Qoz yarpağının möcüzələri

Qoz yarpağının möcüzələri

ceviz-ceviz-yaprağı-ceviz-kabuğu-e1394196271650

Qoz yarpağının möcüzələri

Qoz yarpağının möcüzələri

  • Qozun damar qoruyucu, ishal kəsici, cild təmizləyici, göbələk xəstəliyində təsirli,  şişlərin qarşısını alan, immunitet sistemini gücləndirən  xüsusiyyəti vardır.
  • Qoz qanın qatılaşmasının qarşısını alır.
  • Qan dövranını nizamlayır.
  • Qaraciyər üçün çox  faydalıdır.

Qoz yarpağı və faydaları haqqında;
Qoz yarpağının qan durulducu xüsusiyyəti vardır.

Qoz yarpağından bağırsaq qurdlarını tökmək üçün istifadə edirlər.

Yarpaq çayı həzm problemində, qəbizlikdə, iştahasızlıqda, qanın tərkibini  təmizləməkdə  çox faydalıdır.

Sarılıq xəstəliyinin müalicəsi  zamanı qoz yarpağından istifadə edirlər.

İştah açıcı xüsusiyyətinin olması ilə yanaşı , qan şəkərini də düşürə bilir.

Dəri xəstəlikləri zamanı antiseptik olaraq xaricə istifadə olunur.

Qoz yarpağını qaynadaraq  siflis, ekzema, herpes(uçuq), sümük çürüməsi, sümüyün deformasiyası zamanı,  əl və ayaq dırnaqlarının iltihabı zamanı  istifadə etməyin çox böyük təsiri vardır.

Təzə qoz yarpağını suda qaynadaraq qoturluq xəstəliyi zamanı istifadə edirlər.

Həmin su ilə yuyunduqda qısa müddət ərzində sağalmalar görünəcəkdir.
Bu suyla yuyunmaqla ərgənlik sivilcələrinini, tihablı ekzemaları , ayaq tərini aradan qaldırmaq olar.

Ağız boşluğu iltihabı, diş əti, boğaz və qırtlaq xəstəlikləri zamanı  qoz yarpağı suyu ilə  qarqara etmək çox faydalıdır.
Qoz yarpağının suyu sürətli saç tökülməsinin qarşısını alır.

Qoz yarpağı suyunu başın dərisinə ovaraq sürtmək  lazımdır.

İyun ayının  ortalarında toplanan qozlardan  istifadə etməklə  mədə, qaraciyər, qan təmizləyən, mədə yorğunluğunu, bağırsaq çürüklərini aradan qaldırmaq olar.

Qoz yarpağı çayı:

1.Yarım və ya bir çay qaşığı incə  doğranmış yarpağı  1 stəkan dolusu qaynar suda qaynadın. 4-5 dəqiqə dəmləyin və sonra süzün.

Gün boyunca 1 və ya 2 stəkan udum-udum için.

2- Yarım və ya bir çay qaşığı incə doğranmış yarpağı 1 stəkan dolusu soyuq suya əlavə edin.

Qaynama dərəcəsinə qədər qızdırın və 2-3 dəqiqə boyunca  vam odda  qaynadın.

Süzülən çay içməyə hazırdır.

Gündə  2-3 stəkan içmək olar.
Duş üçün su hazırlamaq :

Tam duş üçün iki böyük ovuç incə doğranmış qoz   yarpağını  axşamdan   2-3 l suya əlavə edin.

Sabah isə vam odda 4-5 dəqiqə qaynadaraq  süzün  və düş alacağınız suya qatın.

Qoz yarpağının möcüzələri için 2 yorum

  1. Yaşil qoz yarpagini texminen 10 yarpaq 3 st suya elave etsek gunde uc defe qebul etsek qurdlari tokmeye komek edermi?

    • Türkiyeli Prof. Dr. Turan Karadeniz bunun mümkün olduğnu deyir. Ancaq bağırsaq qurdlarının hamısına qarşı müsbet netice elde edilib edilmediyine dair heçbir melumat yoxdur.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir