları azaldır.

Lifli qidalar, yəni səbzə vəmeyvələrin tərkibində həm də antioksidant olur. Bunun sayəsində yaşlanma yavaşlayır, xərçəng və infarkt riskini azaldır.

Aşağı kalorili olduğu üçün də bel ətrafını incəldir.

Qatıq:

  • Aparılan araşdırmalar, gün ərzində 3 kasa qatıq yeyən insanların daha asan zəiflədiyini, bel çevrəsindəki yağların miqdarının da azaldığını göstərir.
  • Qatıq, kilo vermək istəyən insanlar üçün həm sağlıqlı bir seçim, həm də karbonhidrat və zülal tərkibli olduğu üçün doyğunluq hissi verir.
  • Gün ərzində 1 porsiya qatıq, günlük kalsium ehtiyacının 30%-ni təmin edir.
  • Bununla yanaşı qatığın tərkibində insan sağlamlığı üçün faydalı mikroorqanizmlər də var.
  • Bunlar prebiotik adlandırılırlar.
  • Prebiotiklər, immun sistemi gücləndirir, həzm sistemini sağlamlaşdırır.
  • Meyvəle və ya az yağlı qatıq ara öyün və ya əsas yeməyi də əvəz edə bilər.

 

Pomidor:

  • Pomidor çox miqdarda A və C vitamininə sahibdir.
  • Orta ölçülü bir pomiorun enerji dəyəri 35 kaloridir.
  • Bununla yanaşı gündəlik C vitamini ehtiyacının 40, A itamini ehtiyacının isə 2%-ni təmin edir.
  • Bununla yanaşı ponidor prostat və həzm sistemi xərçəngi riskini də azaldır.

Bibər:

  • Antioksitandla zəngin qidadır.
  •  Gün ərzində 2 ədəd bibər C vitamini ehtiyacını 230% təmin edir.
  • Cəmi 20 kaloridir.

Su

  • Sağlıqlı qidalanma üçün ən vacib amillərdən biri sudur.
  • Su, qida dəyəri olmamasına baxmayaraq bədən funksiyaları, həzm, metabolizma və hüceyrə qorunmasında katalizator vəzifəsi yerinə yetirir.
  • Su, kilo vermək istəyənlərin ən böyük köməkçisidir. İştahanı azaldır, metabolizmanı sürətləndirir.
  • Yetərli qədər su qəbul edilmədiyi təqdirdə bədən aldığı suyu tutur və şişkinlik yaradır.
  • Ödəm, şikşinlik, yüksək təzyiq problemi ilə üzləşməmək üçün lazımi miqdarda su istifadə edilməlidir.
  • Səbzə, meyvə, kahı, pomidor kimi meyvə və tərəvəzlərin də tərkibində çox miqdarda su var.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir